Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-737/2025 22.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2014-cü il tarixli, 094739 nömrəli akt və ziyan tələbnaməsində göstərilən 632 manat məbləğin və həmin İdarə tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt və ziyan tələbnaməsində göstərilən 632 manat, ümumilikdə 1264 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşdirilmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində 094739 nömrəli aktın tarixinin xx.xx.2015-ci il yazılmalı olmasına baxmayaraq texniki səhv nəticəsində xx.xx.2014-cü il tarixdə yazıldığını bildirməklə ərizəsində dəqiqləşmə apararaq həmin 094739 nömrəli aktın tarixinin xx.xx.2015-ci il kimi oxunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Xaçmaz rayon Qaz İstismar İdarəsinin işçiləri gəlib ona bildirmişlər ki, sayğacın istismar vaxtı bitib, sayğacı yeniləmək istəyirlər və sayğaçı açıb apararaq yenisi ilə əvəz etmişlər. Bir müddət sonra ünvanına bildiriş gəlmişdir. Həmin bildirişdə göstərilmişdir ki, onun güya 632 manat borcu vardır. Yenidən xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Qaz İstismar İdarəsinin işçiləri gəlib bildirmişlər ki, sayğacın istismar müddəti bitdiyindən yeniləmək istəyirlər və sayğaçı açıb apararaq yenisi ilə əvəz etmişlər. Bir müddət sonra ünvanına bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, onun guya 632 manat borcu var. O, Xaçmaz rayon Qaz İstismar İdarəsinin işçilərindən həmin məbləğlərdə borcunun olmadığını bildirməklə borcun haradan əmələ gəldiyini soruşduqda ona bildirmişlər ki, guya sayğaclarda müdaxilə halları aşkar edilmiş və Cavabdeh ona cərimə hesablamışdır. Halbuki, o, mövsümlə əlaqədar olaraq müxtəlif sərfiyyata uyğun məbləğlər köçürmüş, yəni yayda 5-7 manat, evlər daş ev olmaqla 1 mərtəbədən ibarət olduğu üçün hər ay qış mövsümündə 30-40 manat Xaçmaz rayon Qaz İstismar İdarəsinin qəbzində yazılan məbləği köçürtmüşdür. Hər aylıq köçürmədə heç bir gecikmə və yaxud Qaz İstismar İdarəsi tərəfindən qoyulan sayğaca heç bir müdaxilədən söhbət gedə bilməz, bunu onların yaşadığı küçəyə baxan Qaz İstismar İdarəsinin nəzarətçisi də təsdiq edə bilər. Dəfələrlə Xaçmaz rayon Qaz İstismar İdarəsinə şifahi olaraq müraciət etmişdir ki, ona yazılmış cərimə aktının surətini versinlər. Ona bildirmişlər ki, guya aktın surəti onlarda yoxdur, yəni Bakı şəhərində baş idarədə olur, bir müddət sonra aktı Xaçmaz rayon Qaz İstismar İdarəsindən əldə etmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, əsassız hesablanmış cərimə məbləğlərinin silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən onun yaşadığı ünvandan iki dəfə 2015-ci ildə və 2019-cu ildə qaz sayğacları çıxarılaraq yeniləri ilə əvəz edilmiş və sonradan hər iki halda əsassız olaraq cərimə aktları yazılmışdır. Əsassız hesablanmış cərimələrlə bağlı dəfələrlə cavabdeh orqana şifahi qaydada müraciətlər edərək etirazını bildirsə də, müsbət nəticəsi olmamışdır. Ona bununla bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bir daha qeyd edir ki, nə o, nə də ki, ailə üzvləri tərəfindən heç bir halda qaz sayğacına müdaxilə edilməmişdir. İddiasının təmin edilməsini və əsassız hesablanmş pul məbləğlərinin abonent hesabından silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı Xaçmaz X9 idarəsinin əməkdaşları tərəfindən xx.xx.2015-ci il tareixdə və xx.xx.2019-cu il tarixdə çıxarılaraq yeniləri ilə əvəz edilmiş, çıxarılan qaz sayğacları laboratoriyaya göndərilmiş və laboratoriya rəyi ilə müəyyən olunmuşdur ki, sayğaclara müdaxilə edilmişdir. Sonra bununla bağlı tərtib edilmiş qüsur aktı, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar, abonentin saldosu sənədləri əsasında 2015-ci ilin mart ayı üçün 534, 60 manat 2019-cu ilin noyabr ayı üçün isə 529,20 manat iddiaçıya ziyan məbləğləri hesablanmışdır. Hesab edir ki, iddiaçının sayğaclara müdaxilə etməsi tərtib olunmuş müvafiq sənədlərlə sübuta yetirildiyindən iddia rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 avqust 2014-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış G-4 markalı, ******* nömrəli mexaniki qaz sayğacı istismar müddətinin bitdiyi qeyd edilməklə yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara savab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan 12 mart 2015-ci il tarixli, 094739 nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış ******* nömrəli mexaniki qaz sayğacının zavod qurğuşun plombu kəsici alətlə kəsilmişdir. Dəymiş ziyan hesablanmalı və ödənilməlidir. İş materiallarında olan 16 mart 2015-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair»hesablama sənədində göstərilmişdir ki, Qaz işlədicilərindən 2 ədəd 4 gözlü qaz plitəsinin maksimal saatlıq qaz s 2x1.2=2 4 m3/saat, orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, qeyri standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, 120 l-lik kalonka tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi- 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas: xx.xx.2015-ci il tarixli, 094739 nömrəli akt. İş materiallarında olan Cavabdeh İB-nin abonenti İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, dəymiş ziyana görə 2015-ci ilin müvafiq dövrü üçün İddiaçı 534,60 manat məbləğində pul hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 29 yanvar 2019-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış G-4 markalı, ******* nömrəli mexaniki qaz sayğacı «Növbəti Dövlət yoxlanışı» qeyd edilməklə yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara savab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış ******* nömrəli mexaniki qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Dəymiş ziyan hesablanmalı və ödənilməlidir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədində göstərilmişdir ki, qaz işlədicilərindən PQ-3 ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qeyri-standart istilik sisteminin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas: 13 noyabr 2019-cu il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Cavabdeh İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı dəymiş ziyana görə 2019-cu ilin müvafiq dövrü üçün 529,20 manat məbləğində pul hesablanmışdır. Məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Xaçmaz filialının müfəttişi X7 tərəfindən tərtib edilmiş 13 mart 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00000 saylı qaz abonent koduna yazılmış borcunun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-737/2024 nömrəli məktubu ilə həmin mülki iş üzrə mütəxəssis rəyinin alınması, X3 Agentliyinin Xaçmaz filialına həvalə edilmiş və müvafiq olaraq sual qoyulmuşdur: Rəyin verilməsi üçün zəruri olan təqdim edilmiş sənədlər (materiallar) tərəfindən təhlil edilərək qoyulmuş sualın mahiyyəti üzrə aşağıdakıları bildirir: Təqdim olunmuş sənədlərdən məlum olur ki, abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ******* nömrəli qaz sayğacı xx.xx.2014-cü il tarixində istismar müddətinin bitməsi səbəbi ilə çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Çıxarılma aktında heç bir nöqsan qeyd olunmasa da, dövlət yoxlamasına göndərilən ******* nömrəli qaz sayğacına “sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsilmişdir” rəyi verilmişdir və bu səbəb ilə xx.xx.2015-ci il tarixində 094739 nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunaraq 2 ədəd 4 gözlü qaz plitəsi, 1 ədəd qeyri-standart su qızdırıcı və 120 litrlik kolonka tipli su qızdırıcı üzrə hesabat aparılaraq abonent saldosuna 534 manat 60 qəpik məbləğ daxil edilmişdir. Lakin abonentin həmin qaz qurğularından istifadə olunması sübuta yetirilmir və həmin dövrdə çap olunmuş abonent saldosuna əsasən Cavabdeh İB-nın kompüter qeydiyyatında 1 ədəd 4 gözlü qaz plitəsi, 1 ədəd qızdırıcı radiator peçi və 1 ədəd açıq şəraitdə qoyulmuş su qızdırıcı kolonka olduğu görünür. Həmçinin xx.xx.2019-cu il tarixində ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmə səbəbi ilə çıxarılmış və çıxarılma aktında heç bir nöqsan qeyd olunmamışdır. X4 "sayğacın plastmas qapağın yan tərəfində iz var və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” rəyinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuş və 529 manat 20 qəpik məbləğ abonent saldosuna daxil edilmişdir. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar) tələbi pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Həmin Qərarın 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Bu Qərarın 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Həmin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qərarın 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Həmin Qərarın 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan evdə qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Qaz sayğacı həyətdən kənarda küçə tərəfdə quraşdırıldığından “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz idarəsi cavabdehlik daşıyır. Bu hal məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Xaçmaz filialının müfəttişi X7 tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli rəydə də öz əksini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki məhkəmə tədqiqatında aparılmış araşdırma zamanı məhz İddiaçı tərəfindən yaşadığı ünvanda müvafiq dövrlərdə qaz sayğaclarına müdaxilə etməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbində cavabdeh təşkilat tərəfindən ona 2015-ci ildə hesablanmış 632 manat və 2019-cu ildə hesablanmış 632 manat məbləğlərində pulun abonent hesabından silinməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən müvafiq akt və digər hesablama sənədləri əsasında iddiaçıya itirilmiş qaz sərfiyyatı olaraq 2015-ci ilin müvafiq dövrü üzrə 521,20 manat və 2019-cu ilin müvafiq dövrü üzrə 529,20 manat məbləğlər hesablanmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 496/2021 saylı qətnaməsi ilə İddiaçı hesablanmış 521,20 manat daxil olmaqla 667.12 manat borcun tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. 529,20 manat hissədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan həmin məbləğin abonentin hesabından silinməsi yolverilməz hesab olunmalıdır. Odur ki, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməklə Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2015-ci il tarixli, 094739 nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 16 mart 2015-ci il tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 521,20 manat məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2015-ci il tarixli, 094739 nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 16 mart 2015-ci il tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı (abonent kodu - **********00000) hesablanmış borcdan 521,20 manat (beş yüz iyirmi bir manat iyirmi qəpik) məbləğində pul silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakiim Samir Bayramov.
Məhkəmə qərarları › İş №2(067)-737/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-737/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver