Məhkəmə qərarları › İş №2(067)-68/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-68/2022

27.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-68/2022 27.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququna xitam verilməsi və vəsiyyətnamənin etibarsız sayılmasına dair ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı ərizə ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Yergüc kəndində mərhum X5 məxsus olmuş 2 mərtəbəli ev tikilisinin və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsində ifadə olunmuş miras əmlakını, qanun üzrə vərəsə X3 tərəfindən mirasın qəbul etmə müddətini ötürdüyü səbəbindən vərəsəlik hüququna xitam verilməsi, X1 Xaçmaz rayonu, Yergüc kəndindəki 2 mərtəbəli ev tikilisi və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha torpaq sahəsindəki payına Cavabdeh adına tərtib edilmiş 01 mart 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına, Xaçmaz rayonu, Yergüc kəndindəki mərhum atası X5 məxsus olmuş fərdi evin və onun yerləşdiyi 0,31 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin təsdiqlənmiş sürətləri yaxud da müvafiq arxiv arayışları olmadan, hazırda mərhumə anası, sözügedən mülkdə ifadə olunan mirasın 1-ci növbəli vərəsəsi olaraq X1 adından 01 mart 2006-cı İldə öz payı hissəsində vəsiyyətnamə tərtib olunmuşdur. X1 mirasdakı payı qanun üzrə vərəsəlik qaydasında rəsmiləşdirilməmiş, sonuncuya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmədiyi halda, onun mirasdakı payını vəsiyyətnamə üzrə tərtib edilməsi mülkiyyət hüququmu və qanuni mənafeyimi əhəmyyətli dərəcədə pozub. Bu faktlar, 10 dekabr 2020-ci il tarixdə Cavabdeh ona qarşı Xaçmaz rayon məhkəməsində iddia qaldırdığı vaxt məlum olub və bu səbəbdən hüququnun pozulduğunu həmin vaxtda bilmişdir. Belə ki, Xaçmaz rayon İHB-nin, Yergüc İƏV-inin nümayəndəsi tərəfindən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamə“ Notariat haqqında “ AR Qanununun və 11 sentyabr 2000-ci il tarxli “ Notariat hərəkətlərinin aparılmasının qaydaları haqqında Təlimat “ m tələblərini kobud sürətdə pozmaqla X1 adından tərtib edilmiş vəsiyyətnamənin 2-ci bəndində vəsiyyət edənə AR Mülki Məcəlləsinin 1180-cı maddəsinin məzmunun elanedilməsi göstərilib. Halbuki, sözügedən maddi hüquq norması,yerli öznüidarə orqanın və notariusa bərabər tutulan müvafiq şəxslərin deyil, yalnız notariusun səlahiyyətlərini özündə ehtiva edir. Normanın mənasına görə, vəsyyətnaməni vəsiyyət edənin sözlərindən yalnız notariusun iki şahidin yanında yazılmasına yol verilir. Notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən özü şəxsən oxumalı,notariusun, şahidlərin yanında imzalamalıdır. Mübahisələndirdiyim vəsiyyətnamənin tərtib edilməsi, digər qardaşı X6 bilavastə təşklatçılığı ilə baş tutmuşdur.Belə ki, səlahiyyəti olmayan icra nümayəndəsi ilə birgə dəvət etdiyi şahidlərə guya anaları Çiçəyi müayinə etmək üçün gələcək həkimin dediklərini eşitməyə görə çağırdığını bildirib,vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməyən, öz iradəsini aydın ifadə edə bilməyən , sağlamlığı kritik koma vəziyyətində olmuş xəstə anasının əlindən tutaraq imza əvəzinə “ Çiçək “ sözünü yazdırmışdır.Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməmişdir.Vəsiyyətnamənin məzmunu istər vəsiyyət edən istərsə də icra edən şəxs tərəfindən oxunmamışdır. Şahidlərdən biri, X10, həm dayımız oğlu, həm də bibimiz oğlu olmaqla yaxın qohumumuzdur və hər iki şahidinimzaların həqiqiliyi təsdiq edilməmişdir. Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs, X13 vəsiyyətnamə təsdiq olunarkən bilavasitə orada iştirak etmişdir.Göstərilən xüsusatların həqiqiliyi ona dəlalət edir ki, iddiaçının istinad etdiyi mötəbər sübut növü hesab edilən 01,03.2006-ci il tarixli vəsiyyətnamə normativ aktın yəni, 11 sentyabr 2000-ci il tarixli “ Notariat hərəkətlərinin aparılmasının qaydaları haqqında Təlimat “ ın 57, 60, 62 və 64-ci yarımbəndləri tam şəkildə pozulması ilə tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilməlidir. Məhkəmə baxışında tərəfimdən dəvət olunmuş şahidlərimin ifadələri və təqdim edəcəyim sənədlərlə istinad etdiyim halları sübut edəcəyəm ki, iddiaçıya vəsiyyət edilən miras əmlakın guya 16 yaşında olarkən faktiki qəbul etdiy və əməli idarə etməsinə dair xüsusatlar da ümumiyyətlə ağ yalandır. Belə ki, iddiaçının atası olan qardaşı X14, Rusiya Fedarasiyas/ dövlətinin vətəndaşı olaraq həmin ölkədə daimi yaşadığı səbəbindən, onun ailəsi də yəni, arvadı X7, X11 və Cavabdeh davamlı olaraq Rusiya Federasiyası dövlətinin müxtəlif şəhərlərində yaşamışlar. 2006-cı ilin qış ayında isə Cavabdeh , anası və bacısının yaşadığı RF-nın Dərbənd şəhərində onlardan ayrılıb, anam X1 və mənim ailə üzvlərimin birlikdə yaşadığımız Xaçmaz rayonu Yergüc kəndindəki atama məxsus evə gəlib, az müddətdə bizimlə birgə yaşamağa məcbur olmuşdur. Onun və ailə üzvlərinin istifadəmizdəki yaşayış sahəsini bilavasitə özüm idarə etdiyimdən miras əmlakmı da özüm mühafizə etmişəm, miras əmlakın qorunub saxlanılmasında da iddiaçının heç bir iştirakı olmayıb. Digər tərəfdən sözügedən yaşayış sahəsi uyğun dövlət qeydiyyatına alınmadığı səbəbindən və evin texniki pasportunun hüquqi qüvvəsi olmadığı üçün sözügedən yaşayış sahəsi mülkiyyət hüququnun və beləliklə də vərəsəlik hüququnun obyekti hesab edilə bilməz.Başqa sözlə , Xaçmaz rayonu, Yergüç kəndindəki 2 mərtəbəli yaşayış sahəsinə X4 adına işlənmiş texniki pasport adından da məlum olduğu kimi texniki sənəddir, həmin ev mülkiyyətin obyekti olaraq uyğun dövlət qeydiyyatına alınmayıb.Sözügedən miras əmlakının uyğun dövlət qeydiyyatı aparılmadığı səbəbindən, 27 fevral 2003-eü ildə vəfat etmiş X4 qanun üzrə birinci növ vərəsələrindən heç kim, o, cümlədən arvadı X3, 10 mart 2006-cı il tarixdə vəfat edənədək mirasın qəbul etmə müddətini ötürmüş və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni əldə etməmişdir.Notariat orqanının səlahiyyətlərindən qanunsuz istifadə etməklə .Xaçmaz rayon İHB-nin Yergüç İƏV-nin nümayəndəsinin qüvvədə olan normativ aktın tələblərini kobud sürətdə pozaraq 01 mart 2006-ci İİ tarixdə tərtib etdiyi vəsiyyətnamənin bir nüsxəsi AR Ədliyyə Nazirliyinin Dövlət arxivinə dərhal göndərilməmiş və hazırda orada saxlanılmadığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur.Zənn edirik ki, məhkəmə mülki mübahisəyə mahiyyəti üzrə baxarkən, mübahisəli ev tikilisinə və 0,31 ha torpaq sahəsində mərhumə X1 miras payına 01 mart 2006-cı il tarixində tərtib olunmuş vəsiyyənamənin etibarsız hesab edilməsi barədə hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Yergüç kəndində , mərhum X5 məxsus olmuş 2 mərtəbəli ev tikilisinin və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsində ifadə olunmuş miras əmlakının 1\2 hissəsinə, qanun üzrə vərəsə X3 tərəfindən mirasın qəbul etmə müddətini ötürdüyü səbəbindən vərəsəlik hüququna xitam verilməsi, X1 Xaçmaz rayonu, Yergüc kəndindəki 2 mərtəbəli ev tikilisi və həmin ev tikilisinin yerləşdiyi 0,31 ha torpaq sahəsindəki 1\2 hissəsindəki payına Xaçmaz rayonu Aqrar islahatı Komissiyasının xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə ümumibirgə mülkiyyətə verilmiş 1.19 ha torpaq sahəsindəki meyvə bağında olan pay hissəsinə Cavabdeh adına tərtib edilmiş 01 mart 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməyib, bununla bağlı kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan məhkəmədə iddia qaldırıb. Vəsiyyətnamə isə notarial hərəkətlərinin aparılması qaydalarının kobud pozulması ilə tərtib edilib. Bu barədə qanunun 57, 60 və 67-ci maddələrinin tələbləri pozulub. Ona görə də vəsiyyətnamə etibarsız hesab olunmalıdır. Vəsiyyətnamə tərtib edilərkən yaxın qohumların iştirakına yol verilmədiyi halda, tərəflərin hər ikisinin, həmçinin miras qoyan Çiçək Hüseynovanın yaxın qohumu olan X15 şahid qismində iştirak etmişdir. Məhkəməyə təqdim etdiyi aktlarla müəyyən olunur ki, cavabdeh uzun müddət vəsiyyət qoyulan evdə yaşamayıb. Vəsiyyətnamə tərtib edilərkən Yergüc kənd İƏD üzrə nümayəndə Eldar Orucov olduğu halda vəsiyyətnaməni Zakir Bayev təsdiq edib ki, bu da qanunsuzdur. Çiçək Hüseynova özü qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etməsinə dair şəhadətnamə almadan, öz payını cavabdeh olan nəvəsinə vəsiyyət edib, halbuki onun vəsiyyətnamə verməyə subyektiv hüququ yox idi. Həm də vəsiyyətnamə onun iradəsinə zidd olaraq, həyatının son günlərində verilib, oğlu Bəhram onun əlindən tutub vəsiyyətnaməyə imza etdirib. Bundan başqa Cavabdeh özü də mirası qəbul etməsi barədə şəhadətnamə almayıb, mirası idarə etməyib və bununla digər vərəsələrin hüquqlarını pozub. Qeyd olunanlarla əlaqədar hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilməlidir, ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, hazırki iddia ərizəsində mübahisələndirilən 01 mart 2006-cı il tarixli vəsiyyətnamə eyni iddia tələbi ilə bağlı iddiaçının qardaşı X16 onu 2021-ci ildə məhkəmə vermişdir və həmin işə Xaçmaz rayon məhkəməsində baxılmışdır. Əvvəlki məhkəmə işində 2(067)-524/2021 saylı qətnamə ilə iddia tələbi rədd edilmişdir. Sözügedən vəsiyyətnamə qüvvədə saxlanılmışdır. Mirasla bağlı digər hallar da məhkəmə iclasında araşdırılmış və iddia tələbi rədd edilmişdir. Xaçmaz rayon məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən apelyasiya qaydasında mübahisələndirilmiş və Sumqayıt apelyasiya məhkəməsinin 2(105)-2478/2021 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin 2(067)-524/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hazırki işin mahiyyəti də 01 mart 2006-cı il tarixli vəsiyyətnamənin ləğv edilməsi ilə bağlı olduğundan və bu hallar üzrə digər məhkəmə işində yekun qərar verildiyindən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 cavabdehin dediklərinə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonunun Yergüc kəndində yaşayır. Vəsiyyətnamə tərtib edilərkən o, Yergüc İƏD-də masa rəisi işləyib. Bəhram ona anası Çiçək Hüseynovanın vəziyyəti ağır olduğunu, son günlərini yaşadığını, ona görə də nəvəsinin adına vəsiyyətnamə vermək istəyir və ondan şahid qismində iştirak etməyini xahiş etmişdir. Onlar birlikdə evə getmişlər və o, orada Oktayın da olduğunu görmüşdür. Bəhram, anası öz payını nəvəsi Cavabdeh vəsiyyət etdiyini bildirmişdi. Çiçək Hüseynova özü halsız idi. Onun əlindən Bəhram tutub vəsiyyətnaməyə imza etdirmişdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, iddiaçı qardaşıdır. O, vəsiyyətnamə ilə əlaqədar gəlmişdir və vəsiyyətnamənin ləğv edilməsini istəyirəm. Vəsiyyətnaməni imzalayarkən anası özündə olmayıb, onun əlindən tutub o, imza etdirmişdir. Vəsiyyətnamə tərtib edilərkən kənd icra nümayəndəsinin katibi və iki nəfər şahid Oktay və Vahid iştirak etmişdir. Cavabdeh vəsiyyətnamə verilərkən iştirak etməyib. Həmin vəsiyyətnamə veriləndəın sonra cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdeh evi özəlləşdirib satmaq istəyir, onlar isə buna razı deyil. İddiaçıya vəsiyyətnamə evdə yaşaması üçün verilib, evi satması üçün verilməyib. Vəsiyyətnamə veriləndə Ramin vəsiyyət olunan evdə 2006-cı ildən 2020-ci ilədək yaşayıb. Cavabdeh evlənəndən sonra 6-7 il həmin evdə yaşayıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, Ramin vəsiyyət olunan evdə yaşamayıb. X18 vəsiyyətnaməni evdə qolundan tutub imza etdiriblər. O, da orada olmuş və bunu görmüşdür. Ondan başqa kənd icra nümayəndəsi, Bəhram, Vahid olublar. Çiçək Hüseynova özündə deyildi. Vəsiyyətnamə tərtib olunarkən ondan başqa şahid Vahid olub. Ramin vəsiyyətnamə veriləndə orada olmamışdır. Onu, dayısı oğlu Bəhram vəsiyyətnaməyə imza etməsi üçün çağırmış, o, da imza etmişdir. Bəhram ondan böyükdür deyə onun sözünə qulaq asıb gedib vəsiyyətnaməyə imza atmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X23 qqızı ifadəsində göstərmişdir ki, iddiaçı qardaşıdır. Vəsiyyət olunan evdə qardaşı Bəhruz yaşayıb, anası Çiçəyə də o, baxıb. Qardaşı oğlu Ramin də orada yaşayıb, sonra Rusiya Federasiyasına gedib qayıdıblar. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, o, anası Çiçəyə tez-tez baş çəkmişdir. Anası son vaxtlar xəstə idi, heç onları də tanımırdı. Həmin vaxt ona qardaşı Bəhruzun arvadı baxıb. Anası bir neçə ay yataq xəstəsi olub. Vəsiyyətnamə veriləndə iştirak etməmiş, anasının vəsiyyətnaməyə imza etdiyini görməmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırılması zamanı tədqiq olunmuş Xaçmaz rayon məhkəməsinin 2(067)-524/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X16 məhkəmədə iddia qaldıraraq, iddiaçı Cavabdeh ”mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair“ iddia tələbinə qarşı X6, AR Mülki Məcəlləsinin 24 iyun 2005-ci il redaksiyasında qüvvədə olmuş 335.2-ci maddəsinin tələbi qaydasında, alqı-satqı əqdinin (müqaviləsinin) etibarlı sayılmasının, miras kütləsindəki 1 hektar 19 sot bağ sahəsinin 24 sot hissəsində mərhumə X1 Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılmasının, həmin hissədə Cavabdeh pay hüququna xitam verilməsinin təmin edilməsi, Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Həmin qətnamədən görünür ki, iddiaçı X6 X1 Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılmasına dair iddia tələbi araşdırılmış və məhkəmənin əsaslandırılmış qətnaməsi ilə rədd edilmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunan Sumqayıt apelyasiya məhkəməsinin 2(105)-2478/2021 saylı qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-524/2021 saylı qətnaməsində iddia tələbi iddiaçı X16 tərəfindən Cavabdeh qarşı qaldırılmışdır. Hal-hazırki iddia tələbində isə iddiaçı X6 qardaşı İddiaçıdur. İddia tələbləri isə eynidir. Mülki işin tərəfləri fərqli olduğundan icraata AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi yolverilməzdi, lakin göründüyü kimi işin mahiyyəti eynidir yəni hazırki mülki işdə X1 Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılması tələbi vardır. Belə olan halda, AR MPM-nin 82.3-cü maddəsinə görə, Xaçmaz rayon məhkəməsinin 2(067)-524/2021 saylı xx.xx.2021-ci il tarixli və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)- 2478/2021 saylı qətnaməsində X1 Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız olmaması müəyyən edildiyindən, bu hal yenidən sübut edilmir. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququna xitam verilməsi və vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul dildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar