Məhkəmə qərarları › İş №2(067)-648/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-648/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-648/2024 25.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçı Məmmədova (Kazımova) Güldanə Cəzahir qızının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı3 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Xaçmaz rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı3, İddiaçı4, X9 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq İddiaçı3, İddiaçı4, X5 və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,5 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair AN-1 ******* nömrəli xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı4 arvadı, İddiaçı2 (nikaha qədərki soyadı Kazımova) və İddiaçı1 qızıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsinin JN: 0013 saylı, 30211068 kodu olan xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,78 ha torpaq sahəsi onun, arvadı və qızları Əfsanə və Güldanənin paylı mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Kiçik qızı Güldanəyə ailə qurarkən cehiz vermədiyinə görə xx.xx.2021-ci il tarixdə o, arvadı Nəmidə və qızı Əfsanə torpaq sahəsinin öz paylarına düşən hissəsini ona bağışlamışlar. Daşınmaz əmlakın bağışlama müqaviləsi Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə İddiaçı1 həmin torpaq sahəsinin 1,5 ha hissəsini alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh2 məhkəmədə iddia qaldıraraq İddiaçı3 ilə ailə üzvlərinin adına verilmiş, Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1,7823 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, **********81 qeydiyyat nömrəli çıxarışın, onun əsasında Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 16 may 2021-ci il tarixli 4Ə-917 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-461/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Daha sonra həmin məhkəməyə ərizə verərək, mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı3 adına verilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi haqqında iddia üzrə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə qərar qüvvəyə minənə qədər işə baxılmasının dayandırılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1206/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə icraat inzibati qərar qüvvəyə minənə qədər dayandırılmışdır. Cavabdeh2 hər iki məhkəməyə yazdığı iddia ərizələrindən görünür ki, - 14.2021-ci il tarixli **********81 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələb edərkən onunla İddiaçı3 və onun ailə üzvləri arasında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsaslanmışdır. 2006-cı ildə böyük qızı Pərvanənin difteriya xəstəliyindən müalicə olunması üçün arvadı ilə pay torpağının 1,5 ha hissəsini satmaq qərarına gəlmişlər, bu barədə yaşadığı kənddə bir neçə tanışına, o cümlədən evlərin alqı-satqısı ilə məşğul olan həmkəndlisi İlham adlı şəxsə bildirmişdir. O, da torpaq sahəsini satmaqda kömək edəcəyini söyləmişdir. Bir müddət sonra İlham Xaçmaz rayonunun Çaxmaqlı kəndində yaşadığı evə gəlib Bakı şəhərində tanışının torpaq almaq istədiyini bildirmişdir. Yaşadığı evin həyətində beh olaraq həmin vaxt dövriyyədə olmuş 10 ədəd 10000 pul əskinazı verib xəstə qızının müalicəsinə xərcləməyini və torpağa dair dövlət aktını ondan götürərək ağ vərəqə (A4 vərəqin yalnız bir üzünə) özünə, arvadına və iki qızının əvəzinə ona imza etdirərək beh müqaviləsi yazacağını, daha sonra torpağı alan şəxslə onu görüşdürüb torpağın qiyməti barədə danışacaqlarını bildirmişdir. Bundan sonra İlhamla görüşmüşlər. Tanışının daha torpağı alası olmadığını, verdiyi pulu geri istəyərkən dövlət aktını qaytarmasını tələb etmişdir. Pulu indi verməsini, Dövlət aktını isə Bakıda yaşayan tanışından sonra alıb verəcəyini söyləmişdir. Ona Dövlət aktını geri qaytaranda pulunu verəcəyini bildirmişdir. Bir müddət sonra İlham kənddən daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Daha sonra onu axtarmamış, bu səbəbdən dövlət aktı onda qalmışdır. Həmin vaxtlar qızı Pərvanə vəfat etmiş və sonra torpağın satılmasına ehtiyac qalmamışdır. Təxminən 2011-ci ildə bağ sahəsində tanımadığı şəxs ondan Cəzahir olduğunu soruşmuş, özünü də Nəsir müəllim kimi təqdim etmiş, alqı-satqı müqaviləsinə əsasən bağının sahibi olduğunu demişdir. Ona dedi ki, bağın pulunu makler kimi tanıdığı İlhama vermisdir. Demişdir ki, bağın sahibi o olduğu halda, pulu İlhama niyə vermişdir. Bundan 11 il keçdikdən sonra Cavabdeh2 2022-ci ildə əvvəlcə ondan Xaçmaz rayon polis şöbəsinə şikayət vermiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki idarədə izahatı sözləri ilə yazılmamışdır. xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adlı Füzuli rayon sakini ilə Xaçmaz rayon notariat ofisində görüşüb onunla alqı-satqı müqaviləsi bağlanması, İlhamın ona 2500 manat pul verməməsi, məhkəmədə isə ona 1000 manat verə bilərlər, lakin iddiaçı buna razı deyil məzmunda izahat verməmisdir. Göründüyü kimi müstəntiq şikayətin cinayət isinin başlanmasını rədd etmək məqsədilə izahatını qərəzli olaraq sözlərimlə yazmamış, mülki xarakterli alqı-satqı müqaviləsi bağlanmasını, tarixini, yerini və qiymətini isə Cavabdeh2 şikayət ərizəsindən götürmüşdür. Qətnamədə isə izahatının belə yazılması anlaşılan deyil. Pay torpaq sahəsini ailə üzvlərinə verildiyi gündən bu günə kimi ailə üzvləri ilə birlikdə əkib-becərir, torpaq vergisini də özü ödəmişdir. Qaraçı Bələdiyyəsinə əmlak və torpaq vergi borcunun olmaması Xaçmaz rayon Qaraçı rələdiyyəsinin 34 saylı xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. AN-1 ******* №-li 20 fevral 2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi İddiaçı3, X6, X9 ilə Cavabdeh2 arasında bağlanmış, müqavilə xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş və müqaviləni tərəflər şəxsən onun iştirakı ilə imza etmişlər. Halbuki öncə qeyd etdiyi kimi o və arvadı İddiaçı4 Cavabdeh2 ilk dəfə 2011-ci ildə torpaq sahələrinə gələrkən görmüşlər. xx.xx.2006-cı il tarixdə o, İddiaçı4 və qızları Əfsanə və Güldanə Xaçmaz rayon 1 saylı notariat kontorunda olmamışlar, pay torpaqlarını Cavabdeh2 satmamışlar, mübahisələndirdikləri alqı-satqı müqaviləsini dövlət notariusun iştirakı ilə imzalamamışlar. Müqavilədən həmçinin görünür ki, dövlət notariusu hər üç satıcının İddiaçı3, X6 və X5 şəxsiyyətini hər birinə müqavilə tarixindən 6 gün əvvəl xx.xx.2006-cı il tarixdə Xaçmaz RPŞ tərəfindən verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etmiş, lakin müqavilədə həmin vəsiqələrin nömrəsini qeyd etməmiş və həmin vəsiqələrin (Forma 9 arayışında vətəndaşın fotoşəkili onun nömrəsi göstərilir) surətini notariat işinə əlavə etməmişdir. Hər üçü müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsi üçün Xaçmaz RPŞ-nə müraciət etməmişlər və onlara xx.xx.2006-cı il tarixdə belə bir vəsiqə verilməmişdir. Hər üçünə şəxsiyyət vəsiqəsini əvəz edən arayışın (Forma-9) verilməsi barədə Xaçmaz RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsinin xidməti arxivində məlumat olmaması Xaçmaz RPŞ-nin 3-13-79/2-34764/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq olunur. Göründüyü kimi notariusun satıcıların şəxsiyyətini müəyyən etməsi və müqavilənin onun iştirakı ilə imzalaması barədə qeydi fakta söykənmir, müvəqqəti şəxsiyyət vəsiqəsini əvəz edən orqanın məktubu ilə təkzib olunur. Bu fakt satıcıların alqı-satqı müqaviləsini notariusun iştirakı ilə imza etməsi qeydinin həqiqətə uyğun olmadığını, notarius tərəfindən saxta müqavilə tərtib etdiyini göstərir. Arvadının adı Nəmidə olduğu halda alqı-satqı müqaviləsində notarius satıcının X3 olduğunu qeyd etmişdir. Halbuki, ona (Forma-9) müvvəqəti şəxsiyyət vəsiqəsi verilməmisdir. Müqavilədə satıcının adının düzgün göstərilməməsi notariusun müvəqqəti şəxsiyyət vəsiqəsinin görmədən, hüquqi qüvvə alması məqsədilə hər üç satıcının şəxsiyyətini müvəqqəti şəxsiyyət vəsiqəsi ilə müəyyən etdiyini göstərməklə, qərəzli olaraq faktiki saxta müqavilə tərtib etmişdir. Notariat işinə əlavə edilmiş onun və arvadının adından Xaçmaz rayonu 1-ci dövlət notariat kontoruna yazılmış və əvəzlərinə imza edilmiş ərizədən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş X9 və xx.xx.1992-ci ildə doğulmuş İddiaçı1 məxsus Xaçmaz rayon Çaxmaqlı kəndində yerləşən torpaq sahəsinin satılmasına və alqı-satqı müqaviləsinə özləri tərəfindən imza edilməsinə etiraz edilmir. Ərizə adlarından latın əlifbası ilə yazılmışdır. Ərizənin kimlər tərəfindən yazılması hissəsində adları, soyadları, ata adları latın, imzaların qarşısında isə soyad və adları kirill əlifbası ilə yazılmış, vətəndaşların şəxsiyyəti dövlət notariusu tərəfindən yoxlanıldı qeydi aparılaraq imzası ilə təsdiq edilmişdir. Burada da notarius hər ikisinin şəxsiyyətini müvəqqəti şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etdiyini, təkrar olaraq arvadının adını düzgün olmayaraq Həmidə göstərmişdir. Bir daha notariusun : forma 9 arayışını görmədən, hər ikisinin şəxsiyyətini müəyyən etmədən saxta müqavilənin tərtib etdiyini göstərir. Digər tərəfdən İddiaçı4 orta təhsillidir, latın əlifbası ilə yazıb oxumağı bacarır. Ərizə iştirakları ilə yazılmış olsaydı onu yazan şəxs arvadının adını Nəmidə yazardı. Bu faktın özü də onların xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 olmadıqlarını, adlarından yazılan ərizədə onun və arvadının imzası oİmadığını, notariusun şəxsiyyətlərini müəyyən etməsi və müqaviləni onun iştirakı ilə imzalanması qeydinin həqiqətə uyğun olmadığını, ərizənin qərəzli olaraq saxta alqı-satqı müqaviləsi tərtib edilməsi məqsədilə yazıldığını göstərir. Öncə qeyd etdiyi kimi, İlhama verdiyi boş ağ A4 vərəqin yalniz bir üzünün sol aşağı hissəsində ad və soyadlar göstərilmədən özünün və qızları Əfsanə və Güldanənin yerinə imza etmişdir, digər bir imza isə arvadına məxsusdur. Müqavilənin birinci və ikinci səhifəsində satıcıların imzaları onun, arvadının və qızlarının imzası deyil, onların qarşısında yazılmış ad və soyadlar onun, arvadı və qızlarının tərəfindən yazılmamışdır. Digər qızı Əfsanə də müqavilənin bağlandığı göstərildiyi gün, xx.xx.2006- cı il tarixdə 1 saylı Cavabdeh1 olmamış, müvəqqəti şəxsiyyət vəsiqəsi almamış, adının qarşısındakı imza ona məxsus deyil, latın əlifbası ilə yazılmış Kazımova Əfsanə soyad və adı başqa şəxs tərəfindən yazılmışdır. Əfsanə ilk dəfə şəxsiyyət vəsiqəsini müqavilədə göstərildiyi gündən iki il sonra xx.xx.2008-ci il tarixdə almışdır. İddia ərizəsinə əlavə etdiyi onun şəxsiyyət vəsiqəsindəki imzası müqavilədə onun adının qarşısında olan imzalarla uyğunluğu yoxdur. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Müqavilədən həmçinin görünür ki, paylı mülkiiyyətin mülkiyyətçisi müqavilədə satıcı kimi göstərilmiş 14 yaşı tamam olmamış İddiaçı1 soyadı və adı kirill əlifbası ilə yazılmışdır. Halbuki, o, təhsilini latın əlifbası ilə almış, kilill əlifbasını bilmir. xx.xx.2006-cı il tarixdə 1 saylı Cavabdeh1 olmamış, müqavilədəki imza ona məxsus deyil, kirill əlifbası ilə yazılmış İddiaçı1 soyad və adı başqa şəxs tərəfindən yazılmışdır. Qızı İddiaçı1 bacısı Əfsanə ilə eyni gündə, xx.xx.2008-ci il tarixdə ilk dəfə şəxsiyyət vəsiqəsi almışdır. İddia ərizəsinə əlavə etdiyi onun şəxsiyyət vəsiqəsindəki imzası müqavilədə onun adının qarşısında olan imzalarla uyğunluğu yoxdur. Şəxsiyyət vəsiqəsində onun imzasındakı hərflərin ölçüləri, ara məsafəsi və xətti müqavilədəki imzalardan tam fərqlidir. Lakin, müqaviləni təsdiq edən notarius İlhama verdiyi vərəqdə 4 imza olduğunu gördüyü üçün müqaviləni imza etməyə səlahiyyətli şəxs kimi 3 satıcı- Cəzahir, Nəmidə və Əfsanəni göstərməli olduğu halda, Güldanənin 14 yaşına çatdığını hesab edərək, valideynlərin uşaqların paylarının satılmasına razılıq vermələri barədə ərizəyə və müqavilənin hər iki səhifəsində satıcıların sırasına 14 yaşı tamam olmamış İddiaçı1 adını daxil etmişdir. Bu hal notariusun İddiaçı1 şəxsiyyətini müəyyən etmədiyini göstərir. Müqavilədən görünür ki, notariusun iştirakı ilə tərəflər şəxsən müqaviləni imzalamış və onun tərəfindən tərəflərin şəxsiyyəti müəyyən edildiyi üçün AN-1 ******* №-İi 20 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi təkzib olunmaz faktlar bunun əksini, həmin günü arvadı və qızları ilə notariat kontorunda olmadıqlarını, şəxsiyyətlərini müəyyən etmədiyini və onun yanında müqaviləni imzalamadıqlarını, qərəzli olaraq saxta torpaq sahəsinin alqı-satqı müqaviləsini tərtib etdiyini sübut edir. Cavbdeh Cavabdeh2 alqı-satqı müqaviləsinin saxta olduğunu müqaviləni təsdiq edən notarius kimi yəqin bilmişdir. 16 ildən sonra məhkəməyə müraciət etməsi bu fikrini təsdiq edir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi X7 iddianı müdafiə edərək göstərmişdir ki, onun həyat yoldaşı müqavilə bağlanarkən 14 yaşında olmuş, 14 yaşında olan şəxs müqaviləni imzalamalı deyildir. O, Güldanə ilə 2010-cu ildə ailə qurub, 2011-ci ildə Nəsirin həmin torpaq sahəsinə gələrək torpağın onun olduğunu bildirdiyindən məlumatlıldır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçılar xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Şəxs hüquqlarının pozulması ilə bağlı müqavilələrlə əlaqədar hüququnun pozulmasını bildiyi vaxtdan 1 il müddətində mübahisələndirilməlidir. İddiaçı tərəf mübaghisəli torpağa dair çıxarış alıb, bağışlama müqaviləsi bağlamışlar, daha sonra başqa şəxsə satmışlar. Kəsici müddətə diqqət yetirilməsini xahiş edir, notariusda müqavilə bağlanarkən ola bilər ki, notarius tərəfindən texniki qüsurlara yol verilə bilər. Digər məhkəmə iclasında Cəzahir izahatında torpaq sahəsini satmasını etiraf etmişdir. Ola bilsin ki, maklerdən pulunu tam ala bilməmişlər. Notariusda alqı-satqı müqaviləsi mövcuddur, iş materiallarına da əlavə olunmuşdur. İş üzrə cavabdeh tərəf kəsici müddətin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir.belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Ona görə da kəsici müddətin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər iddiaçılar və onarın nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə, baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər iddiaçılar və onarın nümayəndəsinin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərmişdir ki, hazırki iddia tələbi ilə əlaqədar hüquqlarını müdafiə etdiyi Cavabdeh2 Xaçmaz rayon Polis Şöbəsinə müraciəti əsasında araşdırma aparılmışdır, bu barədə RPŞ tərəfindən cinayət işi başlanılmasının rədd edilməsi barədə 01 iyul 2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı tərəf iddia ərizəsində özləri etiraf edirlər ki, Cavabdeh2 2022-ci ildə ondan Xaçmaz RPŞ-nə şikayət etmiş, daha sonra isə Xaçmaz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hər iki idarədə izahatı mənim sözlərimlə yazılmamışdır. Polis şöbəsində müstəntiqə «İlham adlı maklerin ona beh olaraq 10 ədəd 10.000 manatlıq pul verdiyini, ağ kağıza arvadına, ona, qızlarının yerinə imza etdirərək dövlət aktını götürdüyünü, torpağı alan şəxslə qiyməti ilə əlaqədar danışacağını, daha sonra həmin şəxsin torpaq sahəsini almaqdan vaz keçdiyini bildirdiyini demişdir. Daha sonra, yazır ki, Nəsimi adlı Fizuli rayon sakini ilə 20 fevral 2006-cı ildə Xaçmaz rayon notariat ofisində görüşüb onunla alqı-satqı müqaviləsi bağlaması, İlhamın isə ona 2500 manat pulu verməməsi, məhkəmədə 1000 manat pul verərlər, lakin, iddiaçı buna razı deyil» məzmununda izahat verməmişdir. İddiaçı özünün izahatında göstərir ki, qızının xəstəliyi ilə əlaqədar onun müalicəsi üçün özlərinə məxsus olan torpaq sahəsinin 1,5 ha sahəsini satmaq istəmiş, bu barədə yaşadığı kənddə bir-neçə nəfərə bildirmiş, İlham adı şəxsin onun yanına gələrək Bakı şəhərində bir nəfər şəxsin torpaq sahəsi almaq istədiyini bildirmişdir. İlhama 1,0 ha torpaq sahəsini 2500 manata satdığını demiş, İlham onunla razılaşmış və göstərir ki, xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon notariat ofisinin qarşısında İlhamla görüşüb Cavabdeh2 adlı Fizuli rayon sakini ilə torpağın alqı-satqı müqaviləsi bağlamış və torpağı həmin şəxsə satmışdır. İddiaçı3 istintaqda yuxarıda qeyd olunanları göstərir, burda isə bildirir ki, belə söz deməmişdir. Xaçmaz rayon məhkəməsində cavabdehin torpaq sahəsinin bağışlanma müqaviləsinin ləğvi ilə əlaqədar iddiası təmin olunmamışdır. Səbəb isə bu olmuşdur ki, çıxarışın etibarsız hesab olunması üçün İnzibati Məhkəməyə müraciət olunmalıdır. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi icraatı dayandırıb İnzibati Məhkəmənin və Xaçmaz rayon məhkəməsinin icraatında olan işlərin nəticələrini gözləyir. İstintaqda etiraf edirlər ki, torpaq sahəsini Cavabdeh2 satıblar, lakin Cavabdeh2 onların pulunu ödəməyib. İddiaçı tərəf dəfələrlə ifadələrini dəyişiblər, məhkəmədən xahiş edir ki, RPŞ-dən həmin materialın alınmasını da təmin edilsin. Alqı-satqı müqaviləsi 20 fevral 2006-cı ildə bağlanmışdır. İddiaçılar 18 il keçdikdən sonra hazırki iddianı qaldırmaları absurd bir haldır. İddia müddətini qəbul etmirlər, idda müddəti deyil, kəsici müddətlərdir. İddia müddətinin tətbiqi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət edirlər. Amma kəsici müddəti isə məhkəmə özü nəzərə almalıdır ki, 18 ildən sonra müddətin tətbiqi ağlabatan deyil. Hesab edir ki, 2006-cı ildə iddiaçı tərəf müddət barədə məlumatlı olmadı. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2011-ci ildə Cavabdeh2 gəlmişdi ki, torpaq sahəsi onundur, iddaçı 2011-ci ildə artıq bu barədə məlumatlı olmuşdur. 1 il müddət burda da ötürüldü. 2022-ci ildə polis müstəntiqi iddiaçıdan izahat aldı, yenə də məlumatlı oldu, lakin 1 il də burda da ötürüldü. 2023-cü ildə məhkəmə mübahisəsi oldu, qətnamə qəbul olundu, 1 il burda da ötürüldü. Hər bir halda kəsici müddət ötürülmüşdür. İddiaçı tərəf iddia ərizəsində özləri etiraf edirlər ki, Cəzahir və Nəmidə qol çəkmişlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 nümayəndəsivəkili Nümayəndə2 göstərmişdir ki, onlar iddianı qəbul etmirlər. Digər hakimin sədrliyi ilə keçən məhkəmə iclasında İddiaçı3 bildirmişdir ki, torpaq sahəsini satmış, amma pulunu almamışdır. Digər iddiaçılar Əfsanə və Güldanə azyaşlı olduqları üçün imza etməmişlər. Vəsatətlə əlaqədar, düşünür ki, Əfsanə xəttşünaslıq ekspertizası təyin edilməsini istəmir. Əfsanə məhkəmə iclasına gəlib imza nümunəsi vermirsə xəttşünaslıq ekspertizası təyin edilə bilməz, çünki, ekspertiza haqqındakı təlimat buna imkan vermir. Onda olan məlumata görə Əfsanə bildirir ki, topağı satmışlar. İddiaçılar torpaq sahələrini satmaqlarını etiraf edirlər, pulunu almadıqlarını bildirirlər. İddiaçının imza nümunələri götürülmədən xəttşünaslıq ekspertizası keçirilə bilməz. Bu günki gündə isə vəkllərinin təsiri altında fərqli izahat verirlər. Lakin, məhkəmə iclas protokolunda qeydlər vardır. İddiaçıların məhkəmə iclasına gəlmələrini və məhkəmədə imza nümunələri vermələrini xahiş edir. İddiaçıların nümayəndəsi iddiaçılardan fərqli izahat verir, fikrini hüquqi cəhətdən əsaslandırmağa çalışır, iddiaçılar isə fərqli izahat verirlər. 18 il keçəndən sonra müqaviləni mübahisələndirmələri qeyri-qanunidir. Vəsatətləri bir-neçə cümlədən ibarətdir, ətraflı vəsatət təqdim etsinlər ki, nəyi araşdırmaq istədikləri aydın olsun. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Məmmədova (Kazımova) Güldanə Cəzahir qızının nümayəndəsi X7 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı3 və İddiaçı4 ər-arvad olmaqla, digər iki iddiaçılar onların qızlarıdır. 05 avqust 1998-ci ildə bu ailəyə Xaçmaz rayonunda pay torpağı verilmişdir. 14 aprel 2020-ci ildə iddiaçılar birgə mülkiyyətlərində olan pay torpağına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirib çıxarış əldə ediblər. Bundan sonra kiçik qızları Güldanənin ailə qurması ilə əlaqədar ona cehiz verilmədiyinə görə Cəzahir, Nəmidə və kiçik qızları Əfsanə öz pay torpaqların notarial qaydada Güldanəyə bağışlayıblar, Güldanə isə torpaq sahəsini X1. Bundan sonra, hazırki iş üzrə Cavabdeh2 Xaçmaz rayon məhkəməsinə müraciət edərək həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsini tələb etmişdir. İddiaya 2023-cü ildə baxılaraq iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsində isə müraciət edərək işin icraatının dayandırılmasını xahiş etmişdir. Cavabdeh2 iddia edir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən almışdır, ona görə də çıxarışın etibarsız hesab edilməsini tələb edir. Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar iştirak etməmişlər. Sübut kimi qeyd etmişlər ki, notarius şəxsiyyətləri müəyyən edərkən forma-9 arayışına əsaslanıb. Bu barədə Polis Şöbəsinin forma-9 arayışının verilməsi barədə məktubu iddia ərizəsinə əlavə edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən iştirak edən şəxslər notariatda qeydiyyat kitabında imza edirlər. Bu barədə sorğuya cavab əldə etmişdir. Notariusda yazılmış ərizələrdə iddiaçı Nəmidənin adı «Həmidə» kimi yazılmışdır. Daha sonra ər-arvad qızlarının adından da ərizə yazmışlar ki, onların alqı-satqıya etirazları yoxdur, həmin ərizədə də Nəmidənin adı Həmidə yazılmışdır. Müqavilələrdə iddiaçıların imzaları fərqlidir. Kifayət qədər sübutlar vardır ki, notariat kontorunda iddiaçıların şəxsiyyətləri müəyyən olunmamışdır. Cəzahirin qızlarının hər ikisi latın əlifbası ilə təhsil aldıqları halda onların adı kiril əlifbası ilə yazılmışdır. Əfsanə və Güldanə həmin vaxtı forma-9 arayışı almayıblar. Həmin vaxt Güldanənin 14 yaşı olmadığı üçün müqaviləni imzalamaq hüququ olmasa da, Əfsanənin 16 yaşı olub və o, müqaviləni imzalaya bilərdi. 2008-ci ildə bacılar şəxsiyyət vəsiqəsi alıblar, vəsiqələrin surəti işə əlavə olunub, imzaların fərqli olduğu müəyyən olunur. Əslində iddiaçılar notariusa gəlməyiblər. İddiaçıların böyük qızı Pərvanənin həmin vaxt xəstəliyi ilə əlaqədar torpağı satmaq qərarına gəlmişlər. Lakin, qızları vəfat etdiyi üçün torpaq sahələrini satmaq zərurəti aradan qalxıb. Torpaq sahəsini alan adam 16 il bu barədə susarmı?! İddiaçılara məxsus torpaq sahəsinin dövlət aktını onlardan alıb əvəzində həmin vaxtın pulu ilə 100.000 manat pul verilmişdir. Həmin pulu iddiaçılardan geri istəyəndə, Cəzahir də dövlət aktının qaytarılmasını tələb etmiş və bu məsələ həllini tapmadan qalmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı Cəzahir savadsız adamdır, 4 sinif təhsili vardır. İstintaq zamanı da izahatı özü yazmamışdır. Alqı-satqı müqaviləsinin qüsurlu bağlanmasını iddiada bildirirlər. 1-ci nöqsan odur ki, notarius qeyd edir ki, iddiaçıların iştirakı ilə müqavilə bağlanıb. 2-ci qüsur isə odur ki, iddiaçının adı Nəmidə olduğu halda müqavilədə Həmidə qeyd olunmuşdur. Nəmidə notarusda olsaydı müqavilə imzalanarkən bildirərdi ki, onun adı Həmidə deyil, Nəmidədir. Daha bir qüsur - müqavilədə satıcı olmalıdır. İddiaçı Güldanənin həmin vaxtı 14 yaşı olmadığı halda adı göstərilir, bu da qanun pozuntusu sayılmalıdır. Bu şəxslərə həmin vaxtı şəxsiyyət vəsiqəsini əvəz edən forma-9 arayışı verilməmişdir. Bu da onu təsdiq edir ki, iddiaçılar notariusda iştirak etməyiblər. İddiaçılar həqiqət də torpaq sahəsini satmaq istəyiblər. Bildirirlər ki, onların tanışları İlham adlı şəxs onlara ağ kağıza imza etdirib. 100.000 manat beh olaraq iddiaçıya verib. İddiaçı satıcı ilə alıcını tanış etməli idi. Birlikdə notariat kontoruna getməli idilər, torpağın dəyərini razılaşdırmalı idilər. Sübut kimi qeyd etmişlər ki, notarius şəxsiyyətləri müəyyən edərkən forma-9 arayışına əsaslanıb. Bu barədə Polis Şöbəsinin forma-9 arayışının verilməsi barədə məktubu iddia ərizəsinə əlavə edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən iştirak edən şəxslər notariatda qeydiyyat kitabında imza edirlər. Bu barədə sorğuma cavab əldə etmişəm. Notariusda yazılmış ərizələrdə iddiaçı Nəmidənin adı «Həmidə» kimi yazılmışdır. Daha sonra ər-arvad qızlarının adından da ərizə yazmışlar ki, onların alqı-satqıya etirazları yoxdur, həmin ərizədə də Nəmidənin adı Həmidə yazılmışdır. Müqavilələrdə iddiaçıların imzaları fərqlidir. Kifayət qədər sübutlar vardır ki, notariat kontorunda iddiaçıların şəxsiyyətləri müəyyən olunmamışdır. Cəzahirin qızlarının hər ikisi latın əlifbası ilə əthsil aldıqları halda onların adı kiril əlifbası ilə yazılmışdır. Əfsanə və Güldanə həmin vaxtı forma-9 arayışı almayıblar. Həmin vaxt Güldanənin 14 yaşı olmadığı üçün müqaviləni imzalamaq hüququ olmasa da, Əfsanənin 16 yaşı olub və o, müqaviləni imzalaya bilərdi. 2008-ci ildə bacılar şəxsiyyət vəsiqəsi alıblar, vəsiqələrin surəti işə əlavə olunub, imzaların fərqli olduğu müəyyən olunur. Əslində iddiaçılar notariusa gəlməyiblər. İddiaçıların böyük qızı Pərvanənin həmin vaxt xəstəliyi ilə əlaqədar torpağı satmaq qərarına gəlmişlər. Lakin, qızları vəfat etdiyi üçün torpaq sahələrini satmaq zərurəti aradan qalxıb. Torpaq sahəsini alan adam 16 il bu barədə susarmı?! İddiaçılara məxsus torpaq sahəsinin dövlət aktını onlardan alıb əvəzində həmin vaxtın pulu ilə 100.000 manat pul verilmişdir. Həmin pulu iddiaçılardan geri istəyəndə, Cəzahir də dövlət aktının qaytarılmasını tələb etmiş və bu məsələ həllini tapmadan qalmışdır. Cavabdehin də alqı-satqı müqaviləsindəki imza ilə notariusda müqavilənin qeydə alındığı reyestr kitabındakı imzası bir-birindən kəskin fərqlənir ki, bu da cavabdehin özünün də müqavilə bağlanan günü notariusda olmamasını təsdiq edir. Cavabdehin də imza nümunəsi fərqlidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, iddianın əsası ondan ibarətdir ki, iddiaçıların dördü də notariat orqanına gəlməmişlər, orada notariat müqaviləsini imzalamamışlar və bu imzalar onlara məxsus deyildir. Bu halı onunla əsaslandırır ki, iddiaçılardan Nəmidə xanımın adı müqavilədə Həmidə qeyd olunub. Bu da onu təsdiq edir ki, həqiqətən də bu şəxslər notariusda olmayıblar. Digər tərəfdən də notarius müqaviləni təsdiq etməzdən əvvəl tərəflərin şəxsiyyətini müəyyən etməlidir. Polis Şöbəsindən alınmış arayışla da təsdiq olunur ki, 2006-cı ildə iddiaçıların dördünün də adına Forma-9 arayışı alınmamışdır. Maraqlı haldır ki, müqavilə bağlanmazdan 10 gün əvvəl guya iddiaçılara vəsiqə verilmişdir. İddiaçılardan Güldanə və Əfsanə müqavilə bağlanarkən orta məktəbdə oxuyublar, orta məktəbdə kiril əlifbası ilə tədris yoxdur, niyə onların adları qarşısındakı yazılar latın əlifbası ilə deyil, kiril əlifbası ilə yazılmışdır?! Əfsanə Güldanədən iki yaş böyük olmasına baxmayaraq, hər iki bacı şəxsiyyət vəsiqələrini eyni vaxtda alıblar. Əfsanənin şəxsiyyət vəsiqəsinin surətini iddiaya əlavə etmişlər, şəxsiyyət vəsiqəsindəki imza müqavilədəki imza ilə eynilik təşkil etmir. Əvvəlki məhkəmə iclasında da qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirak etməsi yaxşı olardı. Cavabdehin şəxsiyyət vəsiqəsinin nəzər keçirilməsini xahiş edirlər, cavabdehin şəxsiyyət vəsiqəsindəki və müqavilədəki imzaları tutuşdurulmalıdır, cavabdehin müqavilədəki imzası həmin günü notariat kontorunda reyestr kitabında olan imzasından tam fərqlənir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı4, iddiaçılar İddiaçı3, İddiaçı4, X5 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Nümayəndə1 göstərmişdir ki, iddia müddəti pozulmuş hüquqların müdafiəsi müddəti hesab olunur. Onların hüquqları pozulmayıb, həmin əqdin, alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmirlər, onu inkar edirlər. Qarşı tərəfin məhkəmədə iddia qaldırmasından, həmin iddia ərizəsini aldıqları vaxtdan iddia müddəti yaranmışdır, həmin müddətdən isə 1 il deyil, təxminən 11 ay vaxt keçmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək göstərmişdir ki, xəstəsi olduğu üçün torpaq sahələrini satmaq istəmişlər. İlham adlı şəxs əri ilə onu aldadıb boş ağ kağıza imza etdirmişdir. Karandaşla 4 yerdə imza edilməsi üçün işarələmişdir. Uşaqları balaca olmuşdur. İlham dövlət aktını verəndən sonra gözləmişlər ki, cavabdeh gəlib torpağı alqı-satqı edəcək. Onlar aldanmışlar. Bir neçə illər keçəndən sonra sahələrinə bir nəfər kişi gəlmiş, adının Nəsir olduğunu bildirmiş, gəlib onları torpaq sahələrindən çıxarmaq istəmişdir. Torpaq sahəsinin sənədini İlham adlı maklerə vermişlər. Notariat kontorunda olmamışdır. İlham onlara boş ağ kağıza imza etdirmişdir. Sonradan dublikat sənədlə torpaq sahəsinə çıxarış almışlar. Cavabdeh Nəsiri görməmiş, notariat kontorunda olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin iclasında iştirak etmiş İddiaçı4 iddianı müdafiə edərək göstərmişdir ki, uşaqları həmin vaxt balaca olmuşlar, birinin 13 yaşı, digərinin 14 yaşı olmuşdur. Uşaqlar onların himayəsində idilər. Uşaqların heç nədən xəbərləri də olmamışdır. Ağ kağızda 4 yer işarələnmiş, birinə o imza etmiş, birinə əri imza etmişdir. Qalan imzalardan xəbərləri yoxdur. Kasıb adamlardır, xəstələri olduğu üçün İlham onlara 10 «şirvan» pul vermiş, pulu aldıqlarına görə kağıza imza etmişlər. Onlara bildirmişdir ki, o bu torpağı onlar üçün satacaqdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək göstərmişdir ki, xəstəsi olduğu üçün qonşusuna torpaq sahələrini satdığını demişdir. İlham adlı şəxs ona həmin vaxtın pulu ilə 100.000 manat beh olaraq pul vermiş, bildirmişdir ki, torpağı almaq istəyən şəxs Fizuli rayonundandır, ailəvi dostdurlar. Onlara boş ağ kağıza imza etdirmiş, bildirmişdir ki, həmin kağızı torpağı almaq istəyən Nəsir adlı şəxsə göstərəcək ki, onların torpağı satmaq istədiklərini bilsin. Həmin şəxs onları aldatmış, torpağa görə pul verməmişdir. Bir müddət sonra isə demişdir ki, həmin şəxs razılaşmamışdır, pulu qaytarsınlar. Ona demişdir ki, torpağın sənədini qaytar pulu versin. Digər hakimin icraatında olan işə baxılarkən vəkil Şahin müəllim demişdir ki, onsuz da torpaq sahəsi əlinizdən gedir, 1000 manat pulu alın razılaşın. O da savadsız adam olduğu üçün və xəstəsi olduğuna görə razılaşmışdır. O cavabdeh Nəsiri görməmiş, notariat kontorunda olmamışdır. Xəstəsi olduğu üçün, savadsızlığından İlham adlı şəxsin təqdim etdiyi boş ağ kağıza imza edib həmin vaxtın pulu ilə 100.000 (10 şirvan) manat beh olaraq torpağını satmaq məqsədi ilə almışdır. Nəsir adlı şəxslə torpağın dəyəri barədə razılaşmaları olmamışdır. Torpaq sahələrini təxminən 1.000.000 manata satmalı idilər. İlham onlara imza etdirərkən yanında həyat yoldaşı da olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı X8 iddianı müdafiə edərək göstərmişdir ki, o və bacısı Əfsanə 2008-ci ildə şəxsiyyət vəsiqəsi əldə etmişlər. Heç bir müqaviləyə o və bacısı imza etməmişlər. Notariusda olmamışlar. 2006-cı ildə şəxsiyyət vəsiqəsi almamış, Cavabdeh2 görməmiş, tanımır. Orta təhsilini latın qrafikası ilə almışdır. Müqavilədəki yazılar və imzalar onun tərəfindən icra olunmayıb, onların adları müqavilədə kiril əlifbası ilə yazılmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin müqavilədə və notariusun qeyd kitabında olan imza nümunələri fərqlidir, bu da təsdiq edir ki, cavabdeh notariusda iştirak etməyib. Nəmidənin adını Həmidə kimi yazıblar. Nəmidə tibb bacısı işləyir, latın qrafikasını bildiyi halda kirill əlifbası ilə müqavilədə yazılıb. İddiaçılar notariusda iştirak etməyiblər. İddiaçılardan 12 yaşlı uşağın müqavilədə tərəf kimi göstərilməsi qanunsuzdur. İddiaçıların hüquqları dövlət reyestrində tanınıb, cavabdehin hüquqları tanınmayıb. Onlar kifayət qədər sübut təqdim etmişlər, cavabdeh də iştirak etməli və sübut verməlidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı3 göstərmişdir ki, uşağı xəstə olduğundan torpağı Nəsir müəllimə istifadə üçün vermişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli 20 fevral 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı3, İddiaçı4, X9 və İddiaçı1 mülkiyyətində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.50 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-461/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı3, İddiaçı4, Kazımova (Orucova) Əfsanə Cəzahir qızına və İddiaçı1 qarşı hüquqların dövlət reyestri haqqında çıxarışın və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. -Kəsici müddətin tətbiqi barədə ərizədən müəyyən olunur ki, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 kəsici müddətin tətbiq edilməsini xahiş etmişdir. - Notariat işininin materiallarından müəyyən olunur ki, məhkəminin sorğusuna əsasən notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. -Ekspert vəsatətindən görünür ki, 2(067)-648/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Tədqiq olunan sənədin əslini, İddiaçı3, İddiaçı4, İddiaçı1 3-5 sənəddə əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi xahiş olunmuşdur. -Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(067)-648/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Tədqiq olunan sənədin əslini və İddiaçı3, İddiaçı4, İddiaçı1 3-5 sənəddə əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 13 iyun 2024-cü il tarixdə ekspert vəsatət verilmişdir. Ekspertin vəsatəti təmin edilmədiyindən “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Ekspertiza icraatının operativliyini və tamlığını təmin etmək məqsədilə qərardad və iş materialları yenidən ekspertizaya göndərildiyi zaman ekspert vəsatətində göstərilən sənəd və nümunələrin əldə edilərək qərardad və iş materialları ilə birlikdə təqdim olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1 maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1. maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1 maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021ci il tarixli Qərarında qeyd olunur ki, Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020ci il tarixli Qərarında qeyd olunur ki, əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, 20 fevral 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı3, İddiaçı4, X9 və İddiaçı1 mülkiyyətlərində olan Xaçmaz rayonu Çaxmaqlı kəndində yerləşən 1.50 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh2 ilə aralıarında notariat qaydasında təsdiq edilmiş alıq-satqı müqaviləsi bağlanmışdır, hazırda iddiaçılar cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı tərəf alqı-satqı müqaviləsinin etibrasız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, bu faktı təsdiq edəcək kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf ilk olaraq alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumiyyətlə notariat kontoruna (ofisinə) getmədiyini və müqavilədə olan imza və yazıların onlara - həm iddiaçı, həm də cavabdehə aid olmadığını faktını irəli sürmüşlər. Bu faktın təsdiq edilməsi ilə əlaqədar iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin iddiaçılardan İddiaçı3 yaza bilmədiyini əsas gətirərərək xətt nümunəsi verməkdən imtina etmiş, yalnız imza nümunələrini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə müqavilədə olan imzanın ona məxsus olduğunu və bu halı mübahisələndirmədiyini əsas gətirərək xətt və imza nümunələrinin verilməsindən imtina etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş vəsatətdə imza nümunələrinin kifayət etmədiyini qeyd edilərək əlavə 3-5 vərəq imza nümunəsi verilməsi bildirilmişdir. Lakin təzələnmiş məhkəmə icraatında məhkəmə prosesi zamanı iddiaçı tərəf naməlum səbəbdən əlavə imza və xətt nümunəsinin verilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh tərəf də xətt və imza nümunələrinin verilməsindən əvvəlki əsasla imtina etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Müki Prosessual Məcəllənin tələblərinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırki mülki iş üzrə hər iki tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etsə də, məhkəmə hesab edir ki, iddia tələbi ilə məhkəməyə müraciət edən və müqavilənin etibarlılığını mübahisələndirən tərəf iddiaçı tərəf olduğundan ekspertizasının keçirilməsində həmin tərəf maraqlı olmalı və bu halın sübut olunması üçün ekpertizanın keçirilməsndə iştirak etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, MPM tələblərinə əsasən hazırki mülki iş üzrə ekspertiza təyin edilən fakt rədd edilmiş hesab edilməli və idda tələbi təmin edilməməlidir. Bundan başqa iddiaçı tərəf notariat orqanına getmədiklərini və boş ağ A4 vərəqin yalnız bir üzünün sol aşağı hissəsində imza etdiklərini qeyd etsələr də, notariat işinin matreriallarından iddiaçılardan İddiaçı3 və İddiaçı4 qıznın alıq-satqı müqaviləsindən başqa notariat orqanına verdikləri ərizədə də ad, soyad və imzalarının olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçılar notariat orqanına getmədikləri halda onların nikah haqqında şəhadətnaməsinin və uşaqlarının (Kazımova Əfsanə, İddiaçı1) doğum haqqında şəhadətnamələrinin surətlərinin notariat işinə necə əlavə olunduğunu açıqlamamışdır. Bundan başqa iddiaçı tərəf iddiaçılardan İddiaçı4 adının müqavilədə “Həmidə” kimi qeyd edildiyini və bunun da alqı-satqı müqaviləsinin etibarsızlığına dair daha bir sübut olduğunu bildirmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, ad, soyad və ya ata adında texniki səhvin olması notariat qaydasında təsdiq edilmiş müqavilənin etibarsızlığı üçün əsas deyildir. Həmçinin, həmin müqavilə üzrə notariat işindəki yazıların əksəriyyətinin “kiril” qrafikası ilə tərtib edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu hal müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, iddia tərəfi özü də iddia ərizəsində şəxsin adını (xahiş etdi hissəsində) “Nəmidə” deyil “Həmidə” kimi qeyd etmişdir. Bundan başqa, həqiqətə nail olmaq məqsədilə məhkəmə tərəfindən iddiaçılara iddia ərizəsində və məhkəmə iclaslarında adını qeyd etdikləri İlham adlı şəxsin (makler) məhkəməyə şahid qismində çağırılması üçün həmin şəxs barədə məlumatları - ad, soyad, ata adı və ünvan barədə məlumatları bildirməyi təklif edilsə də, nədənsə iddiaçı tərəf buna etiraz edərək şəxs barədə məlumatları təqdim etməkdən imtina etmiş və nəticədə onun məhkəmə iclasına şahid qismində çağırılmasının qarşısını almışdır. Bundan başqa kəsici müddətin tətbiqi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin 2011-ci ildə cavabdehin mübahisəli torpaq sahəsinə gələrək oranı aldığını bildirdiyi nəzərə alınaraq, belə qənatətə gəlmək olar ki, iddiaçı tərəfin əqdin etibarsızlığı üçün əsas olduğunu nəzərdə tutduqları halları bildiyi və ya bilməli olduğu tarix həmin vaxtdan, yəni 2011-ci il tarixdən hesablanmalıdır. İddiaçı tərəf cavabdehin həmin torpaq sahəsini aldığını onlara bildirdikdən sonra dərhal və ya ən gec bir il ərzində əqdi mübahisələndirmək əvəzinə, 2021-ci il tarixdə bu torpaq sahəsinə dair hüquqları dövlət reyestrində qeydiyyata aldıraraq çıxarış əldə etmiş, daha sonra həmin ildə torpaq sahəsinin bir hissəsini müxtəlif əqdlər əsasında özgəninkiləşdirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta yuxarıda sadalanan əsaslar olmasaydı belə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılarının tələb etdiyi qaydada alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçılar iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və Məmmədova (Kazımova) Güldanə Cəzahir qızı cavabdehlər Cavabdeh2 və Xaçmaz rayon Notariat Ofisinin xüsusi notariusuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar