Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-658/2021 13.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi, Üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1962-ci il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 ruhi xəstədir, müddətsiz olaraq 1-ci qrup ömürlük əlildir. Ruhi xəstə olduğuna görə özünü idarə edə bilmir, hərəkətlərini dərk edə bilmir. Onun üzərində qəyyum təyin edilməsi zəruridir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1962-ci ildə anadan olmuşdur Atası Ərizəçi, anası X3 qeyd edilmişdir. İş materiallarından müəyyən olunur ki, X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər Respublika Psixiatriya Xəstəxanacında stasionar müalicədə olmuşdur. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X5 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-658/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-658/2021
13.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver