Məhkəmə qərarları › İş №2(067)-685/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-685/2025

17.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-685/2025 17.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçılar Nümayəndə2 (eyni zamanda İddiaçı2 nümayəndəsi), İddiaçı4, İddiaçı3 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı (Maraqlı şəxs2 Şıxzada oğlu və Xaçmaz rayon 1 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) etibarnamənin, alqı-satqı və bağışlama müqavilələrinin, dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı notariat ofisində 23 fevral 2021-ci il tarixdə Nümayəndə2, İddiaçı2 və İddiaçı3 adından ünvan 1i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına bütün əmlaklar üzərində sərəncam vermək hüququ ilə AR- İİ№ 234396 saylı etibarnamənin və Xaçmaz rayon 1 saylı notariat ofisində 16 fevral 2021ci il tarixdə İddiaçı4 və X7 adından ünvan 1i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına bütün əmlaklar üzərində sərəncam vermək hüququ ilə AR-İİ№ 255812 saylı etibarnamənin, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair onların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış 4Ə-640 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş 1.37 ha torpaq sahəsinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış AN-İ№ ******* saylı, 4Ə-580 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh adına olan 1.37 ha torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarışın, Xaçmaz rayonu Üçgünqışlaq kəndində yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14- 10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı3 və Nümayəndə2 ərarvaddırlar, digər iddiaçılar İddiaçı4 və X5 övladlarıdır. ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsi, həmçinin islahat vaxtı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Üşgünqışlaq kəndi ərazisində yerləşən 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların - iddiaçıların və digər ailə üzvləri olmuş X4 birgə mülkiyyətində olmuşdur. Cavabdeh X7 ilə evləndikdən sonra ümumi birgə mülkiyyətlərində olmuş ünvan 2ində yerləşən evə köçərək onlarla birgə yaşamağa başlamışdır. 2021-ci ilin əvvəllərində Cavabdeh onlara bildirmişdir ki, onun müəyyən idarələrdə tanışları vardır və onlar vasitəsilə ailə üzvlərinə ünvanlı sosial yardımı düzəldə bilər. Bu məqsədlə cavabdeh onlara təklif etmişdir ki, notariat kontoruna gedib, onun adına etibarnamə versinlər. Onlar da cavabdehin səmimiyyətinə inanaraq Xaçmaz rayon 1 saylı notariat ofisinə getmişlər və cavabdehin onlara təqdim etdiyi kağızları oxumadan imzalamışlar. 2024-cü ilin əvvəllərində onlara məlum olmuşdur ki, cavabdeh onların etibarlarından sui-istifadə edərək onlara ünvanlı sosial yardımın düzəldilməsi adı ilə ünvan 3 öz tanışı olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına əmlak üzərində sərəncam hüququ vermək səlahiyyətləri barədə etibarnamələrə imza etdirmiş və Maraqlı şəxs2 vasitəsilə ümumi birgə mülkiyyətləri olan yaşayış evinə və 1.37 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması və daşınmaz əmlakın alqı-satqı müqavilələrini rəsmiləşdirmiş və həmin əmlakları dövlət reyestrində öz adına keçirmişdir. Bu məsələnin üstü açılandan sonra onlar müvafiq sənədləri əldə etmişlər. Belə ki, Xaçmaz rayon 1 saylı notariat ofisində 23 fevral 2021-ci il tarixdə onlar - iddiaçılar Nümayəndə2, İddiaçı2 və İddiaçı3 adından ünvan 1i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına bütün əmlaklar üzərində sərəncam vermək hüququ ilə AR-İİ№ 234396 saylı etibarnamə təsdiq edilmişdir. Halbuki onlar Maraqlı şəxs2 adında şəxsi ümumiyyətlə tanımırlar və göstərilən tarixdə notariat ofisində onlarla bərabər Cavabdeh olmuş, o, onlara hansısa kağızlara imza etdirərkən bildirmişdir ki, ünvanlı sosial yardımın düzəldilməsi üçün etibarnaməyə imza etdirir. Bundan da əlavə Xaçmaz rayon 1 saylı notariat ofisində 16 fevral 2021-ci il tarixdə o, İddiaçı4 və sonuncunun bacısı X4 adından ünvan 1i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına bütün əmlaklar üzərində sərəncam vermək hüququ ilə AR-İİ№ 255812 saylı etibarnamə təsdiq edilmişdir. Halbuki onlar Maraqlı şəxs2 adında şəxsi ümumiyyətlə tanımırlar və göstərilən tarixdə notariat ofisində onlarla bərabər Cavabdeh olmuş, o, onlara hansısa kağızlara imza etdirərkən bildirmişdir ki, ünvanlı sosial yardımın düzəldilməsi üçün etibarnaməyə imza etdirir. xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi rəsmiləşdirilmiş, müqavilə reyestrdə 4Ə-640 nömrə ilə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş 1.37 ha torpaq sahəsinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında AN- İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, müqavilə reyestrdə 4Ə-580 nömrə ilə qeydə alınmışdır. Bundan sonra Cavabdeh 1.37 ha torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış almışdır, sənəddə torpaq sahəsinin ölçüsü 1.2757 ha göstərilmişdir. Bundan da əlavə, Cavabdeh Xaçmaz rayonu Üçgünqışlaq kəndində yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair öz adına dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Beləliklə, cavabdeh onların etibarından sui-istifadə edərək, yəni aldatma yolu ilə onları notariat kontoruna aparıb ünvanlı sosial yardımın düzəlməsi üçün etibarnamə vermək adı ilə öz tanışı Maraqlı şəxs2 Şıxzada oğlunun adına əmlak üzərində sərəncam vermək hüququ ilə etibarnamələrə onlara imza etdirmiş, sonradan etibarnamələr əsasında əmlakları ələ keçirmişdir. Onlar xx.xx.2024-cü il tarixdə rəsmi təkliflə Cavabdeh müraciət edərək yuxarıda göstərilən müqavilələrin könüllü surətdə ləğv edilməsi üçün notariat kontoruna gəlməyini xahiş etmiş, lakin Elgün onların bu təklifinə heç bir reaksiya verməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı Nümayəndə2 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddia ərizəsinə uyğun məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh və qızı Əfsanə Sumqayıtda yaşayıb. Tezliklə dünyaya uşaq gətirəcəyi üçün qızı Əfsanə müvəqqəti onlara gəlmişdir. Elgün ona zəng edərək işdən və kirayə qaldığı evdən çıxarıldığını deyib evlərində bir ailə kimi bərabər yaşamaq üçün yoldaşı Niyazi ilə danışmağı xahiş etmişdir. O, yoldaşı Niyazi ilə danışmış, 2015-ci ildə Əfsanə və Elgün onun evinə gəlmişlər. Onlar demişlər ki, oğulları yoxdur, Elgün onlara bir oğul kimi olar, qalar onlarla. Evi və torpaq sahəsini adına keçirməsindən xəbərləri olmayıb. Elgün onları sosial yardım düzəltmək adı ilə aldadıb etibarnamə alıb. Evdə təmir etdiyini deyir. Lakin ev təmirli idi. Qızları o evdən gəlin köçüb, videokasetlər də var. Təkcə 1 otağın təmiri yox idi. Qalan ev təmirli idi. Hamam və pilləkən tikib. Lakin bunu bağlarının gilas pulu ilə edib. Özü pul xərcləməyib. Təmirə nə qədər pul xərclənib bilmir, əri Niyazi onlara məxsus əmlakdan payını nəvələri Ömər Fətəliyevə vəsiyyət etmişdir. Torpaqları nə vaxt adına keçirib bilmir. Uşağı çöpə aparanda özü ona demişdi ki, uşağın adına vəsiyyət yazaq. Notariusa onları Elgün aparıb. O, etibarnaməni oxumamışdır. Elə bilirdi ki, etibarnaməni Elgünə verir, Natiqi tanımır. Etibarnaməni ünvanlı sosial yardımın düzəldilməsi üçün vermişlər. Sonradan bilib ki, ev 2021-ci ildə, torpaq sahəsi isə 2023-cü ildə Elgünün adına keçib. Bu barədə soruşanda dedi ki, sən kimsən. Evdə Elgünlə aralarında təmirin pulunu ona verməyinə dair söhbət olmayıb. Elgün tikinti edib. Lakin tikintiyə xərclənmiş pul onların gilaslarının pulu olub. Keçən il polisə müraciət etmişlər. Eyni məzmunlu şikayət idi. O, orada notarius Dəyanət Tağıyevlə bağlı qeyd olunan cümləni deməmişdir. 2021-ci ildə başqa notarius olub. İzahatında yazılanları oxumamışdır. Orada yazılanlar deyil, hazırda dedikləri doğrudur. Evi keçirsə idi, öz qızının adına keçirərdi, Elgünün adına yox. O, 1990-cı ildə yer alıb ev tikmişdir. Onlar evi 2005-ci ildə tikmişlər. Elgün onlara 2015-ci ildə gəlib. Əvvəl onların həmin torpaqda 2 otaqlı evi var idi. İndi torpağa evə yiyəlik edir. Onların evi və torpağı Elgünə vermək fikrləri olmayıb. Alqısatqıya görə onlara ödəniş olunmayıb. Natiqi tanımır. 3 qızı var. Elgün qızı Əfsanənin həyat yoldaşıdır. Onlar 2014-cü ildə evlənib. Toya Elgün tərəfdən heç kim gəlməmişdi. 1 il əvvəl nişan olanda gəlmişdilər. Qızını Hökməliyə kirayə evə aparmışdırlar. Evlərində sözsöhbət olmuşdu. Qızı hamilə olduğu üçün müalicə və doğum üçün öz yanına gətirmişdir. Sonra Elgün ona zəng edərək bildirdi ki, onu evdən və işdən çıxarıblar. Bu səbəbdən onlara gəlmək istəyir. Xahiş etdi ki, yoldaşını razı salsın bir ailə kimi yaşasınlar. Əri Niyazi dedi ki, gəlsin may ayına qədər qalsınlar sonra getsinlər. Gələndə Elgün pul gətirməmişdir. Bir neçə dəmir gətirmişdir özü ilə. Onlar öz otaqlarını Əfsanə ilə Elgünə vermişlər. Təmirsiz otağı təmir edib ora köçdülər. Həmin ildən onların gilas bağı ilə məşğul oldu. Meyvə Dəvəçidən gətirilmiş fəhlələrlə birlikdə yığılmışdır. Nə qədər pul olduğunu o, bilməmişdir. Digər qızları Elgünü qardaş sayırdı. Onların əmlaklarını Elgünə vermək fikirləri yox idi. Əgər əmlaklarını bağışlamalı olsa idi, nəvəsinə bağışlayardı. Elgün evinə çox adam gətirib, aralarında Natiq adlı şəxsin olub-olmamasından xəbəri yoxdur. O, evə adam gətirməsinə razı deyildi. Buna görə danışanda Elgün üstünə gəlirdi, döyürdü. Ona görə qorxub heç nə demirdi. O, Natiqi görməmişdir. Notarius binasına yoldaşı və qızı ilə getmişdir, orada çox adam olur, Natiq adlı şəxsin olub-olmadığını bilmir. Onun xəbəri yoxdur. Sənəd işlərini bilmir. Həyat yoldaşı ləğv etdirib. Məsələləri biləndə hamı gedib ləğv etdirib etibarnamələri. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun məzmunlu izahat verərək iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi həm də qızlarınındır. Onların işi və təqaüdləri yoxdur. Aldandıqlarını nəzərə alaraq əmlakların qaytarılmasını xahiş edir. Özünə məxsus əmlaklarla bağlı vəsiyyətnaməni qızı Əfsanənin oğlunun adına vermişdir. Vəsiyyətnaməni yazmışdır ki, öldükdən sonra əmlakları nəvəsinə qalsın. Etibarnaməni ünvanlı sosial yardımın düzəldilməsi üçün 2021-ci ildə cavabdeh Elgünə vermişlər. Lakin sonradan bilmişlər ki, etibarnamə başqa adama, yəni Natiqin adına verilib. O, cavabdehlə danışmırdı, Elgün həyat yoldaşına deyib ki, sosial düzəldəcək. Onlar idarələri gəzməsinlər, çətinlik olmasın deyə etibarnamə versinlər. Onlar da razılaşmışlar. Sonradan bilmişlər ki, başqasına yazılıb etibarnamə. Etibarnamə verməyə o, yoldaşı və qızı getmişlər. Etibarnaməni əvvəlki notarius Firdovsi müəllim təsdiq etmişdir. Etibarnaməni verəndə orada Natiq adlı şəxs olmayıb. O, etibarnamə verəndə soruşdu ki, əmlaklarına təsiri var. Ona əmlakları ilə bağlı olmadığını dedilər. O, etibarnaməni oxumamışdır. Ona izah olunmayıb. Latın hərflərini tanımır, oxuya bilmir. Onlar Elgünün pulundan istifadə etməmişlər. Əksinə o, özü tövlə tikmişdir, ot almışdır, heyvan almağa pul vermişdir. O, heç bir əmlakını Elgünə verməmişdir. Aralarında bu barədə söhbət olmayıb. Onun 3 qızı var. Hər biri də ailəlidir. Elgün pul xərcləməyib. O, Natiq adlı şəxsə etibarnamə verildiyini sonradan bilmişdir. Elgünün 20-30 min manat pulu olmayıb. Ata-anası onu evdən qovmuşdur. O, niyə bütün əmlaklarını və qızlarının payını Elgünə verməli idi? Evini qızının oğluna yalnız vəsiyyət etmişdir. Vəsiyyətnamə qızındadır. Bir nüsxəsi də kənd sovetindədir. O, nəvəsinin adına vəsiyyətnaməni özünün oğlu olmadığı üçün verib. Lakin kürəkəni onun heç nəyi deyil. Ona heç nə verməmişdir. X1 adına yazmışdır. Onun doğma övladları və nəvələri olduğu halda, Elgünə niyə əmlaklarını bağışlamalıdır. Torpaqla bağlı heç bir fikri olmayıb. O torpağı qonşusu ilə dəyişmişdir. O, torpağı cavabdehə verməyi düşünməmişdir. O, evi və torpağı nəvəsinə vəsiyyət etmişdir. Torpaq 2023-cü ildə Elgünün adına keçib. 2023-cü ildə xəbəri olub. Məsələ ilə bağlı reyestr idarəsinə gedib. O, həyat yoldaşını döyüb evdən qovduqdan sonra bilib. Həyat yoldaşını evdən qovub 26 gün anasıgildə qalıb. Qızı özünü öldürmək üçün evdən gedib. Özü 102 xidmətinə zəng edib. O, Elgünün adına olan çıxarışların ləğv edilməsi üçün reyestr idarəsinə ərizə yazıb. Hazırda da evdə yaşayırlar. Qızları öz evlərində qalır. Evdəkiləri döyüb polisə düşdüyü üçün çıxıb gedib. Elgün 2 cins inəyi satıb. Elgünün daşınmaz əmlakları öz adına keçirməsindən 2023-cü ilə qədər onun və ailə üzvlərinin xəbəri olmayıb, Natiqi 1 dəfə reyestr idarəsində ona yaxınlaşdıqda görmüşdür, lakin Natiq uzaqlaşıb getdiyi üçün onu tapa bilməmişdir. Ev bağışlama, torpaq isə alqı-satqı yolu ilə keçib Elgünün adına. Onun 3 qızı və nəvələri var. Elgün onların haqqına girib, ona əmlak verməmişdir. O, torpaq sahəsini və evini heç kimə verməmişdir. Elgünün 30 min manat pulu olmayıb. Elgün tikintiləri onun pulu ilə edib. Elgünün pulu yox idi. Onun bağının gilasının pulu ilə edib. Etibarnamənin ləğvi ilə bağlı reyestrə müraciət etmişdir. Lakin müraciətini geri götürməmişdir. O, polisdə yazılan 3 ifadəni çırıb atmışdır, yazı və imza özünündür. Lakin oxuya bilmədiyi üçün etibarnamədə nə yazıldığını bilməmiş, dedikləri orada yoxdur. Məhkəmə iclasında İddiaçı3 vəkili Vəkil2 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. 3-cü şəxslər dəfələrlə məhkəmə iclaslarına çağırılsalar da gəlməyiblər. Bütün sübutları təqdim etmişlər. Başqa əlavələri yoxdur. İddia sübutlarla öz təsdiqini tapır. İddiaçıların əmlakları cavabdeh və onun dostu Natiq tərəfindən aldadılaraq ələ keçirilib. Nəticədə iddiaçılara məxsus ev və torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçib. İddiaçılar Göyərçin və Ayselin cavabdehlə və Natiqlə yaxın qohumluqları yoxdur ki, öz əmlaklarını onlara versinlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər, cavabdeh və nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların və nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Polisdə tərəflərin bir işi də olub. Orada da ifadələrində bildiriblər ki, Elgündən qorxduqları və hədə-qorxuya görə evlərini Elgünün adına keçirmək üçün etibarnamə veriblər. Bu Yasəmən xanımın izahatıdır. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı ərizəsində göstərilmişdir ki, iddiaçıların iddia ərizəsində qeyd etdiklərinin həqiqət olmadığı onların Xaçmaz rayon Polis Şöbəsində və Xaçmaz rayon Məhkəməsində verdiyi izahatlarla təsdiqini tapmışdır. Belə ki, iddiaçılardan Nümayəndə2 Xaçmaz rayon Polis Şöbəsində izahat verərək qeyd etmişdir ki, onlar Elgündən qorxduqları üçün mübahisələndirdikləri müqavilələri imzalamışlar və onlara notarius bütün etibarnamədəki halları izah etmişdir. Həmçinin digər İddiaçı3 da oxşar məzmunlu izahat vermişdir. Hətta İddiaçı3 izahatında qeyd etmişdir ki, o, çıxarışların ləğv edilməsi üçün DƏDRX-yə müraciət etmiş, lakin sonradan ona hədələr gəlindiyi üçün çıxarışın ləğvi ilə bağlı verdiyi ərizəni geri götürmüşdür. Hətta iddiaçılardan İddiaçı3 məhkəmə iclaslarında da bir neçə dəfə ziddiyətli izahatlar vermiş, konkret qeyd etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Lakin hazırda iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya onlardan sosial yardım alınması məqsədilə etibarnamə alınmışdır. İddiaçıların qeyd etdikləri hallar həqiqət olsaydı mübahisə cinayət xarakterli olmalı idi. Lakin göstərilən hallarla bağlı (həm hədə qorxu ilə bağlı, həm də sosial yardım düzəltməklə bağlı) Xaçmaz rayon Polis Şöbəsində aparılmış araşdırma ilə qeyd edilən hallar təsdiqini tapmadığı üçün material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla hazırki iddiaçılar razılaşmış və qərardan şikayət verilməmişdir. İstintaq və məhkəmə araşdırması zamanı iddiaçıların qeyd etdiyi hallar sübuta yetirilməmiş, iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, Əfsanə ilə ailə həyatı qurmuşdur. Yasəmən və Niyazinin oğlu yoxdur və Niyazi Rusiya Federasiyasına gedirdi. Yasəmən xanım həmin vaxtlarda tək qalırdı. Buna görə də, onlar təklif etdi ki, bərabər yaşasınlar. Həmin vaxt həyat yoldaşı Əfsanə hamilə idi. Bu səbəbdən Niyazinin evinə gəlmişlər. Lakin orada daimi yaşamaq fikri olmayıb. Fikirləşirdi ki, uşaq doğulduqdan bir müddət sonra gedərlər. 2015-ci ildə bir müddətlik gəlmişdir. Gələn kimi o, Qubada sex açıb işləməyə başlamışdır. O, 5 ay sonra qaynatası Niyazi ilə dalaşdığı üçün oğlu və həyat yoldaşı ilə Qubaya getmişdir. 3 gün sonra o, gəlib onunla barışdı. Niyazini böyük olaraq saydığı üçün onun evinə qayıtmışdır. Lakin dəyişiklik olmadığını görüb yenidən evdən getmişdir. O, 3 dəfə evdən getmişdir. Lakin hər dəfə Niyazi gəlib onları geri qaytarıb. Gilas bağları indi bəhərə düşüb və pul qazandırır. Ən sonda evi onun adına keçirdilər. Çünki o, həmin evə pul xərcləmişdir, pəncərələrini dəyişmişdir, 2 otağı təmir etmişdir, mətbəx mebeli quraşdırmışdır. Ev təmirli 3 otaqlı və 1 mətbəxli idi. O, fasaddan təmir işləri etmişdir. Həyətdə tövlə tikmişdir. Evdə gördüyü təmir işlərinə görə çəkdiyi xərci - 10000 manat pulu Niyazidən istəmişdir. 2021-ci il idi. Özləri hesabladığı təxminən 8000 manata razılıq versələr də, ona pul vermədilər. Dedilər ev onsuz da sənindir, sənin burada əməyin var. O, pis olsa da həyat yoldaşı yaxşıdır. Yenə bir ailə kimi yaşayaq. Dedi evi sənə verir. İstəmədi, notariusdan etibarnamə ilə 5 illik sənədləşməyə görə etibarnamə verdilər Natiqə. Natiq onun dostudur. 2016-cı ildən onu tanıyır. Natiqi gətirib məsələləri onlara danışıb. Əslində, o çəkdiyi xərcin pulunu istəyirdi. Lakin Niyazigil evi vermək istədilər. Evi adına keçirəndən sonra onlara dedi ki, evi Ömər adlı oğluna verəcək. Ev onun olduqdan sonra orada arxayınlıqla işlər görmüşdür. Niyazi də Rusiyaya getdi. O, onları heç vaxt evdən qovmamışdır. Onlar hazırda da həmin evdə yaşayırlar. Göyərçin notariusa başqa vaxt gedib. Torpağı Niyazinin qızlarına qaytarmağa razıdır. Lakin qaynatası və qaynanasının torpağı yoxdur. Böyük qızlarının əri sosial düzəltmək istəyirdi. Alqı-satqı ilə əlaqədar torpağı ona vermişdilər. Bu gün də pulunu versələr evi qaytarmağa razıdır. Torpağı 3 qızın arasında bölüb verməyə razıdır. Torpaqda 5 nəfərin payı yoxdur. 3 qızın payı var. O, razılığa gəlməyə hazırdır. Evdə yaşamalarına da etirazı yoxdur. Birinci dəfə notariusa onun yoldaşı Əfsanə və bacısı Göyərçin getmişlər. Çünki onun ailəsi razı deyildi. Sonra Yasəmən, Niyazi və Aysel getmişlər. Hər şey onlara ətraflı izah olunub. Oxuyublar da, bu işlərlə məşğul olmağa onların vaxtı olmadığı üçün dostu Natiqə etibarnamə verilmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”dan görünür ki, Xaçmaz rayonu Üçgünqışlaq kəndi ünvanında yerləşən 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.1997-ci il tarixdə DTXK Xaçmaz rayon şöbəsi tərəfindən JN-1403 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod 3020958) əsasən İddiaçı3, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X7 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışından müəyyən olunur ki, ünvan 2ində 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evi İddiaçı3, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X7 ümumi birgə mülkiyyətidir. - Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 255812 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, İddiaçı4 və X7 bütün daşınar və daşınmaz əmlakının üzərində sərəncam verməyi Maraqlı şəxs2 Şıxzada oğluna etibar etmişdir. - Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 234396 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Nümayəndə2, İddiaçı2 və İddiaçı3 bütün daşınar və daşınmaz əmlakının üzərində sərəncam verməyi Maraqlı şəxs2 Şıxzada oğluna etibar etmişdir. - Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2021-ci ildə təsdiq edilmiş 4Ə-580 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 rayonu Üçgünqışlaq kəndi ünvanında yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 1,73 ha torpaq sahəsini Cavabdeh 4000 manatd satmışdır. Müqavilədə Nümayəndə2, İddiaçı2, İddiaçı3 adindan Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 234396 saylı, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən və İddiaçı4 ilə X4 adından Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 255812 saylı, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Maraqlı şəxs2 Şıxzada oğlu imza etmişdir. - Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2021-ci ildə təsdiq edilmiş 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Nümayəndə2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və X2 rayonu Üçgünqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 78.3kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara düşən hissələrini Cavabdeh bağışlamışdır. Müqavilədə Nümayəndə2, İddiaçı2, İddiaçı3 adindan Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 234396 saylı, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən və İddiaçı4 ilə X4 adından Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİ № 255812 saylı, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Maraqlı şəxs2 Şıxzada oğlu imza etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışından müəyyən olunur ki, ünvan 2ində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətidir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2023-cü il tarixli Çıxarışından müəyyən olunur ki, ünvan 2ində 1.2757 ha təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. - İddiaçı3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə ünvanladığı ərizədə göstərmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq qızının əri Cavabdeh adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 452 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini və həmin torpaq sahəsini yenidən ona qaytarılması ilə bağlı adına yeni çıxarışın verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-Ə-0231- S/2024 saylı məktubdan müəyyən olunur ki, ünvan 2ində yerləşən 1.2757 ha torpaq sahəsinə dair vətəndaş Cavabdeh mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə idarəyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılaraq bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmış, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 2ində yerləşən 1.2757 ha torpaq sahəsinə dair vətəndaş Cavabdeh mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. - Xaçmaz rayon 1 saylı notariat ofisinin notariat işində olan AR-İİİ № 567631 saylı, xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki, İddiaçı2-ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının üzərində idarə etməyi və sərəncam verməyi Nümayəndə2 etibar etmişdir. - İddiaçı3 notariat ofisinə ünvanladığı 17 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o xx.xx.2021-ci il tarixində Maraqlı şəxs1ndə Quba, Küpçal k. Ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 reyestrdə 7E-2091 nömrə ilə qeyd olunmuş bütün əmlaklar və hüquqlar barədə etibarnamə vermiş, yuxarıda göstərilən etibarnaməni ləğv etməyi xahiş edir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı4 notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o xx.xx.2021-ci il tarixində Maraqlı şəxs1ndə Quba, Küpçal k. Ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 reyestrdə 7E-1762 nömrə ilə qeyd olunmuş hüquqları barədə etibarnamə vermiş, yuxarıda göstərilən etibarnaməni ləğv etməyi xahiş etmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 və Nümayəndə2 notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizələrinə əsasən onlar xx.xx.2021-ci il tarixində Maraqlı şəxs1ndə ünvan 6i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 reyestrdə 7E-2091 nömrə ilə qeyd olunmuş bütün əmlak və hüquqlar barədə etibarnamə vermiş, yuxarıda göstərilən etibarnaməni ləğv edilməsini xahiş etmişlər. - Xaçmaz RPŞ-nin İstintaq bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Xaçmaz rayonu Üçgün kəndində yaşayan İddiaçı3 Xaçmaz RPŞ-nə yazığı ərizəsi əsasında HK-1/1258 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və göstərilmişdir ki, toplanmış materialdan görünür ki, tərəflər arasında daşınmaz əmlaka dair mülki xarakterli mübahisələr yaranmışdır. Mülki münasibətlərdən irəli gələn münasibətlər isə qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada bu kimi mülki münasibətlərdən irəli gələrək öhdəlik götürmüş şəxs öhdəliyi yerinə yetirə bilmədikdə, habelə əmlakdan və ya əmlaka olan hüququndan məhrum olan tərəf həmin əmlaka olan hüququnun bərpa edilməsi iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli və məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalıdır. Odur ki, İddiaçı3 Cavabdeh daşınmaz əmlakının öz adına sənədləşdirilməsinə, yəni Elgün Əhmədovun adına olan sənədləşmənin ləğv olunmasında dair tələb ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. - Xaçmaz RPŞ-nin istintaq bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinin haqqında qərarında əksini tapmış Maraqlı şəxs2 izahatında göstərmişdir ki, İddiaçı3 əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. Cavabdeh isə çoxdan tanıyır, onunla da aralarında heç bir ədavət olmamışdır. 2-3 il əvvəl Elgün ona demişdir ki, “qaynatamgilin ailə üzvlərinə məxsus olan pay torpaqları və ev var, onları qaynatamın və ailə üzvlərinin razılığı ilə onun adına keçirmək lazımdır, lakin mümkün qədər az xərcimiz çıxsın”. O da Elgündən sənədləri götürüb baxmış, bunun mümkün olmasını demişdir. Bu səbəbdən Niyazidən və bütün ailə üzvlərindən baş etibarnamə alıb sənədləşmə işlərinə başlamışdır. Xaçmaz rayonu Üçgün kəndində olan pay torpaq sahələrini ailə üzvlərinin notarial razılığı ilə Elgünün adına keçirmişlər. Bundan sonra da Niyazinin adına olan evi və həyətyanı torpaq sahəsini də eyni qaydada razılıqla bağışlama qaydasında Elgünün adına keçirmişlər. O, nə Niyaziyə, nə də onun yaxınlarından heç kimə heç bir qanunsuz təsir göstərməmiş, Niyazini əvvəllər tanımamış, barəsində dedikləri də tamamilə yalandır. - İddiaçı3 notariat qaydada təsdiq edilmiş vəsiyyətnaməsindən görünür ki, Xaçmaz rayonu, Üçgün kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və pay torpaq sahəsini öz doğma nəvəsi olan X9 verilməsini vəsiyyət edir. - İddiaçı3 məhkəməyə ünvanladığı əlavə məlumatlarda qeyd olunur ki, Elgün 12 il gilas bağını və həyətyanı sahənin meyvə-tərəvəzini satıb pulu onlara verməyib. 12 ildir işıq pulunu, su pulunu o, ödəyir. 12 il evinin kirayə pulunu tələb edir. 30 baş iri buynuzlu mal saxlamışlar, satıb onlara bir qəpik də olsa pul verməyib, ot alanda, mal alanda pulu ondan alıb. Mallara həyat yoldaşı Nümayəndə2 qulluq etmişdir. Bağına çəkiliş gətirib satışa qoyub. O, və ailə üzvləri Cavabdeh ev və bağ sahəsini verəcəyinə dair heç bir müqavilə bağlamamışlar. O, həyat yoldaşı, 3 uşağı və 9 nəvəsini yaşayış evindən qovur. Cavabdeh qanunsuz yolla ələ keçirdiyi bağ sahəsini satışa çıxarmış və həmin sahədə çəkiliş apararaq onu müəyyən saytlarda reklam etmişdir. O, bu barədə polisə məlumat da vermişdir. Cavabdeh satışına qadağa qoyulmasını xahiş edir və bütün xərclərini tələb edir. İşin araşdırılmış hallarından məlum olur ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsi, həmçinin islahat vaxtı mülkiyyətlərinə verilmiş ünvan 2i ərazisində yerləşən 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı3, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X4 birgə mülkiyyətində olmuşdur. Ailə üzvlərindən X7 Cavabdeh ilə ailə həyatı qurduqdan sonra bir müddət digər ünvanda yaşayaraq 2015-ci ildə iddiaçılar İddiaçı3, Nümayəndə2 razılığı ilə mübahisəli ünvanda yaşamağa başlamışlar. (İddiaçı2 və İddiaçı4 ailə həyatı quraraq digər ünvanlarda yaşamılar). İşin materiallarından görünür ki, 2021-ci ildə iddiaçılardan İddiaçı4 və X7, xx.xx.2021-ci il tarixdə isə Nümayəndə2, İddiaçı2 və İddiaçı3 bütün daşınar və daşınmaz əmlakının üzərində sərəncam verməyinə dair Cavabdeh tanışı Maraqlı şəxs2 Şıxzada oğlunun adına müvafiq etibarnamələr vermişlər. Sonuncu həmin etibarnamələr əsasında xx.xx.2023-cü ildə təsdiq edilmiş 4Ə-580 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıların birgə mülkiyyətində olmuş Üçgünqışlaq kəndi ünvanında yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 1,73 ha torpaq sahəsini Cavabdeh 4000 manata satmış, xx.xx.2021-ci ildə təsdiq edilmiş 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Xaçmaz rayonu Üçgünqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. Sonuncu əmlaklar xx.xx.2021-ci il tarixdə, pay torpaq sahəsi isə 1.2757 ha sahə kimi xx.xx.2023-cü il tarixdə cavabdehin adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İddiaçılar 2023-cü ilin əvvəllərində cavabdehin onların etibarlarından sui-istifadə edərək onlara ünvanlı sosial yardımın düzəldilməsi adı ilə ünvan 3 öz tanışı olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına əmlak üzərində sərəncam hüququ vermək səlahiyyətləri barədə etibarnamələrə imza etdirməsi və sonuncu vasitəsilə ümumi birgə mülkiyyətləri olan yaşayış evinə və 1.37 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması və daşınmaz əmlakın alqı-satqı müqavilələrini rəsmiləşdirməsi və həmin əmlakları dövlət reyestrində öz adına keçirməsinin onlara məlum olmasını göstərərək hazırki iddia ilə müraciət edərək bu əqdlərin qanuniliyini mübahisələndirmişlər. Cavabdeh tərəf iddianı qəbul etməyərək iddiaçıların yaşadıqları evdə onun da ailəsi ilə yaşadığı dövrdə həmin evin pəncərələrini dəyişməsini, 2 otağı təmir etməsini, mətbəx mebeli quraşdırmasını, fasaddan təmir işləri etməsini, həyətdə tövlə tikməsini, evdə gördüyü təmir işlərinə görə çəkdiyi xərci - 10000 manat pulu İddiaçı3 istəməsini, o və yoldaşı isə əvəzində evi vermək istəmələrini bildirdikləri, lakin bu işlərlə məşğul olmağa onların vaxtı olmadığı üçün 2016-cı ildən onun tanıdığı Natiq adlı şəxsə etibarnamələr verməsini, sonuncunun da sənədləşmə işləri apararaq həmin evin, həm də torpağın öz adına rəsmiləşdirməsini, iddiaçıların etibarnamə verərkən notariusda onlara onun məzmununu oxumalarını, ətraflı izah edilməsini göstərməklə yanaşı qeyd etmişdir ki, əslində o çəkdiyi xərcin pulunu istəməsini, bu xərcin hazırki qiymətlərlə artıq 10000 manat deyil, 30000 manat olmasını, torpağı Niyazinin qızlarına qaytarmağa razı olmasını, razılığa gəlməyə hazır olmaqla mübahisəli evdə iddiaçıların yaşamalarına da etirazı olmamasını da qeyd etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra MM) - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Həmçinin də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Qərarında izah etmişdir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-nin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki araşdırılmış halları baxımından məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama və alqı-satqı müqavilələri iddiaçıların iradə ifadəsinə zidd olaraq bağlanmışdır. Belə ki, müəyyən olunmuşdur ki, bu əqdlərin bağlanmasının əsasını cavabdehin mübahisəli ev və onun yerləşdiyi torpaqda müəyyən işlər görülməsi ilə əlaqədar çəkilmiş xərclər təşkil edir. Cavabdeh 2015-ci ildən orada yaşamaqla gördüyü işlərin təmir xərcinin 10000 manat, indiki qiymətlərlə 30000 manat olmasını göstərsə də iddiaçı tərəf onun müəyyən işlər görməsini etiraf edərək çəkilən xərclərin məbləği ilə razılaşmayaraq, bu xərcə görə cavabdehin adına ev və torpağın keçirilməsinə dair razılaşmanın olmasını etiraf etməmişlər. İddiaçılar izahatlarında Cavabdeh ailə üzvlərinə ünvanlı sosial yardımı düzəldə bilməsinə dair təklifinə əsasən səmimiyyətinə inanaraq Xaçmaz rayon 1 saylı Notariat Ofisinə gedərək cavabdehin onlara təqdim etdiyi kağızları oxumadan imzalamasını göstərmişlər. Məhkəmə hesab edir ki, işin bu halı tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə İddiaçı4 və X4, xx.xx.2021-ci il tarixdə isə Nümayəndə2, İddiaçı2 və İddiaçı3 bütün daşınar və daşınmaz əmlaklarının üzərində sərəncam verilməsinə dair Cavabdeh ilə birlikdə notariat ofisinə gedərək Maraqlı şəxs2 Şıxzada oğlunun adına müvafiq etibarnamələr vermələrini cavabdeh tərəf inkar etməmişdir. Müəyyən edilmişdir ki, iddiaçılar Maraqlı şəxs2 Şıxzada oğlunu tanımamışlar və o da adına etibarnamələr verilərkən notariat ofisində olmamışdır. Etibarnamələrin onun adına verilməsinin təşəbbüskarı və təşkilatçısı Cavabdeh olmuşdur. Həmçinin işin materiallarından görünür ki, həmin etibarnamələr əsasında Maraqlı şəxs2 Şıxzada oğlu tərəfindən Üçgünqışlaq kəndi ünvanında yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 1,73 ha torpaq sahəsinə dair müəyyən rəsmiləşdirmələrdən sonra həmin əmlakın Cavabdeh 4000 manata satılmasına dair xx.xx.2023-cü ildə təsdiq edilmiş 4Ə-580 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müəyyən edilmişdir ki, Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh ilə aralarında bağlanmış müqavilədə əksini tapmış 4000 manat məbləğ formal olmuşdur. Belə ki, Cavabdeh izahatına əsasən ona bu məbləğ verilməmiş, torpağı adına rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ satış qiyməti kimi yazılmışdır. Lakin işin materiallarından görünür ki, torpağın mülkiyyət sənədi 2023-cü ildə sahəsi az göstərilməklə cavabdehin adına verilmişdir. Həmçinin işin materiallarından görünür ki, sözügedən etibanamələr əsasında Maraqlı şəxs2 Şıxzada oğlu tərəfindən Xaçmaz rayonu Üçgünqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m. olan fərdi yaşayış evinə dair müəyyən rəsmiləşdirmələrdən sonra onunla Cavabdeh arasında xx.xx.2021-ci ildə təsdiq edilmiş 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və sonuncunun adına xx.xx.2021ci il tarixli çıxarış verilmişdir. Lakin iddiaçı tərəf belə bir bağışlama əqdinin bağlanması niyyətlərinin olmamasını göstərmiş və məhkəmə onların bu dəlili ilə bağlı irəli sürdükləri arqumentlərlə razılaşır. Belə ki, işin materiallarından görünür ki, iddiaçılardan ailə başçısı olan İddiaçı3 Xaçmaz rayonu, Üçgün kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və pay torpaq sahəsini öz doğma nəvəsi olan X9 verilməsini vəsiyyət etməsinə dair hələ 2018-ci ildə notariat qaydada təsdiq edilmiş vəsiyyətnaməsi mövcuddur. Yəni, başqa sözlə İddiaçı3 yalnız öz payına məxsus hissəsinə sərəncam versə də, iddiaçı tərəfin izahatlarına əsasən hamı əmlakın Cavabdeh ilə X4 övladına yalnız vərəsəlik yolu ilə qalmasına etirazlarının olmamasını göstərmişlər. Həmçinin məhkəmə iddiaçı tərəfin belə bir niyyətləri, yəni fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini Cavabdeh bağışlama niyyəti olsa idi, bunu özləri müstəqil olaraq digər şəxsin vasitəçiliyi ilə etməyə ehtiyac olmamasına dair mövqeyi ilə də razılaşır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında əksini tapmış Maraqlı şəxs2 izahatından da görünür ki, Niyazidən və bütün ailə üzvlərindən baş etibarnamə alıb sənədləşmə işlərinə başlamasını ona məhz Cavabdeh bildirmiş və qeyd edilən işləri görərkən nə Niyaziyə, nə də onun yaxınlarından heç kimə heç bir qanunsuz təsir göstərməmiş, Niyazini əvvəllər tanımamışdır. İşin bu halları ona dəlalət edir ki, iddiaçı tərəfin Maraqlı şəxs2 Şıxzada oğlunun adına verdikləri etibarnamənin təyinatı heç də əmlakların özgəninkiləşdirilməsi ilə bağlı olmamış, adına etibarnamə verilmiş şəxs məhz Cavabdeh təşəbbüsü ilə öz mənafeyi üçün həmin əqdləri onunla bağlamış, bununla həmin şəxslər hüquqdan sui-istifadəyə yol verərək iddiaçıların əmlaklarının özgəninkiləşdirilməsini onların iradəsinə zidd həyata keçirmişlər. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X14 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 mart 1999-cu il tarixli qərarında romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin məlum qərarında da göstərildiyi kimi, təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməsi baxımından həmin şəxs tərəfindən verilən etibarnamədə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunduqda o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmənin qənaətinə görə yaxın adamlar arasında bağışlama əqdinin digər şəxsin vasitəçilyi ilə bağlaması qanunvericiliklə qadağan olunmasa da, hazırki işdə tərəflərin bir evdə yaşadıqları halda özləri arasında bunu həyata keçirməsi üçün heç bir qarşısıalınmaz və ya fövqəladə bir hal olmadığı halda nümayəndə vasitəsilə əqdin bağlanması hüquqdan sui-istifadənin təzahürlərindəndir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh tərəfin həm evin və onun həyətyanı torpaq sahəsinin, həm də pay torpağının mübahisəli evdə gördüyü işlərə dair çəkilmiş xərclərin qarşılığında ona verilməsi halı qəbul edilsə belə, bu da faktiki reallığı əks etdirmir. Belə ki, həmin əmlakların bazar dəyəri cavabdehin bildirdiyinə görə çəkdiyi 10000 manat xərcdən daha çoxdur və iddiaçı tərəfin də pul əvəzi əmlakları cavabdehə nümayəndə vasitəsilə bağışlama və satması məqsədlərinin olması işin araşdırılmış halları baxımından həm inandırıcı, həm də ağlabatan deyildir. Məhkəmə göstərilən qənaətlərə gələrkən xüsusilə mübahisəli əmlakları ələ keçirmək niyyətinin deyil, çəkdiyi xərcin əvəzi olaraq bu rəsmiləşdirilmələrin aparılmasına dair cavabdeh tərəfin izahatlarına önəm verir. Yəni, faktiki olaraq cavabdeh bu əmlaklardan pay torpağını almaq niyyətinin olmamasını, evin və həyətyanı torpaq sahəsinin adına keçirilməsini də arzulamadığını, lakin həmin əmlakların ona iddiaçı tərəfin gördüyü işlərin əvəzi kimi verilməsinə dair təkliflə çıxış etmələri və bu niyyətlə də notariat ofisində onun tanışının adına etibarnamə vermələrini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin əqdlərin iddiaçıların iradə ifadəsi əsasında bağlanmasına dair izahatları özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh iddiaçı tərəfin gördüyü işlərin əvəzi kimi əmlakları onun adına keçirmək niyyətlərinin olmasına və bu niyyətlə də notariat ofisində onun tanışının adına etibarnamə vermələrinə mübahisəli evdə yaşadığı müddətdə ümumilikdə gördüyü işlərin 10000 manat məbləğində olmasına dair sübut növləri təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və ona qarşı qaldırılmış tələblərin əsassız olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların mübahisələndirilən əqdlər və onun hüquqi nəticələrinə dair hissələrdə iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia tələbləri bu hissələrdə əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə iddianın Xaçmaz rayon 1 saylı notariat ofisində 23 fevral 2021-ci il tarixdə Nümayəndə2, İddiaçı2 və İddiaçı3 və 16 fevral 2021-ci il tarixdə İddiaçı4 və X7 adından ünvan 1i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 Şıxzada oğlunun adına bütün əmlaklar üzərində sərəncam vermək hüququ ilə AR-İİ№ 234396 saylı və AR-İİ№ 255812 saylı etibarnamələrin etibarsızlığına dair hissəsində təmin edilməsini mümkün saymır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf 05 və 17 mart 2023-cü il tarixlərdə Maraqlı şəxs2 verilmiş, reyestrdə 7E-2091 ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli və 7E-1762 nömrə ilə qeyd olunmuş xx.xx.2021-ci il tarixli etibarnamələri ləğv etdirmişlər. Məhkəmə hesab edir ki, qeyd edilən etibarnamələr hazırda qüvvədə olmadığı üçün onların qanuniliyinə qiymət verilməsi zərurəti da aradan qalxmışdır. Lakin qüvvədə olan zaman onların əsasında yaranmış hüquqi nəticələrə (əqdər və çıxarışlar) aid hissədə qaldırılmış iddia üzrə qanuniliyinə hüquqi qiymət verilməsinə davam edərək məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə orada yazılan söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olmasını nəzərə almaqla qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən əmlakların özgəninikiləşdirilməsi zamanı əldə edilmiş müvafiq çıxarışların, onların verilməsinə əsas olmuş müqavilələr ilə yanaşı etibarsızlığını tələb etsə də, əslində onlar çıxarışların ləğvini ehtiva etdiyindən tələbin bu hissəsi məhkəmə tərəfindən çıxarışların ləğv edilməli olması kimi qəbul edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2023cü ildə təsdiq edilmiş 4Ə-580 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh 4000 manat məbləğini iddiaçı tərəfin nümayəndəsi olmuş Maraqlı şəxs2 Şıxzada oğluna verilməsi faktı təsdiq olunmadığı üçün hazırki mübahisəyə MM-nin 337.5-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddiası qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş 1.37 ha torpaq sahəsinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış AN-İ№ ******* saylı, 4Ə-580 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi, xx.xx.2021-ci ildə ünvan 8i ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m. olan fərdi yaşayış evinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış 4Ə-640 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh adına olan 1.2757 ha torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış və Xaçmaz rayonu Üçgünqışlaq kəndində yerləşən ümumi sahəsi 78.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçıların rüsumun ödənilməsinə dair tələbi olmadığından onların özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı (Maraqlı şəxs2 Şıxzada oğlu və Xaçmaz rayon 1 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası qismən təmin olunsun. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində ümumi birgə mülkiyyətləri olmuş 1.37 ha torpaq sahəsinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış AN-İ№ ******* saylı, 4Ə-580 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına olan 1.2757 ha torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış ləğv edilsin. xx.xx.2021-ci ildə ünvan 8i ünvanında yerləşən ümumi sahəsi 78.3 kv.m. olan fərdi yaşayış evinə dair iddiaçıların adından etibarnamə üzrə nümayəndə qismində iştirak etmiş Maraqlı şəxs2 Şıxzada oğlu ilə Cavabdeh arasında bağlanmış 4Ə-640 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına Xaçmaz rayonu Üçgünqışlaq kəndində yerləşən ümumi sahəsi 78.3 kv.m. olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar