Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-745/2025 11.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Xaçmaz rayon 1 saylı Notariat ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33n 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında 07 iyul 2021-ci il tarixli 2V870-nömrəli reyestri ilə qeydə alınmış şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli, **********46-10301 nömrəli reyestri ilə, ********** nömrəli qeydiyyat nömrəsi çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 ilə aralarında Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı fərdi yaşayış evinə dair 06 dekabr 2021-ci il tarixli, AN-İ №1005126 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ata babası X6 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. X21 onun ata nənəsi olub. X5 uzun sürən xəstəlikdən sonra, xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. Ölümündən əvvəl mərhum X5 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı evə dair Xaçmaz rayon notariat kontorunun 14 avqust 1990cı il tarixli, 1N-13 №-li Qanun üzrə vərəsəlik hüququ haqqında və şəxsi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında özünə düşən payını xx.xx.2006-cı il tarixdə vəsiyyət etmişdir. Mərhum X5nın vəfatından sonra, dəfələrlə cəhd göstərmişdir ki, sözügedən torpaq sahəsini vəsiyyətnaməyə əsasən öz adına rəsimlışdirsin. Bu barədə Xaçmaz rayon notariata və Daşınmaz əmlaka müraciətlər etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu ilin aprel ayının əvvəllərində ona məlum olmuşdur ki, doğma əmisi Cavabdeh2 mərhum X5ndan miras qalmış, Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı evə dair vərəsəliyi tək qəbul edib, baxmayaraq ki, bundan əlavə 3 vərəsəsi var, üstəlik doğma anası, yəni X21 (öz doğma oğlu İddiaçı) nəvəsinə verdiyi vəsiyyəti nəzərə almayaraq, tək vərəsəlik şəhadətnaməsini öz adına almışdır. Hətta sözügedən həmin mübahisəli həyətdə olan torpaq sahələrini ayrı-ayrılıqda satdığı müəyyən edilmişdir. bu məlumatları bildikdən sonra, müəyyən dövlət qurumlarına, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 5 saylı Xaçmaz Ərazi İdarəsinə vəkil sorğusuna əsasən müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, N° 3-21-3-34/2-8106/2024 nömrəli məktubunun məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olunmuş xx.xx.2024- cü il tarixli, ********** qeydiyyat nömrəli ərziyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticədə fərdi yaşayış evi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. Çünki, həyətə Cavabdeh2 tərəfindən evə və torpaq sahəsinə baxış keçirməyə buraxmamışdır. Ona görə də, imtina verilmişdir. 13 sentyabr 2024-cü il tarixli, № 206 nömrəli vəkil sorğusu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir ki, hazırda Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı ev kimin mülkiyyətindədir. Cavabdeh2 onun doğma əmisidir, o qanunsuzluğa yol verməklə, özünü tək övlad kimi notariat kontoruna təqdim etmiş, ən maraqlısı da odur ki, özü evlər müdiri işləməklə xx.xx.2019-cu il tarixli, № 245 nömrəli arayış vermişdir ki, güya ailə üzrə evi və təsərrüfatı Cavabdeh2 idarə edir. Halbuki, Cavabdeh2 başqa, bir vərəsə kimi onun atası X16, (Üzeyirova) X9 və (Üzeyirova) X14 olmuşdur. (Üzeyirova) X9 hazırda vəfat etmiş, onun 4 övladı var. Göründüyü kimi, Cavabdeh2 qanun üzrə vərəsələri və X5 tərəfindən ona verilmiş vəsiyyəti və evə dair olan bütün sənədlərin onda olmasına baxmayaraq, həmin sənədləri itmiş kimi elan edib yenisini almaqla, özünü yeganə vərəsə kimi təqdim etməklə, mülkiyyətə sahib olmuşdur. Bu da, qanunvericiliyin kobud surətdə pozulması deməkdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh2 nənəsindən ona vəsiyyət üzrə miras qalmış Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı evi Cavabdeh3 adlı şəxsə satmışdır. Belə ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 ilə aralarında 06 dekabr 2024-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda Xaçmaz rayonu, Sabir küçəsi, 53 saylı fərdi yaşayış evi xx.xx.2021- ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş üzrə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33n 5 saylı Xaçmaz ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 əmisidir. Babası Nüsrət 1989-cu ildə ölüb. Ondan sonra əmisi Sədrəddinlə nənəsi Gözəl babasından qalan evi öz adlarına rəsmiləşdiriblər. 1996-cı ildə əmisi ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedib və ondan heç bir məlumat olmayıb. Onlar da Bakı şəhərində yaşamışlar. Sonra onun atası da RF-na çıxıb getmişdir, hazırda əmisi də, atası da qayıdıblar. Əmisinin barəsində itkin düşməsi ilə bağlı məhkəmə qərarı da olmuşdur. Nənəsilə babasının 4 övladı olub. Qızları Gülşən və Güləsmər, oğlanları Ramiz və Sədrəddin. Bibisi Gülşən sağdır və RF-nın Krasnodar şəhərində yaşayır. O biri bibisi Güləsmər isə ölmüşdür. Babasından ev və həyətyanı torpaq sahəsi qalıb. 1996-cı ildə atasının xəbəri olmadan əmisi ilə nənəsi evi öz adlarına rəsmiləşdiriblər. Nənəsi ona demişdir ki, evi satıb Bakıda ev alsın, o, da onlarla qalsın. Sonra sənədləşmə işləri alınmamışdır. Bütün sənədlərin dalınca o getmişdir. Evin sənədləşməsi alınmadığından onun adına vəsiyyətnamə yazmışdır. Nənəsi öləndən 2 il sonra əmisi Sədrəddin ailəsi ilə birlikdə gəlmişlər. Evin bütün sənədləri onda olmuşdur. Əmisinə demişdir ki, lazım olsa sənədlər ondadır, ev satılsa, onun da payını verər. Əmisi də onların xəbəri olmadan evi Cavabdeh3 satmışdır. Əmisinin evi satmasından 2024-cü ilin aprel ayında xəbər tutmuşdur. Bibisi Güləsmər nənəsindən çox sonra ölüb, onun 3 qızı, 1 oğlu var. Miras evin torpaq sahəsi 15,5 sot olub. Sənəd üzrə 5 sot olub, qalan torpaq sahəsi sənədsiz olub. Əmisi evi və 3 sot torpaq sahəsini Cavabdeh3 satıb. Hazırda əmisinin qanunsuz əməlləri nəticəsində o vərəsəliyindən məhrum edilib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, 2021-ci ildə makler vasitəsi ilə ona məlum olmuşdur ki, iş üzrə digər Cavabdeh2 özünə məxsus evi satmaq istəyir. 06 dekabr 2021-ci il tarixdə o da Cavabdeh2 ilə qiymətdə razılaşaraq mübahisə predmeti olan evi qanuni qaydada, yəni notariat orqanında alqı-satqı edərək almışdır. Bundan sonra tərəfindən mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət olunmuş və çıxarış alınmışdır. O, vicdanlı alıcıdır və həmçinin mülkiyyətçidir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh X18 oglunun Xaçmaz rayonunun Sabir kuçəsi, 53 sayli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında 07 iyul 2021-ci il tarixil 2V870 reyestr nömrəsi lie qeydə alınmış şəhadətnamənin etibarsız hesab edilməsini və onun əsasında verilmiş xx.xx.2019cu ii tarixil, **********46-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyat nömrəli çixarışın ləğv edilməsini, cavabdehlər X18 oglu ilə Cavabdeh3 Nəzaralı oglu arasında Xaçmaz şəhəri Sabir kuçəsi 53 sayii fərdi yaşayış evinə dair 06 dekabr 2021-ci il tarixll, AN 21005126 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Xaçmaz şəhəri Sabir kuçəsl 53 sayli fərdi yaşayış evinə dair xx.xx.2021-ci ii tarixll, ********** nömreii çıxarışın ləğv edilməsini xahiş edir. Sədrəddinlə Zahid arasında evin alqısatqısı barədə 2024-cü ilin noyabr ayında uzaq tanıdığı adamlardan eşitmişdir, sonra maraqlanmış, evi satması təsdiqlənmişdir. Özləri deyib kirayə veriblər, fikirləşmişlər ki, elə şey ola bilməz ki, satarlar və kirayə qalarlar. Sonra dəqiqləşdirmişlər ki, həqiqətən evi satıblar və kirayə qalırlar. Keçən məhkəmə iclaslarında iddiaçı dindirilib. Forma 2-dən də görünür ki, iddiaçı mirası nə faktiki yaşamaqla, nə digər hərəkətlər etməklə qəbul etməyib. 2023-cü ilin dekabr ayınadək mirasın qəbulu ilə bağlı mübahisələrdə mirasın faktiki qəbulu məsələsinə hüquqi qiymət verilirdi. Cavabdeh miras əmlakı orada yaşamaqla faktiki qəbul edib. İcra Hakimiyyətinin də rəsmi arayışı var ki, mirası faktiki olaraq cavabdeh qəbul edib və bunun əsasında cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. İddiaçı həmin arayışı inzibati qaydada mübahisələndirməyib. İddiaçının tələblərindən xx.xx.2019-cu ii tarixil, **********46-10301 reyestr nömrəli, ********** nömrəli qeydiyyat nömrəli çixarışın ləğv edilməsi isə İnzibati məhkəmənin səlahiyyətinə aid məsələdir. Cavabdehlər X18 oglu ilə Cavabdeh3 Nəzaralı oglu arasında Xaçmaz şəhəri Sabir kuçəsi 53 sayii fərdi yaşayış evinə dair 06 dekabr 2021-ci il tarixll, AN 21005126 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edir. Çünki iddiaçı həmin tələbinə dair münasibətdə 1 illlik iddia müddətini ötürmüşdür. Həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün kəsici müddət müəyyən edilib və iddiaçı tərəfindən həmin müddət də ötürülüb. Qeyd olunalarla əlaqədar, həmçinin iddiaçının mirası nə faktiki olaraq, nə də notariat kontoruna ərizə ilə müraciət etməklə qəbul etmədiyi nəzərə alınmaqla, iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək alqı-satqı müqaviləsinə dair bir illik kəsici iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin halları: -iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri Sabir küçəsində yerləşən 2 mərtəbəli 3 otaqlı yaşayış sahəsi 52-2 kv.metr, faydalı sahəsi 70,7 kv.metr, saman kərpicdən tikilmiş, üstü şifer olan 53 nömrəli fərdi yaşayış evi şərikli 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında və şəxsi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında X21 və oğlu Cavabdeh2 adına qeydə alınmışdır. -İş materiallarında olan 02 mart 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, ünvan 2-də yaşayan X21 özünə məxsus olan Xaçmaz şəhəri Sabir küçəsində yerləşən 53 nömrəli şəxsi evinin özünə çatası hissəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. -İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X6 xx.xx.1989-cu ildə, X21 xx.xx.2006-cı il tarixdə vəfat etmişlər. -İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X7 xx.xx.1954-cü ildə, X12 xx.xx.1959-cu ildə, X16 xx.xx.1956-cı ildə, Cavabdeh2 xx.xx.1960-cı ildə anadan olmuşdur. X1, anaları X21 qeyd edilmişdir. -İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, 0.03 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.30 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh2, ½ hissədə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İş materiallarında olan Cavabdeh2 Xaçmaz notariat kontoruna yazdığı ərizəsindən görünür ki, ünvan 1 ünvanında yaşamış anası X21 xx.xx.2006-cı ildə vəfat etmişdir. Miras əmlak ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və evdən ibarətdir. Ondan başqa vərəsələri yoxdur. -İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli 245 nömrəli arayışından müəyyən olunur ki, X3 şəhəri M.Ə.Sabir küçəsi ev 53 ünvanında yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İƏD üzrə nümayəndəlikdə olan məlumata görə ailə üzvləri haqqında aşağıdakı məlumatlar vardır. Cavabdeh2. Ölümündən sonra sonra evi və təsərrüfatı Cavabdeh2 idarə edir. -İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-870 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2019-cu il tarixdə X15 verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. -İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X10 arasında nikah xx.xx.1986-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın Üzeyirova soyadını qəbul etmişdir. -İş materiallarında olan X4 Xaçmaz notariat konroruna yazdığı ərizəsindən görünür ki, əri Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və fərdi yaşayış evinin satılmasına heç bir etirazi yoxdur. -İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 127.3 kv.metr olan fərdi yaşayış evini Cavabdeh3 satmışdır. -İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İş materiallarında olan fərdi yaşayış evinə dair texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh3 adına texniki pasport işlənmişdir. -İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X33 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz şəhəri ərazisində yerləşən mərhum X15 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33n 5 saylı Xaçmaz Ərazi idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticədə fərdi yaşayış evi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 327-ci maddəsinə əsasən Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmənin mövqeyi: Beləliklə də, işin faktiki hallarından və tərəflərin izahatlarından aşağıdakılar müəyyən olunur: ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evin ½ payı X21, digər ½ payı isə oğlu Cavabdeh2 (cavabdeh) məxsus olmuşdur. Gözəl İmamova 2006-cı ildə sağ ikən daşınmaz əmlakdan özünə çatası payını nəvəsi İddiaçı (iddiaçı) vəsiyyətnamə üzrə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə qüvvədədir, etibarsız hesab olunmamış və ləğv edilməmişdir. Gözəl İmamova öldükdən sonra oğlu Cavabdeh2 (cavabdeh) notariat ofisinə müraciət edərək vəsiyyətnamənin mövcudluğu barədə notariusa məlumat vermədən, habelə ölmüş adamın yeganə varisi olduğunu bildirməklə (yazılı ərizəsi var) X11 ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evin ½ payına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Daha sonra cavabdeh sözügedən fərdi yaşayış evini tam olaraq öz adına rəsmiləşdirmiş və Cavabdeh3 notarial qaydada satmışdır. Göründüyü kimi, İddiaçı adına vəsiyyətnamə ola-ola cavabdeh notariat ofisinə müraciət edərək, tək vərəsə olduğunu bildirmiş, Notariat Ofisinin notariusu Firdovsi Məmmədov isə qanunsuz olaraq Cavabdeh2 adına Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Məhkəmənin xüsusi diqqətini çəkən məqam odur ki, X11 xx.xx.2006-cı il tarixli vəsiyyətnaməsi və Cavabdeh2 xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi eyni notarius, yəni Firdovsi Məmmədov tərəfindən təsdiq edilmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 105-ci bəndində əsasən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Bu isə o deməkdir ki, Xaçmaz rayonunun notariusu işləmiş Firdovsi X2 2006-cı ildə nəvəsi Həmidə verdiyi vəsiyyətnamədən xəbərdar olmasına və ya olmalı olduğuna baxmayaraq, 2021-ci ildə vəsiyyət üzrə vərəsənin hüquqlarını kobud şəkildə pozmaqla X11 miras payına dair Cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bundan başqa, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bir il kəsici müddətin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı bildirir ki, iddia müddəti tətbiq edilməsi qanunsuzdur. İddia tələbindən və işin hallarından görünür ki, iddiaçının cavabdehə qarşı olan mübahisəsi vərəsəliklə bağlıdır. Birinci Cavabdeh2 və Xaçmaz rayonu Notariat Ofisinin keçmiş notariusu Firdovsi Məmmədovun qanunsuz əməlləri nəticəsində iddiaçının vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi iddia tələbi ilk öncə cavabdehin adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və müvafiq çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. Bu tələblər əsaslı hesab olunacağı təqdirdə sonra hüquqi nəticələr, yəni Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ikinci cavabdehin adına çıxarışın verilməsi də, etibarsız hesab edilməlidir. Ona görə də, hazırki iddia tələbinə qarşı iki cavabdeh arasında bağlandığı alqı-satqı müqaviləsinə dair bir illik kəsici müddətin tətbiq edilməsi düzgün deyil. Belə olan halda, Xaçmaz rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-870 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə hesab edir ki, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Xaçmaz rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-870 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli, **********46-10301 nömrəli reyestri ilə, ********** nömrəli qeydiyyat nömrəsi çıxarış ləğv edilsin. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.30 kv.metr olan fərdi yaşayış evinə dair bağlanmış AN-İ № seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-745/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-745/2025
11.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver