Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-721/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Balaoltan oğluna, Daştəmirov Mariya Arsenyevnaya qarşı torpaq sahəsinin naturada bölünməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Balaoltan oğluna, Daştəmirov Mariya Arsenyevnaya qarşı ərizə ilə müraciət edərək, JN -157A, kod 30204028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə mülkiyyətdə olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində payların hərəsinə 1/3 hissəsi olmaqla payın müəyyən edilməsi, müəyyən edilmiş paya müvafiq olaraq torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddianın baxılmasını tələb etmir, işin baxılmamış saxlanılmasını xahiş edir. İş üzrə iddiaçıya və digər cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildiirşi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasənişə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Balaoltan oğluna, Daştəmirov Mariya Arsenyevnaya qarşı torpaq sahəsinin naturada bölünməsi və sair tələbinə dair mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 Balaoltan oğluna, Daştəmirov Mariya Arsenyevnaya qarşı torpaq sahəsinin naturada bölünməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-721/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-721/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver