Məhkəmə qərarları › İş №2(067)-679/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-679/2022

04.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-679/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq ASC-nə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1i ünvanda yerləşən evinə Elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 12.01.2021-ci il tarixli AKT R №205251 Aktın ləğv edilməsi, əsassız hesablanmış 619 manat 06 qəpik pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 12.01.2021-ci il tarixdə Azərışıq ASCnin əməkdaşlarının tərtib etdiyi AKT R № 205251 yaşadığı evə verilən elektrik enerjisindən kənar xət vasitəsi ilə istifadə etdiyinə görə 619 manat 6 qəpik məbləğində sərfiyyat hesablanmışdır. Aşağıda göstərilənlərə əsasən Akt ləğv olunmalı hesablanmış pul məbləği hesabdan silinməlidir. Belə ki, 12 yanvar 2021-ci il tarixində o evdə olmadığı zaman X6 Xudat sahəsinin əməkdaşları başda aparıcı mühəndis Rəşidov Fərux olmaqla kəndlərində reyd keçirmişlər, onun xəbəri imzası olmadan güya mənzilində kənar xətt aşkar etdikləri barədə Akt yazmışlar Eləmin Aktı təqdimetmədiklərində orada nə qüsur yazdıqları barədə məlumatıda olmayıb. Halbu ki, həmin aktı o və ya ailə üzvlərindən biri imzamalıdır. Növbəti ayda ona bildiriş verərkən məlum olmuşdur ki, yazılan akta görə 619 manat 6 qəpik məbləğində cərimə hesablamışdır. Bundan sonra o həmin aktın X1 ilə tanış olmuşdur. Enerjidən istifadə qaydalarına görə hər ay nəzarətçi mühəndis sayğacları oxuyur və nəzarət edir. Əgər onun sayğacında kənar xətt olsaydı neçə ay bundan əvvəl qüsur aşkar edilməli idi. O hər il (12 ay ərzində) cəmi 70-85 AZN məbləğində elektrik enerjisindən istifadə edirsə, 619 manat 6 qəpik neçə illik cərimədir ki, tətbiq edilir. O kənar xət istifadə etməmişdir. Yazılan naqil mənzilindən 40 metr məsafədə sayğaca qoşulmamış həyətdə atıİıb qalan naqil olub. O iş tapa bilmədiyindən işləmir, kasıb adamdır. Evi kiçik ölçülü olmaqla yarım tikili vəziyyətdədi yaşayış üçün tam hazır deyil. Evdə kondensioner, paltaryuyan maşın, elektrik ət çəkən maşın mövcud deyil yalnız televizor və balaca soyuducu var. Enerjidən istifadəyə görə aylıq ödənişləridə vaxtı-vaxtında etmiş və həmin, ərəfədə sərfiyyat 6-8 manat həcmində olmuşdur və tərəfindən ödənişlər edilmişdir. 12.01.2021-ci il tarixli Akt tərtib edilməmişdən 5 gün əvvəl yəni 07.01.2021-ci il tarixdə sayğaca nəzarətçi tərəfindən baxış keçirilmiş və 6 manat 30 qəpik sərfiyyat hesablamışdır. Aktda göstərildiyi kimi-ayar sayğacdan kənar xətt olmuş olsaydı nəzarətçi dərhal onu müəyyən edərək tədbir görərdi. Hər hansı əlavə xətt işlətməmişdor və buna heç bir ehtiyacıda yoxdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən küçədə quraşdırılmış sayğaca görə abonent məsuliyyət daşımır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASCnin 12.01.2021-ci il tarixli aktı ilə evinə verilən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyinə görə 619,6 manat məbləğində sərfiyat hesablanıb. Onun evinə sayğac quraşdırılıb və o qonşunun evinin qarşısındakı dirəkdən evinə elektrik xətti çəkmişdir. Bunu kənar xətdən istifadə kimi qiymətləndirirlər. O bununla razı deyil. Ona görə ki, onun evinin qarşısında elektrik dirəyi yoxdur və o məcbur olub qonşunun elektrik dirəyindən evinə elektrik xətti çəkmişdir. Akt tərtib olunarkən o iştirak etməmişdir, evdə yalnız azyaşlı uşağı olub. Heç bir kənar xətdən istifadə etməmişdir. Akt tərtib ediləndən sonra onun evinə elektrik verilişi dayandırılmayıb, elektrik xətti kəsilməyib. İş üzrə cavabdeh "xxxx" ASC-nə rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.01.2021-ci il tarixli R 205251 sarlı Aktdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Xudat kəndində yerləşən evinə sayğacdan kənar xətt çəkilməsi ilə elektrik enerjisindən istifadə olunur. İş materiallarında olan Azərişığın cərimə haqqında 29.11.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, İddiaçı evinə 205251 saylı Akt əsasında "xxxx" ASC tərəfindən cərimə hesablanmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla)tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enercitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enercitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2ydaları»nın tələblərinə əsasən abonentin sayğaca müdaxiləsini məhz "xxxx" ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC tərəfindən sübut edilməlidir, lakin cavabdeh təşkilat tərəfindən qeyd edilən halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin, "xxxx" ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli AKT R №205251 saylı Aktın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacdan kənar xətt çəkilməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Başqa sözlə, həmin aktın sübut kimi qiymətləndirilib qəbul edilib-edilməməsi məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Lakin bir sübut kimi həmin aktın etibarsız hesab edilməsi prosessual baxımdan anlaşılmazdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin ediləndir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və "xxxx" ASC tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli AKT R №205251 saylı Akt əsasında İddiaçı hesablanmış 619,06 manat məbləğində cərimə borcu silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli AKT R №205251 saylı Akt əsasında İddiaçı hesablanmış 619,06 manat məbləğində cərimə borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar