Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-773/2022 25.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN- 902 F saylı, 30202004 kodlu torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər hüquq sahibləri ilə yanaşı o-Ərizəçi məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi əsaslandıraraq bildirmişdir ki, ərizəsini müdafiə edir. JN- 902 F seriyalı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı səhvən Talıbova kimi göstərilib. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. JN-902 F seriyalı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan digər paylı mülkiyyətçilər atası və qızıdır. O, torpaq sahəsini qızının adına keçirmək istəyir, ona görə hazırkı ərizəni vemişdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və işdə olan sənədlərdən müəyyən etmişdir ki, ərizə MPM-nin 149cu maddəsinə riayət edilmədən verilmişdir və ərizəçi həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə və iş materiallarından müəyyən olunur ki, ərizəçi ərizəsində həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu qeyd etməmiş, həmçinin ərizəni əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat (Qəbz №-si 857912162, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-773/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-773/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver