Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-641/2023 09.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ümumi mülkiyyətdə olan əmlakın naturada payların müəyyən edilərək bölünməsi və əmlakın qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ümumi mülkiyyətdə olan əmlakın naturada payların müəyyən edilərək bölünməsi və əmlakın qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh şəxslərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə təqdim olunduğu və o, məhkəmə hazırlıq iclasında ərizənin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-641/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-641/2023
09.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver