Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-737/2021 17.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-175 nömrəli, 30224018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər ailə üzvləri X3 ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən onlara yəni- X4, Ərizəçi1, Ərizəçi2 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,38 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. X12 mərhum X2 soyadı səhvən Şuljenko, ata adı səhvən Trafimovna kimi, Ərizəçi1 adı səhvən Mənsuma, soyadı səhvən Ağayeva kimi, Ərizəçi2 qızlıq soyadı səhvən Ağayeva, ata adı səhvən Ağalı kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuşdur və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahəsini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona, nənəsi X4 və anası Ərizəçi1 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,38 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. X12 mərhum nənəsinin X2 soyadı səhvən Şuljenko, ata adı səhvən Trafimovna kimi, anası Ərizəçi1 adı səhvən Mənsuma, soyadı səhvən Ağayeva kimi, onun qızlıq soyadı səhvən Ağayeva, ata adı səhvən Ağalı kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahəsini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişik, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Onun qızlıq soyadı Ağayarova olmuş, ərə gedəndən sonra ərinin soyadı olan Şıxkərimov soyadını qəbul etmişdir. Məhkəməyə təqdim etdiyi şahidləri ərizəsində göstərdiyi halları təsdiq edə bilərlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar və ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 izahatında göstərmişdir ki, ərizəçilərin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən X4, onun qızı Ərizəçi1 və nəvəsi Ərizəçi2 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,38 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X12 mərhum X2 soyadı səhvən Şuljenko, ata adı səhvən Trafimovna kimi, Ərizəçi1 adı səhvən Mənsuma, soyadı səhvən Ağayeva kimi, Ərizəçi2 qızlıq soyadı səhvən Ağayeva, ata adı səhvən Ağalı kimi qeyd edilib. Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçilərin istifadəsindədir. Təsdiq edir ki, JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı X4, Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 izahatında göstərmişdir ki, ərizəçilərin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən X4, onun qızı Ərizəçi1 və nəvəsi Ərizəçi2 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,38 ha pay torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X12 mərhum X2 soyadı səhvən Şuljenko, ata adı səhvən Trafimovna kimi, Ərizəçi1 adı səhvən Mənsuma, soyadı səhvən Ağayeva kimi, Ərizəçi2 qızlıq soyadı səhvən Ağayeva, ata adı səhvən Ağalı kimi qeyd edilib. Torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçilərin istifadəsindədir. Təsdiq edir ki, JN-175 seriyalı 30224018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı X4, Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Xaçmaz rayonunun Çarxı kəndində doğulmuşdur. İş materiallarında olan İ-JQ seriyalı 307080 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi2 qızlıq soyadı Ağayarova olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 655786 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, Ərizəçi1 və Ərizəçi2 hazırda Xaçmaz rayonunun Çarxı kəndində yaşayırlar. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-175 seriyalı 30224018 kodlu Dövlət Aktından müəyyən olunur ki, X4, Ərizəçi1, Ərizəçi2 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,38 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-175 seriyalı 30224018 kodlu Dövlət Aktından müəyyən olunur ki, mərhum X2 soyadı səhvən Şuljenko, ata adı səhvən Trafimovna kimi, Ərizəçi1 adı səhvən Mənsuma, soyadı səhvən Ağayeva kimi, Ərizəçi2 qızlıq soyadı səhvən Ağayeva, ata adı səhvən Ağalı kimi qeyd edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-175 nömrəli, 30224018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvləri X1 məxsus olması faktı sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-175 nömrəli, 30224018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvləri X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-737/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-737/2021
17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver