Məhkəmə qərarları › İş №2(067)-646/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-646/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-646/2022 12.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qarşı aktın və komissiya qərarının ləğv edilməsi, əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, X2 idarəsi tərəfindən tərtib edilmiş 28 fevral 2020-ci il tarixli ******* № li təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın ləğv edilməsi və həmin Akt əsasında ona hesablanmış ziyanın əvəzi kimi 280 manat məbləğində borcun silinməsi və 23 fevral 2021-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın ləğv edilməsi və həmin Akt əsasında mənə hesablanmış ziyanın əvəzi kimi 274 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Evdə təbii qazın istifadəsi ilə əlaqədar həyətdən kənarda hasarı küçə tərəfində quraşdırılmış Elstar tipli, G-4 markalı ******* nömrəli sayğacı "Azəriaz" lB-yi Xaçmaz RQ İİ-nin G-4 markalı ,4628382 nömrəli sayğac quraşdırıblar. Bu barədə 06 noyabr 2019-cu il tarixli, ******* №-li qaz sayğacının çıxarılması, quraşdırlması və istismara qəbulu haqqında AKT tərtib edilmişdir. Xaçmaz RQ İİ-nin nümayəndələri yaşadığım ünvanda gəlib 28 fevral 2020-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKTİ ona təqdim edib bildirmişlər ki, aktın doğruluğunu imza ilə təstiq edilmişdir, o, da onun doğruluğunu imzası ilə təstiq etsin. O bundan imtina etmişdir. Təqdim edilmiş aktda aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilir ki, çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Bununla əlaqədar dəymiş ziyan hesablanıb ödənilməlidir. Bir müddət sonra yenidən Xaçmaz RQ İİ-nin nümayəndələri quraşdırılmış Elster tipli G-4 markalı, ******* nömrəli sayğacı çıxarıb yenisi ilə əvəz etmişdir. Bu barədə 15 dekabr 2020-ci il tarixli, ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib etmişdir. Xaçmaz RQ İİ-nin nümayəndələri 23 fevral 2021-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKTİ təqdim etmişlər. Bu dəfədə aktın doğruluğunu imza etməktdən imtina etmişdir. Təqdim edilmiş aktda aşkar olunmuş nöqsanlar barədə qeyddə çıxarılmış sayğacın hesablanma mexanizminin qapağı tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu göstərilmişdir. Bununla əlaqədar dəymiş ziyan hesablanıb ödənilməlidir. Birinci halda 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 28.02.2020-ci il tarixli ******* №-li akt əsas gətirilərək 2160 m3 dəymiş ziyanın həcmi hesablanmışdır və buna əsasən 280 manat pul hesablanmışdır. İkinci halda 26.02.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 23.02.2021-ci il tarixli ******* №-li akt əsas gətirilərək 2160 m3 dəymiş ziyanın həcmi hesablanmış və buna əsasən 274 manat məbləğində pul hesablanmışdır. O və ailə üzvləri nə yuxarıda qeyd etdiyi ******* nömrəli sayğaca, nə də ******* nömrəli sayğaca müdaxilə etmişdir. Aşkar olunmuş nöqsanları onlar törətməmişlər .Sayğacları çıxarılıb yenisi ilə əvəz olunanda müdaxilə barədə heç bir söz deyilməyib. Aktlarda onun tərəfindən zərərin vurulmasını göstərilməsi ilə razılaşmır. Onun tərəfindən zərərin vurulması heç bir sübuta söykənməyən əsasla təsdiqlənmir. Sadəcə olaraq bir istehlakçı kimi vurulmuş zərər ona hesablanıb. Sayğaclar hasarın küçə tərəfində quraşdırıldığından kənar adamların müdaxiləsində də baş verıə bilər. Digər səbəblərdəndə törənə bilər. Aktlar əsasız tərtib olunduğundan onlarla razılaşmır sayğaca müdaxilə olunmuş olsada belə, bu müdaxilənin ev sahibinə, yəni bir istehlakçı kimi ona adiyyatı yoxdur sayğaclar həyətdən kənarda quraşdırıldığından o məsuliyyət daşımır. İddia ərizəsinə əlavə etdiyi istər 06 noyabr 2019-cu il tarixli, ******* №-li və 15 dekabr 2020-ci il tarixli, ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktlardan müəyyən olunur ki, həmin aktlar tərtib edilərkən hal şahidləri dəvət edilməmiş və Aktlar yalnız X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş 28 fevral 2020-ci il tarixli ******* №-li və 23 fevral 2021-ci il tarixli, 0257370№-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktlar ləğv edilməli və həmin Aktlar əsasında ona hesablanmış ziyanın əvəzi kimi cəmi 554 AZN borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 06 noyabr 2019-cu il tarixdə Xaçmaz RQİİ-nin işçiləri yaşadığı evə gəlib sayğaca baxış keçiriblər və evində quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz edərək bu barədə 06.11.2019-cu il tarixli akt tərtib ediblər. 28.02.2020-ci il tarixdə isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və komissiya qərarına əsasən ona 216 manat pul hesablanıb. Halbuki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Bir müddət sonra Xaçmaz RQİİ-nin işçiləri yenidən 15.12.2020-ci il tarixdə evinə gəlib sayğaca baxış keçiriblər və evində quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz edərək bu barədə 15.12.2020-ci il tarixli akt tərtib ediblər. 23.02.2021-ci il tarixdə isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və komissiya qərarına əsasən ona yenidən 216 manat pul hesablanıb. Bunları tamamilə əsassız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sayğacda hər hansı bir nasazlıq, sayğaca müdaxilə barədə ona heç nə bildirilməyib. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evdən bayırda, küçədə quraşdırılıb. O, elə bilmişdir ki, aktlara görə ona 280 manat və 274 manat pul hesablanıb. İş üzrə Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında və lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Aktda qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələrin təzyiq altında sabun köpüyü ilə yoxlanıldığı və heç bir sızma aşkar edilmədiyi, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi, qaz sayğacının RQİİ-nin iş tapşırığına əsasən yararlı vəziyyətdə abonentə təhvil verildiyi göstərilmişdir. İş materiallarında olan 28.02.2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Aktda qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələrin təzyiq altında sabun köpüyü ilə yoxlanıldığı və heç bir sızma aşkar edilmədiyi, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi, qaz sayğacının RQİİ-nin iş tapşırığına əsasən yararlı vəziyyətdə abonentə təhvil verildiyi göstərilmişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan 26.02.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.02.2021-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçınun sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Məhkəmə iddia tələbinin aktın ləğv edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2020-ci il tarixli ******* saylı, 23.02.2021-ci il tarixli ******* saylı aktların və “İtirilmiş qazın bərpası üzrə” 28.02.2020-ci il tarixli, 26.02.2021-ci il tarixli komissiya qərarlarının ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktlarda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır, komissiya qərarlarında isə dəymiş ziyan hesablanmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Başqa sözlə, həmin aktların və komissiya qərarlarının sübut kimi qiymətləndirilib qəbul edilib-edilməməsi məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Lakin bir sübut kimi həmin aktın və komissiya qərarının ləğv edilməsi prosessual baxımdan anlaşılmazdır. Digər tərəfdən həmin aktlarla və komissiya qərarları ilə müəyyən edilmiş fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2020-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpası üzrə” 28.02.2020-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat pul, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.02.2021-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpası üzrə” 26.02.2020-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat məbləğində pul silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2020-ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpası üzrə” 28.02.2020-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat pul, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.02.2021ci il tarixli ******* saylı akt və “İtirilmiş qazın bərpası üzrə” 26.02.2020-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat məbləğində pul silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar