Məhkəmə qərarları › İş №2(067)-737/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-737/2024

21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-737/2024 21.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ərizəçi ayrılmış 0.03 hektar torpaq sahəsinin sənədlərinə dair həmin faktları təsdiq edən lazımi sənədləri (müvafiq arxiv arayışı və plancizgi) ərizəçinin başqa qaydada ala bilməsi mümkün olmadığından)və həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ərizəçi ayrılmış 0.03 hektar torpaq sahəsinin sənədlərində qeyd olunan adm, ata adının, tarixlərin, nömrələrin, idarə adlarının, şəxs adlarının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 idarəsinin sənədlərində (arxiv sənədləri) qeyd olunan ad, ata adı, tarixlər, nömrələr, idarə adları, şəxs adları ilə düz gəldiyindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrdıldığınm nəzərə alınması, vətəndaş Ərizəçi 0.03 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli, 27/K nömrəli əmrinin nəzərə alınması, habelə vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.03 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsinin verilməsi haqqında əmrdən çıxarışına əsasən Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınmaqla baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0.03 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. «Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2015ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Onlar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün müvafiq arxiv arayışı və plan-cizginin alınması üçün maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai- X8 müraciət etmişik. Lakin Arxiv idarəsi tərəfindən bizim müraciətimizə imtina cavabı verilərək bildirilmişdir ki, «Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik süfçülük sovxozu xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ruslan Bəxtiyar oğluna fərdi mənzil tikintisi üçün 2-1271B saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.». Maraqlı şəxs bildirmişdir ki, Ərizəçi sənədlərdə soyadı qeyd olunmadığından ona müvafiq arxiv arayışı və plan-cizginin verilməsindən imtina edilir. Sözügedən sənədlərdə bütün detallar uyğunluq təşkil edir, sadəcə olaraq Ərizəçi olunun soyadı Arxivdə olan sənədlərdə qeyd olunmayıb. Təbii ki, bu da ona dəlalət etmir ki, bu sənəd ona məxsus deyil. Ərizəçi olan orijinal sənədlərdə onun soyadının, adının, ata adının qeyd olunması hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmalıdır. Ümumiyyətlə, Arxiv sənədlərində qeyd olunan adın, ata adının, tarixlərin, nömrələrin, idarə adlarının, şəxs adlarının orijinal sənədlərdə qeyd olunan ad, ata adı, tarixlər, nömrələr, idarə adları, şəxs adları ilə düz gəlməsi hüquqi əhəmiyyəti olan fakt üçün əsasdır. Odur ki, şərh olunanlar əsasında hesab edirlərt həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməyimiz mümkün olmadığından arxiv sənədlərində qeyd olunan adm, ata adının, tarixlərin, nömrələrin, idarə adlarının, şəxs adlarının orijinal sənədlərdə qeyd olunan ad, ata adı, tarixlər, nömrələr, idarə adları, şəxs adları ilə düz gəlməsi məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunaraq qətnamə qəbul edilməlidir. İş üzrə ərizəçi tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən “ayrılmış torpaq sahəsinin Ərizəçi aid olması” faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. 2010-cu ildən o da həmin ərazidə yaşayır. Torpağı Naxçıvanlı maklerdən almışdır. Ərizəçi arada gəlib gedir, salamlaşır. Həmin ərazidə Ruslan adlı başqa şəxsi tanımır. O, həmin əraziyə gələndə ərizəçi artıq ərazidə olmuşdur. Həmin torpaq sahəsi Ruslana məxsusudur. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin 3 sot torpaq sahəsi var, həmin torpaq sahəsində 9 daş tikili tikib, hasar, darvaza qoyub. Həmin ərazi sovxoz ərazisi olmaqla Prezident Aparatının nəzarətində olub. Məhkəmə ərizəçi tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 ünvanlanmış 8 iyun 2023-cü il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan- cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ruslan Bəxtiyar oğluna (soyadı göstərilməyib) fərdi mənzil tikintisi üçün 2-1271B saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təşdiq edən sənəd təqdim olunmalıdır. -Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1999-cu il tarixli, 096 nömrəli çıxarışından müəyyən olunur ki, Ərizəçi 0.03 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınması, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.03 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışdan görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X5 0.03 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ruslan Bəxtiyar oğluna (soyadı göstərilməyib) fərdi mənzil tikintisi üçün 2-1271B saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təşdiq edən sənəd təqdim olunmalıdır. Ərizəçi sənədlərdə soyadı qeyd olunmadığından ona müvafiq arxiv arayışı və plan-cizginin verilməsindən imtina edilmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən ayrılmış 0.03 hektar torpaq sahəsinin Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar