Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-746/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə ilə əlaqəli 15 may 2024-cü tarixli, 2V-458 reyestr nömrəli qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşamış mərhum anası X32, ölən gününə qədər özünə məxsus olmuş bütün daşınar və daşınmaz əmlaklarını ona (Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan İddiaçı) vəsiyyət etmiş, başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir (Cavabdehndə qeydə alınmış 02 avqust 2022-ci il tarixli, 8/7761 reyestr nömrəli vəsiyyətnamə). Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşamış mərhum anası X23 ölümündən sonra miras qalmış Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini - mirası qəbul edərək əmlaka sahiblik etmişdir və bu barədə ərizə ilə 22 may 2023-cü il tarixdə Cavabdehnə müraciət etmişdir. Həmin ərizəsi 22 may 2023-cü il tarixdə 8/5862 reyestr nömrə ilə qeydə alınmışdır. Mərhum anası X23 ölümündən sonra miras qalmış bütün daşınar və daşınmaz əmlaklar vərəsələrdən yalnız ona məxsusdur. Lakin, Cavabdeh qanunla qorunan onun vərəsəlik və mülkiyyət hüququnu pozaraq miras əmlakın 1/6 hissədə payını ona ayırmışdır (15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”). Cavabdeh həmin qanunazidd hərəkətləri barədə məlumatsız olmuşdur. Vərəsələr arasında mübahisə olmamışdır, notariusun qanusuz hərəkətləri ona bildirilməyib. Həmin məlumatı müraciəti ilə bağlı əldə etdiyi, notariusun 28 iyun 2024-cü il tarixli, № X-759 nömrəli məktubundan bilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə ilə əlaqəli 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli qeyd ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 12 ildir anası onunla yaşayıb, 3 il xəstə olub, anasına özü baxıb. Atasının birinci ailəsindən 2 övladı olub, 2-ci dəfə anası ilə evlənib, 3 övladdırlar. Anası sağlığında heç bir övladından qayğı, baxım görməyib, ona özü baxıb, həkimə, əməliyyata aparıb, müalicəsi üçün çətinliklə pul çatdırıb. Anasının vəfatından sonra yas mərasimini özü keçirib. Anasının əziyyətini çəkdiyi üçün anası evdən öz payını ona vəsiyyət edib, notariusda vəsiyyətnamə yazaraq bütün daşınar və daşınmaz əmlaklarını ona verib və digər vərəsələri mirasdan məhrum edib. X2 mart ayının 11-də anasının verdiyi vəsiyyətnaməyə anasının xəbəri olmadan başqa sənədlərin içində qol çəkdiriblər. Anası yataq xəstəsi idi, heç nə bilmirdi. Atası bankda 12000 manat pul qoyub. Anasının vəsiyyətnaməsinə baxmayaraq xəbərdarlıq olunmadan 3/6 payı qardaşına, 1/6 payı isə ona verilib. Qardaşına vəsiyyətnamə mart ayında verilib, ona isə vəsiyyətnamə avqust ayında verilmişdir. Atasının bankda 12000 manat pulu var. 3 övlad arasında razılıq yoxdur. Qardaşı Kərim digərlərindən sənəd alıb, payını alıb. Notarius düzgün olmayaraq qardaşına 3/6 pay, ona isə 1/6 pay verib, əslində 3/6 pay ona verilməli idi. Digərləri ata payını qardaşına verib. Ata payını verə bilərlər, lakin ana payı onundur. İddia ərizəsində göstərdiyi kimi, Cavabdeh tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V- 458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, həmin şəhadətnamə ilə əlaqəli 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli qeydin ləğv edilməsini istəyir. İddia tələbini dəyişmək fikri yoxdur. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli X- 519 saylı arayışda qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakı X14, X11, X19, X32 və İddiaçı notariat ofisinə ərizə verərək qəbul etmişlər və onların hər birinə 1/6 hissədə miras əmlakından pay ayrılmışdır. X5 tərəfindən notariat ofisinə ər-arvadın birgə nigah dövründə əldə olunmuş əmlakına dair şəhadətnamənin verilməsi barədə hər hansı bir müraciəti daxil olmamışdır. Əsli Ağammədova xx.xx.2023cü ildə vəfat etmişdir. Bunun nəticəsində İddiaçı notariat ofisinə müraciət edərək anası Əsli Ağammədovadan ona vəsiyyətnamənin qoyulduğu bildirilmiş və mərhum Əsli Ağammədova ilə Qəribşah Ağammədovun birgə nigah dövründə əldə etdikləri əmlakın bölünərək ½ hissədə ona pay verilməsini tələb etmişdir. Bunun hər iki tərəfin vəfat etməsi və sağlıqlarında bu məsələ ilə bağlı heç bir müraciətin olunmadığı İddiaçı izah edilmişdir. Həmçinin İddiaçı izah edilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. xx.xx.2023cü ildə vəfat etmiş X20 miras qalmış əmlaka dair vərəsəliyin qəbulu barədə X14, İddiaçı və X24 notariat ofisinə müraciət etmişlər və onların müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin hər hansı bir vərəsəyə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmçinin X1 Əsli Qadaş qızı tərəfindən İddiaçı adına qoyduğu vəsiyyətnamənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Notariat hərəkətləri aparılan zaman qanunvericiliyin tələblərinin pozulmadığı bildirilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 16.12.2021-ci il tarixli nikah haqqında Arayışdan müəyyən olunur ki, X25 ilə X26 xx.xx.1974-cü idə evlənmişlər. Qadın nikahdan sonra Ağammədova soyadını qəbul etmişdir. - doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X24 xx.xx.1980-cı ildə anadan olmuş, atası X25, anası X21r. - doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X14 xx.xx.1978-ci ildə anadan olmuş, atası X25, anası X21r. - doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X19 xx.xx.1970-ci ildə anadan olmuş, atası X25, anası X21r. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 55 saylı arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş X15 ailə üzvləri - X11, X19, X14, X24 və İddiaçıdır. Vəfatından sonra evi və təsərrüfatı X24 idarə edir. - Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 63 saylı arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yaşamış və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 ailə üzvləri X17-1980, Mustafayeva (Ağaməmmədova) Aybəniz Qəribşah qızı-1985, Məmmədova (Ağaməmmədova) Simuzər Qəribşah qızı-1978 olmaqla vəfatından sonra evi və təsərrüfatı X17 idarə edir. - xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan X32 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan X13 vəsiyyət edir. Başqa vərəsələrini vərəsəlikdən məhrum etmişdir. - xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan X32 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan İddiaçı vəsiyyət edir. Başqa vərəsələrini vərəsəlikdən məhrum etmişdir. - xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X32 vəsiyyətnamə ilə ölən günədək özünə məxsus olmuş bütün daşınar və daşınmaz əmlaklarını qızı - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan İddiaçı vəsiyyət etmiş, başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. - "xxxx" ASC-nin 1 saylı Notariat kontoruna ünvanladığı 17 iyul 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü, xx.xx.2021-ci ildə vəfat etmiş X15 "xxxx" ASC-nin Xaçmaz filialında əmanət hesabı mövcuddur. Hal-hazırda həmin hesabda 12000 manat vəsait mövcuddur. - X12 Xaçmaz rayon 1 saylı notariat ofisinə yazdığı xx.xx.2022ci il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış atası X10 miras qalmış əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - İddiaçı Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış atası X10 miras qalmış əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - X23 Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2022ci il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış əri X10 qalmış miras əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - X4 Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış atası X10 miras qalmış əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - X7 Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış atası X10 miras qalmış əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - X6 Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış atası X10 miras qalmış əmlak bütün əmlakdan ibarətdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli Miras payın bağışlanması haqqında müqavildədn müəyyən olunur ki, X11 və X19 ataları X10 miras qalmış bütün əmlakdan onlara düşən paylarını qardaşları X13 bağışlayırlar və əmlakı qiymətləndirmirlər. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X15 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan X24 (AZE15272308, xx.xx.2015 - Xaçmaz, FİN:4K0U4N1, d/t:xx.xx.1980) miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: X15 "xxxx" ASC-nin Xaçmaz filialında **********129AZM45 saylı Əmanət hesabındakı 12000 (on iki min) manat pul vəsaitindən ibarətdir. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanında qeydiyyatda olan X24 (AZE15272308, xx.xx.2015 - Xaçmaz, FİN:4K0U4N1, d/t:xx.xx.1980) miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: X15 "xxxx" ASC-nin Xaçmaz filialında olan **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitindən ibarətdir. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X15 vərəsələri: uşaqları - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanında qeydiyyatda olan X14 (AZE13548574, xx.xx.2013 - Xaçmaz, FİN:4JLS4GN, d/t:xx.xx.1978), Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Xaçmaz RPŞ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1985) hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" ASC-nin Xaçmaz filialı tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş Xaç/06 saylı məktuba əsasən 12000 manat AZN vəsaitdən ibarətdir. - İddiaçı Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2023-cü ildə Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan anası X32 ölmüşdür. Mirasın tərkibi bütün daşınar və daşınmaz əmlakını ondan irs qalmış mirası qəbul edir. Mirasın tərkibinə daxil olan bütün daşınar və daşınmaz əmlakından ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. - X12 Xaçmaz rayon 1 saylı notariat ofisində yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2023-cü ildə Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yaşayan anası X32 ölmüşdür. Mirasın tərkibi bütün daşınar və daşınmaz əmlakını ondan irs qalmış mirası qəbul edir. Mirasın tərkibinə daxil olan bütün daşınar və daşınmaz əmlakından ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. - İddiaçı Xaçmaz rayon Notariat Kontoruna ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, atası Qəribşah Ağammədovun anası Ağammədova Əsli ilə birgə nigah dövründə əldə olunmuş nəqliyyat vasitəsi və bankda qoyulmuş pul məbləği mövcuddur. X34 vəfatından sonra onun adına vəsiyyətnamə qoymuş, anası ilə atasının birgə nikah dövründə əldə edilmiş əmlaka dair 1/2 hissədə şəhadətnamə verilməsini xahiş edir. Notarius tərəfindən ona şifahi olaraq təklif edilmiş pay bölgüsü ilə razı deyil. - Xaçmaz rayon 1 saylı notariat ofisinin X13 ünvanladığı 19 may 2023-cü il tarixli № X-609 saylı məktubundan müəyyən olunur ki, onun, Xaçmaz rayon 1 saylı notariat ofisinə 21 noyabr 2021-ci ildə vəfat etmiş X10 və 03 may 2023-cü ildə vəfat etmiş X20 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. X15 və X23 mirası qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər təklif edilmiş pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Həmçinin mirası qəbul etmiş İddiaçı notariat ofisinə müraciət edərək X25 ilə X23 birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraçiət etmək hüququ izah olunur. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüquqlarının müəyyən olunması və vərəsəlik üzrə pay bölgüsünün aparılaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur. - Xaçmaz rayon 1 saylı notariat ofisinin İddiaçı ünvanladığı 22 may 2023-cü il tarixli № X- 607 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinə 21 noyabr 2021-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və X15 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X32 ilə birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. Bildirilir ki, X15 mirası qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər təklif edilmiş pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci məddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Həmçinin notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. Bu səbəbdən birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüquqlarının müəyyən olunması və vərəsəlik üzrə pay bölgüsünün aparılaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur. - ünvan 7 ünvanladığı 21 iyun 2023cü il tarixli № X-724 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X23 vəfatından sonra miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X12 müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlər əsasında vəfat etmiş şəxsin adına vərəsəlik işi açılaraq müvafiq qeydiyyat aparılmışdır. Vəsiyyətnamə üzrə vərəsə İddiaçı notariat ofisinə müraciət edərək X25 ilə X23 birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə yə yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsinin icraatında olan 2(067)-1436/2023 saylı mülki iş üzrə icraatın yenilənməsi xahiş olunur. Əlavə olaraq bildirilir ki, X24 və İddiaçı X23 vərəsələri sırasına daxildirlər. - xx.xx.2024-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X15 vərəsələri: qızı - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - XAÇMAZ RPŞ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1985) miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" ASC-nin Xaçmaz filialında olan **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitindən ibarətdir. - xx.xx.2024-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X15 vərəsələri: oğlu - Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanında qeydiyyatda olan X24 (AZE15272308, xx.xx.2015 - Xaçmaz, FİN:4K0U4N1 d/t:xx.xx.1980) və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" ASC-nin Xaçmaz filialında olan **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitindən ibarətdir. - Xaçmaz rayon 1 saylı notariat ofisinin İddiaçı ünvanladığı 28 iyun 2024-cü il tarixli X- 759 saylıməktubunda bildirilir ki, 21 noyabr 2021-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka dair ona 1/6 hissədə pay ayrılmışdır. Bununla bağlı Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli 2V-1416 və xx.xx.2024-cü il tarixli 2V-458 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik şəhadətnaməsi verilən zaman o, şəxsən notariat ofisində olmuş və ona ayrılmış paya dair vərəsəlik şəhadətnaməsini almışdır. Həmçinin Xaçmaz rayon 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X32 ilə birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciəti daxil olmuş və bu müraciət əsasında vərəsəlik işi açılmışdır. Bununla bağlı bildirilir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1436/2023 saylı qərardadından görünür ki, işdə tərəf olan X32 öldüyündən mülki işin icraatı dayandırılmışdır. - İddiaçı Xaçmaz Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, о, xx.xx.2023-cü il tarixdə iddiaçılardan anası X16 vəfat etməsini göstərərək iddia ərizəsini baxılmamış saxlamaqla əlavə olunmuş sənədləri ona geri qaytarılmasını xahiş etmişdir. - Xaçmaz Rayon Məhkəməsi tərəfindən Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X22 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı X23 və İddiaçı cavabdeh X13 qarşı "Payların müəyyən edilməsi və mirasın bölünməsi tələbi"nə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin icraatında eyni tərəflər arasında həmin mülki işdən başqa iş yoxdur. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1436/2023 saylı qərardadından görünür ki, İddiaçı vəsatəti əsasında onun və iddiaçı X23 cavabdeh X13 qarşı "Payların müəyyən edilməsi və mirasın bölünməsi tələbi"nə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Мəhkəmə araşdırması zamanı müəyyən olundu ki, X25 ilə Rəcəbəliyeva (nikahdan sonra Ağammədova) Əsli Qadaş qızı xx.xx.1974-cü ildə nikahları qeyd edilmiş, bu nikahdan X24, X14 və İddiaçı anadan olmuşlar. X15 əvvəlki nikahından isə X11 və X19 adlı övladları anadan olmuşdur. İş materiallarından görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfatndan sonra "xxxx" ASC-nin Xaçmaz filialında **********129AZM45 saylı Əmanət hesabında 12000 manat vəsait və **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 manat pul vəsaiti miras qalmışdır. X15 yaşadığı Xaçmaz şəhəri, R.Sadıqov küçəsi ev 95 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi (mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmayıb) miras əmlak kimi göstərilmişdir. X15 vəfatından sonra X24 xx.xx.2022-ci il tarixdə, X32 və İddiaçı xx.xx.2022-ci il tarixdə, X11 xx.xx.2022-co il tarixdə, X14 xx.xx.2022-ci il tarixdə, X19 xx.xx.2022-ci il tarixdə mərhumdan qalmış miras əmlakа dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə X11 və X19 ataları X10 qalmış bütün əmlakdan onlara düşən paylarını qardaşları X13 bağışlamışlar. İş materiallarından görünür ki, X32 ilə İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X25 ilə X23 birgə nikah dövründə əldə edilmiş "xxxx"da saxlanılan 13372.35 manat pul vəsaitindən ½ hissədə X23 payının müəyyən edilməsi, qalan ½ hissəsindən mərhum X15 qəbir daşına vərəsələrdən İddiaçı tərəfindən xərclənmiş 1400 manat pulun onun xeyrinə çıxmaqla, qalan hissəsinin mərhumun birinci növbəli vərəsələri olan X32, İddiaçı, X24, X14, X19 və X11 arasında bərabər hissələrdə bölüşdürülməsi barədə qətnamə çıxarılması barədə məhkəmədə birgə iddia qaldırmışlar. X32 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu əsasla da məhkəmənin xx.xx.2023-cü il tarixli 2(067)- 1436/2023 saylı qırardadı ilə işin icraatı dayandırılmışdır. Sonradan İddiaçı Xaçmaz Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İş materiallarında olan X23 xx.xx.2023-cü il tarixdə vəfatından sonra X12 adına verilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərdən görünür ki, Ağammədov Qəribşah Əmir oğlunun "xxxx" ASC-nin Xaçmaz filialında **********129AZM45 saylı Əmanət hesabındakı 12000 (on iki min) manat pul vəsaitindən və **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitindən pay almalıdır. xx.xx.2023-cü il tarixdə isə X14 və İddiaçı adlarına verilmiş “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X15 "xxxx" ASC-nin Xaçmaz filialında **********129AZM45 saylı Əmanət hesabındakı 12000 (on iki min) manat pul vəsaitindən hər biri 1/6 hissədə irs almalıdır. xx.xx.2024-cü il tarixdə İddiaçı adına verilmiş “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən gprünür ki, o X15 "xxxx" ASC-nin Xaçmaz filialında **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitindən 1/6 hissədə irs almalıdır. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X23 vəfatından sonra miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X12 Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciətləri daxil olmuşdur. Daxil olmuş müraciətlər əsasında vəfat etmiş şəxsin adına vərəsəlik işi açılaraq müvafiq qeydiyyat aparılmışdır. Lakin Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən X13 ünvanladığı 19 may 2023-cü il tarixli, İddiaçı ünvanladığı 22 may 2023-cü il və 28 iyun 2024-cü il tarixli məktublarda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 121-ci bəndinə əsasən onlara məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə də, müəyyən edilmişdir ki, İddiaçı 21 noyabr 2021-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka dair iddiaçıya 1/6 hissədə pay ayrılmаsı və bununla bağlı Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli 2V-458 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini qanunazidd hərəkətlər kimi qiymətləndirərək bu barədə məlumatsız olmasını, həmin məlumatı müraciəti ilə bağlı əldə etdiyi, notariusun 28 iyun 2024-cü il tarixli, № X-759 nömrəli məktubundan bilməsini göstərərək Cavabdeh tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni mübahisələndirmişdir. Tələbin əsası kimi mərhum anasının anasıнын оna Cavabdehndə qeydə alınmış 02 avqust 2022-ci il tarixli, 8/7761 reyestr nömrəli vəsiyyətnamə verildiyi halda Cavabdeh qanunla qorunan onun vərəsəlik və mülkiyyət hüququnu pozaraq miras əmlakın 3/6 hissədə pay əvəzinə 1/6 hissədə payı ona, 3/6 hissədə isə qardaçına ayırmasının qanunsuzluöuna istinad etmişdir. İddiaçı X23 ölümündən sonra miras qalmış bütün daşınar və daşınmaz əmlakların vərəsələrdən yalnız ona məxsus olmasını Cavabdehndə qeydə alınmış 02 avqust 2022ci il tarixli, 8/7761 reyestr nömrəli vəsiyyətnamə ilə əsaslandırmışdır. Buna qədər isə, xx.xx.2021-ci il tarixdə X13 və xx.xx.2021-ci il tarixdə İddiaçı eyni məzmunlu vəsiyyətlər qüvvəsini itirmişlər. Müəyyən edilmişdir ki, X23 İddiaçı verdiyi 02 avqust 2022-ci il tarixli vəsiyyətnamə hazırda qüvvədədir, ləğv edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəliк hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüquqу ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəliк hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. - 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1256-ci maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. - 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. - 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. - 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. - 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Həmçinin qanunvericiliyə əsasən vəsiyyət edən vəsiyyətnamə tərtib etməklə mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlakın özünün ölümündən sonrakı taleyini həll edir. Vəsiyyət edən vəsiyyətnamə tərtib etməklə vərəsələrin bir hissəsini və ya hamısını qanun üzrə vərəsəlikdə onlara çatası payından, gözlənilən mülkiyyətlərindən məhrum edir. Vəsiyyətnamə qanun üzrə vərəsələr və vəsiyyət olunanlar üçün hüquq və vəzifələr yaradır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. İş materiallarından görünür ki, 21 noyabr 2021-ci ildə vəfat etmiş X10 miras qalmış əmlak xx.xx.2023-cü il tarixdə vəfat etmiş X32 ilə birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakları olmuşdur. X15 vəfatından sonra X32 ərindən qalan miras əmlakı qəbul etmək barədə notariata müvafiq ərizə versə də, onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Yuxarıda sadalanan miras əmlaklar olan "xxxx" ASC-nin Xaçmaz filialında olan **********00129AZM45 saylı Əmanət hesabındakı 12000 (on iki min) manat və Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitləri ilə bağlı vərəsələrin adlarına (5 övladdan 3nə) müvafiq şəhadətnamələr verilmişdir. Lakin hazırda iddiaçının mübahisələndirdiyi 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” onun adına verilərkən notariat ofisi "xxxx" ASC-nin Xaçmaz filialında olan **********00129AZM45 saylı Əmanətin faizi üçün nəzərdə tutulmuş plastik kart hesabındakı 1372.35 (bir min üç yüz yetmiş iki manat, otuz beş qəpik) manat pul vəsaitini X10 qalmış miras əmlak kimi qiymətləndirsə də, onun həyat yoldaşı X23 İddiaçı xx.xx.2022-ci il tarixdə vəsiyyətnamə verməsinə diqqət yetirməmişdir. Belə ki, ММ-nin 1133.2-ci maddəsinin tələbləri baxımından iddiaçıya sözügedən miras əmlaka dair şəhadətnamə qanun üzrə deyil, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilməli idi. Başqa sözlə, vəsiyyətnamə nəzərə alınmaqla miras əmlakla bağlı vəsiyyət üzrə vərəsəliklə bağlı qanunvericiliyin tələblərinə riayət olunmalı idi. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, А.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 март 2022-ci il tarixli qərarında həmin iş üzrə 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməli olunması ilə bağlı göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də, maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Hazırki işin materiallarından görünür ki, iddiaçıya iki dəfə xx.xx.2023-cü il tarixli 2V1416 və xx.xx.2024-cü il tarixli 2V-458 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir və Xaçmaz rayon 1 saylı notariat ofisinin İddiaçı ünvanladığı 28 iyun 2024-cü il tarixli məktubunda da notarius sözügedən şəhadətnamələrin verildiyi vaxt onun şəxsən notariat ofisində olmasını və ona ayrılmış paya dair vərəsəlik şəhadətnaməsini almasını göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli 2V-458 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə мülki qanunvericiliyin tələbləri pozulmaqla verilsə də, iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından iki aylıq müddəti ötürdüyü üçün 15 may 2024-cü il tarixli, 2V-458 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi ilə bağlı mübahisə açmaq hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-746/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-746/2025
28.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver