Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-690/2025 01.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Qamzatov Rafiq Lətifoviçin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Qamzatov Rafiq Lətifoviç ərizə ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2005ci il tarixdə DT və XK Xaçmaz rayon şöbəsi və X8 tərəfindən Xaçmaz rayonu, Vələmir kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair X6 adına verilmiş JN-010A, KOD 30203028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikası Quruş kəndində anadan olmuşdur. 1976-cı il tarixdə vət.X20 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahından dörd uşağı vardır. Nikah qurduqdan sonra onlar müəyyən müddət Xaçmaz rayonu, Xudat şəhərində yaşamış, 1988-ci ildə o, Xaçmaz rayonunun Muxtadır sovetliyinin Vələmir kəndində yaşayış evi satın almışdır. Həmin evə 15 aprel 2003-cü il tarixdə Xaçmaz rayon X3 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 2-350 reyestr nömrəli, qeydiyyat vəsiqəsi və oktyabr 1991-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu verilmişdir. O, 1999-cu ildə Rusiya Federasiyasının İrkutsk şəhərinə getmiş və həmin ildə də Rusiya Federasiyası vətəndaşlığını qəbul etmisdir. Burada onun Rusiya Federasiyası vətəndaşları olan övladları yaşayır. İlin müəyyən vaxtı İrkutsk şəhərində olur və ildə bir neçə dəfə Azərbaycana qayıdır. Xaçmaz rayonunun Vələmir kəndində yerləşən evində həyat yoldaşı Nümayəndə yaşayır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə Xaçmaz rayonu, Vələmir kəndində yaşayış evinin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. O, 06 noyabr 2024-cü il tarixdə ünvan 2ində yerləşən yaşayış evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışın, plan və ölçü sənədinin hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi Qərib Həsənovun imzası ilə ona xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-16999/2024 saylı məktubla rədd cavabı verilmişdir. Həmin məktubda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinə dair sənədlərdə uyğunsuzluq mövcuddur. Şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibi X4 halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.25 ha ölçüdə JN-010F nömrəli, KOD 30203028 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir və həmin şəhadətnamədə hüquq sahibi X1 qeyd olunmuşdur. Həqiqətən də, 01 dekabr 2005ci il tarixdə DT və XK Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş JN-010A, KOD 30203028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin 0.25 ha torpaq sahəsinin mülkiyyətə verilmiş şəxs səhvən X13 göstərilmişdir. Halbuki torpaq sahəsində yerləşən yaşayış evi ona, yəni X21 məxsusdur və ümumiyyətlə onun “X14” adında ailə üzvü olmamışdır. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 dekabr 2024- cü il tarixli, 3- 48-18RA/2-H6xx-xx/2024 saylı arxiv arayışında qeyd olunur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Müqtədir kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə aid Vələmir kəndi üzrə 04 saylı təsərrüfatbaşına kitabında Ərizəçi (X25) 31 saylı təsərrüfatın başçısıdır, şəxsi mülkiyyətində ümumi sahəsi 60 kv.m olan yaşayış evi, şəxsi istifadəsində cəmi 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. Təsərrüfatın üzvləri aşağıdakılardır: X23 – arvadı, X15-qızı, X16 – oğlu, X17 - qızı. X18 – qızı. Göründüyü kimi, arxiv arayışında da adı “X14” adlı ailə üzvü yoxdur. saylı Xaçmaz Ərazi İdarəsi şəhadətnamədə hüquq sahibinin adı ilə mənim şəxsiyyəti təsdiq edən sənəddə göstərilmiş məlumatlar arasında uyğunsuzluq olduğundan daşınmaz əmlak üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və özü həmin uyğunsuzluğu aradan qaldırmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, ərinin adı iddiada qeyd edilən sənədlərdə səhf yazılıb. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, işə əlavə etdiyi şəxsiyyəti təsdiq edən sənədlə ümumvətəndaş pasportunda belə uyğunsuzluq mövcuddur. Şəxsiyyəti təsdiq edən sənəddə X5 ümumvətəndaş pasportunda X11. Xaçmaz rayon X9 30 may 2001-ci ii tarixli, 03 sayli qərari ilə Xaçmaz rayonu, Vələmir kəndində yaşayiş evinin yerləşdiyi 0.25 ha həyətyani torpaq sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. 01 dekabr 2005-ci il tarixdə DT vo XK Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş JN-01OA, KOD 30203028 olan Torpağın mulkiyyotə verilməsinə dair şəhadətnamədə həmin 0.25 ha torpaq sahəsinin mülkiyyətə verilmiş şəxs səhvən X12 göstərilmişdir. Halbuki torpaq sahəsində yerləşən yaşayış evi X21 məxsusdur və ümumiyyətlə onun "X12" adinda ailə üzvu olmamışdır. Qamzatov olaraq qeyd edilməlidir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5.ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nüməyəndəsini və vəkilinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. - evin qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xaçmaz rayon Vələmir kəndində yerləşən yaşayış evi X19 adına qeydə alınmışdır. - xx.xx.2023-cü il tarixli, 229 saylı Arayışdan müəyyən olunur ki, Xaçmaz rayon Vələmir kəndində X22 məxsus yaşayış evində Nümayəndə pasport qeydiyyatındadır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-010A kod 30203028 saylı şəhadətnamədən göründüyü kimi, Xaçmaz rayon Vələmir kəndində X7 0.25 ha torpaq sahəsi verilmişdir. -pasportun surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1954-cü ildə Dağıstan Respublikası, Xasayurt rayonu, Kuruş kəndində anadan olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, ünvan 2i ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz.əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi, fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibi X4 halda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv edilmiş DTXKnin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.25 ha ölçüdə JN-010 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir və həmin şəhadətnamədə hüquq sahibi “X28” qızı kimi qeyd olunmuşdur. - Xaçmaz rayon Dövlət Arxivi tətəfindən verilmiş xx.xx.2024-cü il tarixli, №3-48-18RA/-2- 116xx-xx/2024 saylı Arxiv Arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Müqtədir kənd İƏV nümayəndəliyinin 1991- 1995-ci illərə aid Vələmir kəndi üzrə 04 saylı təsərrüfatbaşına kitabında Ərizəçi Letifoviç (X25) 31 saylı təsərrüfatın başçısıdır, şəxsi mülkiyyətində ümumi sahəsi 60 m2 olan yaşayış evi, şəxsi istifadəsində cəmi 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. Təsərrüfatın üzvləri aşağıdakılardır:.X23-arvadı, .X10-qızı, X16 - oğlu, X17 - qızı və X18 - qızı. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibinin soyadı, adı və atasının adı X4 halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.25 ha ölçüdə JN-010 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir və həmin şəhadətnamədə hüquq sahibi “X28” qızı kimi göstərilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan aktda olan yanlışlıq aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə MPM-in 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. “X28” qızının adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.25 ha ölçüdə JN-010 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-690/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-690/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver