Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-640/2025 08.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Xaçmaz şəhərində anadan olan X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ata soyadı Hacıbabayeva olmuş, ailə həyatı qurduğu üçün ər soyadı olan Fətəliyeva soyadını qəbul etmişdir. X1 xx.xx.1981-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, anadan olduğu vaxtdan ruhi xəstə olmuşdur. Bu səbəbdən ailə həyatı qurmamış və qayğıya ehtiyacı olduğu üçün kiçik yaşlarından halhazıra kimi onun himayəsindədir. Ona görə də, hal-hazırda qardaşına o, himayədarlıq edir, qardaşı qulluğa ehtiyacı olan, özü öz hərəkətlərini idarə etmək iqtidarında olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. Onu bir cox müalicə müəssisələrinə aparsa da, müsbət nəticə olmamışdır. Həkimlərin rəyinə görə onun normal həyata qaytarılması və müalicəsi qeyri-mümkündür. Hətta, X1na xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən 1-ci qrup dərəcəsi verilmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, xəstə qardaşının fəaliyyət qabiliyyəti yoxdur, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - doğum haqqıında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1981ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında isə X7 qeyd olunmuşdur. - doğum haqqıında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında isə X7 qeyd olunmuşdur. - 077268 saylı Arayışdan müəyyən olunur ki, xx.xx.1992-ci ildə doğulmuş X3 tibbi ekspert komissiyası tərəfindən müddətsiz olaraq birinci dərəcəli əlillik verilmiş, əlavə xidmətə ehtiyacı vardır. - Xaçmaz RİHB Xaçmaz şəhər İƏD-nin 3570 saylı Arayışından müəyyən olunur ki, Ərizəçi Xaçmaz şəhəri, Tomris küçəsi, 4 saylı evdə yaşayır və birinci qrup əlil olan doğma qardaşı - xx.xx.1981-ci il təvəllüdlü X3 xidmət göstərir. - İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertizası X16 Şəxsinin xx.xx.2025ci il tarixli 796 saylı rəyindən müəyyən olunur ki, X5 psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1981-ci il təvəllüdlü X5 ərizəçinin qardaşıdır. Onda ağır dərəcəli əqli gerilik xəstəliyi müəyyən olunmuş, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. - 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. - 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. - 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. - 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan xx.xx.1981-ci il tarixdə anadan olan X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş bacısı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən xx.xx.1981-ci il tarixdə anadan olan X1nun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1981-ci il tarixdə anadan olan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə anadan olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-640/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-640/2025
08.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver