Məhkəmə qərarları › İş №2(067)-667/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-667/2025

30.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-667/2025 30.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1988-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma qızı xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X6 şizofreniya paranoid forma diaqnozu ilə uzun müddətdir ki, xəstədir, çoxsaylı müalicələrin, o cümlədən Quba rayon X1 və Maştağa qəsəbəsində yerləşən Psixonevroloji Dispansiya da edilmiş müalicələrin heç bir əhəmiyyəti olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında müvafiq sənəddə göstərilir ki, “F20.0 Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Sənəddə göstərilir ki, əmək qabiliyyətsizdir, ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda ikinci qrup olduğuna görə müvafiq pensiya məsələlərinin həlli ilə əlaqədar qızının üzərində qəyyum təyin edilməlidir. Belə ki, özü xəstə olduğuna görə sənədlərin mahiyyətini dərk edə və onları imzalamaq qabiliyyətində deyildir. Notariatdan bildirilmişdir ki, qızı sənədləri imzalamaq iqtidarında olmadığına görə məhkəmə qaydasında onun fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməsi barədə qərar çıxarılmalı, üzərində qəyyum təyin edilməlidir ki, müvafiq sənədləri qəyyum imzalaya bilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı Leyla şizofreniya xəstəsidir. Maştağada 2 dəfə xəstəxanada yatıb. Qızına əlillik qrupu verilərək pensiya təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1988-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1988ci il təvəllüdlü X6 İİ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1111 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü X3 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar