Məhkəmə qərarları › İş №2(067)-653/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-653/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-653/2022 06.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X11, X6 və X7 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-234 seriyalı, 30224018 kodlu dövlət aktının paylı mülkiyyətçilər olmuş mərhum valideyinləri X12 və X10 ilə birgə ona Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun şəxsiyyəti Ərizəçi olmaqla xx xxxxxxxx 1978-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı qərarına əsasən onun, digər paylı mülkiyyətçilər olmuş mərhum valideynləri X12 və X1 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən cəmi 2,30 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-234 seriyalı, 30224018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun adı “Aynurə” olduğu halda səhvən “Aynur”, mərhum atası Oruc Məmmədovun ata adı “Qürbət” olduğu halda səhvən “Qürbət”, həmçinin mərhum anası Kübra Məmmədovanın adı səhvən “Kubra” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxın vaxtlarda yeni mülkiyyət sənədi almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-234 seriyalı, 30224018 kodlu dövlət aktında ad və ata adlarında yaranmış uyğunsuzluqlarla əlaqədar müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona mülkiyyət sənədində mülkiyyətçilərin ad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin reyestr xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi rəsmi qaydada tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Xaçmaz rayon AİK-nın 18.05.1998-ci il tarixli 06 saylı qərarı ilə ona və valideynlərinə Xaçmaz rayonunun Çarxı kəndində 2,30 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X13 adı səhvən Aynur kimi, atası Oruc Məmmədovun ata adı Qürbət əvəzinə səhvən Qurbət kimi, anası Kübra Məmmədovanın adı səhvən Kubra kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahələrilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xahiş edir ki, ərizə təmin edilsin. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə Dövlət Aktındakı yanlışlığa fikir verməmişlər. Torpaq sahələrilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Şahidləri bacılarıdır və onlar ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X16 bildirmişdir ki, Xaçmaz rayon AİK-nın qərarına əsasən bacısı Ərizəçi və valideynlərinə Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,30 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib, X23 bacısı Aynurənin adı səhvən Aynur kimi, atası Oruc Məmmədovun ata adı Qürbət əvəzinə səhvən Qurbət kimi, anası Kübra Məmmədovanın adı səhvən Kubra kimi qeyd edilib. Torpaq sahəsi verildiyi vaxtdan valideynlərinin, onların vəfatından sonra isə bacısı Aynurənin istifadəsindədir. O, torpaq islahatı keçirilən ərəfədə ailə qurub ər evinə köçüb getdiyinə görə ona Xaçmaz rayonunun Çarxı kəndində pay torpaq sahəsi verilməyib. Təsdiq edir ki, JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı valideynlərinə və bacısı Aynurəyə məxsusdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Xaçmaz rayon AİK-nın qərarına əsasən bacısı Ərizəçi və valideynlərinə Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,30 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib, X23 bacısı Aynurənin adı səhvən Aynur kimi, atası Oruc Məmmədovun ata adı Qürbət əvəzinə səhvən Qurbət kimi, anası Kübra Məmmədovanın adı səhvən Kubra kimi qeyd edilib. Torpaq sahəsi verildiyi vaxtdan valideynlərinin, onların vəfatından sonra isə bacısı Aynurənin istifadəsindədir. O, torpaq islahatı keçirilən ərəfədə ailə qurub ər evinə köçüb getdiyinə görə ona Xaçmaz rayonunun Çarxı kəndində pay torpaq sahəsi verilməyib. Təsdiq edir ki, JN-234 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı valideynlərinə və bacısı Aynurəyə məxsusdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-234 seriyalı 30224018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 18.05.1998-ci il tarixli 06 saylı qərarı ilə X11, X6 və X9 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,30 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonun, Çarxı kəndində anadan olmuşdur. İş materiallarında olan V-ЖГ №466233 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Xaçmaz rayonununda anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan AZ-İ seriyalı 581752 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 07.05.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 410207 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 09.11.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı İƏD Nümayəndəliyinin 06.12.2021-ci il tarixli 522 saylı arayışından müəyyən olunur ki, JN-234 saylı dövlət aktında Ərizəçi adı mexaniki səhv olaraq X3 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-234 seriyalı, 30224018 kodlu dövlət aktının paylı mülkiyyətçilər olmuş mərhum X12 və X10 ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-234 seriyalı, 30224018 kodlu dövlət aktının paylı mülkiyyətçilər olmuş mərhum X12 və X10 ilə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar