Məhkəmə qərarları › İş №2(067)-768/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-768/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-768/2021 18.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nın Xaçmaz rayon şöbəsi və Dövlət Yerquluşu Layihə İnstitutu tərəfindən xx.xx.1998-ci il tarixdə valideyinləri X1 və anası X2 adna verilmiş JN-0043 nömrəli, 30223058 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının xx.xx.2007-ci il tarixdə vəfat etmiş anası X4 da məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası X3 və anası X4 Xaçmaz rayonunun Şərif-oba kəndində cəmi 1,20 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onun atası xx.xx.1998-ci ildə, anası isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra miras qalan əmlaka mülkiyyət hüququna dair çıxarış almaq istəyir. X12 anasının atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli yazıldığına görə yeni mülkiyyət sənədini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ala bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, torpaq sahəsi 1998-ci ildən onun istifadəsindədir. O, notariat kontoruna vərəsəliklə bağlı müraciət etmiş, amma ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Anasının doğum haqqında şəhadətnaməsinin harada olduğunu bilmir. Qonşusu olan şahid X9 onun ərizəsində göstərdiyi halların təsdiq edə bilər. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 izahatında göstərmişdir ki, O, Ərizəçi həmkəndlisi və qonşusudur. Xaçmaz rayonunun Şərif-oba kəndində yerləşən cəmi 1,20 ha pay torpaq sahəsi 1998-ci ildən Ərizəçi istifadəsindədir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X5 ilə X2 arasında xx.xx.1958-ci il tarixdə nikah qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Şərif-oba kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktından müəyyən olunur ki, X1 və X2 mülkiyyətinə Xaçmaz rayonunun Şərif-oba kəndində cəmi 1,20 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktından müəyyən olunur ki, X2 atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 116082 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kəndində vəfat eytmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 116103 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2007-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kəndində vəfat etmişdir. İş materiallarında olan Ərizəçi Xaçmaz rayonu 1 saylı Notariat ofisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, Xaçmaz rayonunun Şərif-oba kəndində yerləşən 1,20 ha pay torpaq sahəsinə dair qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, mərhum X2 atasının adı Bəyəhməd əvəzinə səhvən Beyəli kimi qeyd edildiyindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçi JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktında düzəliş edilməsi üçün müraciət etmiş, ona uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 1928-ci ildən 1998-ci ilə kimi Xaçmaz rayonunun Şərif-oba kəndində yaşamış və vəfatından sonra onun evini və təsərrüfatını oğlu Ərizəçi idarə edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 2007-ci ilə kimi Xaçmaz rayonunun Şərif-oba kəndində yaşamışdır və vəfatından sonra onun evini və təsərrüfatını oğlu Ərizəçi idarə edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçiər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi tərəfindən JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktının anası X4 verilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı ərizəçi tərəfindən anası X2 doğum haqqında şəhadətnaməsi və ya bu barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsinin müvafiq çıxarışı məhkəməyə təqdim edilmədiyindən anasının ata adının “Bəyəhməd” və ya “Beyəli” olmasının müəyyən edilməsi qeyrimümkündür. Buna görə də, məhkəmə hesab edir ki, JN-0043 seriyalı 30223058 kodlu Dövlət Aktının ərizəçinin anasına məxsus olub-olmaması iş materiallarından müəyyən edilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə ərizənin təmin edilməməli olduğunu hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilməsin.edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar