Məhkəmə qərarları › İş №2(067)-666/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-666/2024

09.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-666/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraсiət edərək 26 aprel xx.xx.2005-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş oğlu X5 “Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntusu İQ-32 bal orqanizmin funksiyası pozulması fazisi-85% ’’Ümumi xəstəlikdən əziyyət çəkən ’’kənar qulluğa ehtiyacı olan” diaqnozu ilə 1 qrup əlildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti məhduddur. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona o qulluq edir. Bu səbəbdən də oğlu xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. TSEK-nin müvafiq G00141663USA saylı, rəyindən görünür ki, oğlu X5 “Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntusu İQ-32 bal orqanizmin funksiyası pozulması fazisi-85% ’’Ümumi xəstəlikdən əziyyət çəkən ’’kənar qulluğa ehtiyacı olan” 1 qrup əlildir, əlavə köməyə ehtiyacı vardır. Bu səbəbdən də oğlu xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Qusar rayonunun Ənix kəndində anadan olmuşdur. İş materiallarında olan Vİİ-JQ seriyalı 436069 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X7 arasında xx.xx.2001-ci ildə rəsmi nikah qeydə alınmışdır və nikaha daxil olarkən X7 ərinin soyadına uyğun olaraq Aslanova soyadını qəbul etmişdir. İş materiallarında olan Z-İ seriyalı 673987 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2005-ci ildə Xudat şəhərində doğulmuşdur. Onu atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2023-cü il tarixli 1379 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2020-ci il tarixli 833 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X8 şəxsin 3113/2023 saylı salamlıq vəziyyətinin müayinə edilməsi aktından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu ilə diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 521 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar