Məhkəmə qərarları › İş №2(067)-676/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-676/2022

25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-676/2022 25.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdehlər notarius X1, notarius X2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər notarius X1, notarius X2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət rüsumu müəyyən olunmuş məbləğdə ödənilməmiş, həmçinin iddia ərizəsinin forma və məzmununa düzgün əməl edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan 08.10.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin hesabına 20 manat məbləğində dövlət rüsum ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə əlaqədar Dövlət rüsumu haqqında Qanununun 8.2-ci maddəsinə əsasən 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. İddiaçı müəyyən olunmuş məbləğdə dövlət rüsumunu Xaçmaz Rayon Məhkəməsinin hesabına ödəməsinə dair ödəniş qəbzini iddia ərizəsinə əlavə etmədiyi üçün, eyni zamanda iddiaçı iddia ərizəsində Bakı şəhəri, 53 saylı Notariat Kontorunun 08.06.2006-cı il tarixli kredit müqaviləsinin və Quba rayon Notariat Kontorunun 04.12.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, iş üzrə cavabdeh qismində Notariat ofisləri deyil fiziki şəxslər X5 və X4 cəlb etmiş, ünvanları olaraq isə Notariat Kontorlarını qeyd edərək iddia ərizəsinin forma və məzmununa düzgün əməl etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər notarius X1, notarius X2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar