Məhkəmə qərarları › İş №2(067)-65/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-65/2022

10.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-65/2022 10.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 21.05.1976-cı ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21.05.1976-cı il təvəllüdlü bacısı X4 uşaqlıqdan əqli zəifliyə görə müddətsiz olaraq İİ qrup əlildir. Adına verilmiş Ser-BTE-3 076112 nömrəli arayışda göstərilir ki, uşaqlıqdan ömürlük müddətsiz əlildir, əməyə qadir deyildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, əqli cəhətdən zəif olduğuna görə Natəvana o qulluq edir. O, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Valideyinlərindən anaları X5 25.08.2003-cü ildə, ataları X7 isə 03.02.2020-ci ildə vəfat etmişlər. Hazırda, vərəsəliklə əlaqədar müraciət etdikdə, bacısı X1 da imzası tələb olunur. Lakin o, xəstə olduğuna görə müvafiq sənədləri dərk edərək imzalaya bilmir. Ümumiyyətlə məktəbə getməmiş və heç bir təhsili yoxdur, yazıb-oxuya bilmir. Bu səbəbdəndə hazırkı ərizə ilə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.11.2021-ci il tarixli 2701 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İV-ЖГ seriyalı 333853 saylı doğum haqqında şəhadətnamənin surətindən və AZE seriyalı 13489735 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 21.05.1976-cı il ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur, onun atası X7, anası isə X3r. İş materiallarında olan İV-ЖГ seriyalı 339913 saylı doğum haqqında şəhadətnamənin surətindən və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur, onun atası X7, anası isə X3r. İş materiallarında olan AZ-İ seriyalı 058541 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 25.08.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 057405 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 03.02.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan Ser-BTE-3 076112 nömrəli arayışın surətindən müəyyən olunur ki, X4 uşaqlıqdan ömürlük müddətsiz əlildir, əməyə qadir deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.11.2021-ci il tarixli 2701 saylı rəyindən müəyyən olunur ki, 24.12.1976-cı il tarixdə doğulmuş X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə qeyd olunur. X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslıdır. X1 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 21.05.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.05.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar