Məhkəmə qərarları › İş №2(067)-762/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-762/2025

27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-762/2025 27.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz Rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiya qərarının və xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 216 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 1rclər onun adına gəlir. Evdə sayğacın güya ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması barədə Cavabdehın əməkdaşları xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 216 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda yerləşir onun heç nədən xəbər olmayıb, sayğaca hər hansı müdaxilə etməyib. Bunu Cavabdeh idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-yə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırırlar. O, hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəldi ki, onun Cavabdeh İB-yə 216 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər, heç bir əlavə istifadə olunmayıb. O, bu borcla bağlı Cavabdeh İB X3 İstismar İdarəsinə müraciət etsə də, əsassız yazılan borc silinməyib. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin gəlməmələrinin səbəblərini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB-yə qarşı 216 manat cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh İy-nə qarşı eyni cərimə borcunun silinməsi tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Ona görə də, “borcun slinməsi” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh İy-nə qarşı borcun silinməsnə dair mülki iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat məbləğində borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar