Məhkəmə qərarları › İş №2(067)-80/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-80/2021

11.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-80/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz vəsaiti hesabına sökülməsi və qeyd olunan 0,06 ha torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən geri alınıb onun istifadəsinə qaytarılması, habelə dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi vardır. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına tutaraq orada tikinti işləri aparmış və hazırda tikinti işlərini davam etdirir. Bununla əlaqədar tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehə tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də sonuncu onun sözlərinə məhəl qoymamış və tikinti işlərini davam etdirməkdədir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə iddia qaldırdıqdan sonra iş üzrə ekspertiza təyin edilmiş və ekspertlər tərəfindən mübahiəsili əraziyə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsini tutaraq orada tikinti işləri aparmışdır və bu barədə müvafiq rəy verilmişdir. Göstərilənlərə əsasən iddiasının əsaslı olduğundan təmin edilməsini, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz vəsaiti hesabına sökülməsi və qeyd olunan 0,06 ha torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən geri alınıb onun istifadəsinə qaytarılması, habelə dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi 2012-ci ildən hal-hazıra kimi onun istifadəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi ona atasından qalmış torpaq sahəsidir. Həmin ərazidə 10 sota yaxın torpaq sahəsi vardır. O, istifadəsində olan torpaq sahəsinə dair aidiyyatı orqanlara müraciət edərək ilkin sənədləri əldə etsə də maddi imkansızlığından mülkiyyət sənədi ala bilməmişdir. İddiaçı ondan torpaq sahəsini qanunsuz tələb edir. O, iddiaçının torpaq sahəsində tikinti işləri aparmamışdır. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməliidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli, A seriyalı, 098331 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə aid 0,06 ha həyətyanı torpaq sahəsinin planı və ölçüləri müəyyən edilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən «FAME PRO» MMC-nin mütəxəssisləri mübahisəli əraziyə yerində baxış keçirmişlər. İş materiallarında olan baxışın nəticəsinə dair «FAME PRO» MMC-nin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 01/475 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, məhkəmənin qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları plana alınaraq elektron baza və xəritə üzərində dəqiqləşdirilmişdir. Araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: 1) RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur. (Xəritə 1) 2) Cavabdeh şifahi izah zamanı dövlət tərəfindən ona ayrılan (bununla bağlı mütəxəssislərə torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir) 0.02 ha torpaq sahəsini faktiki olaraq istifadə etdiyini, üzərində tikinti işlərinin apardığını və aidiyyatı orqanların ona etdiyi xəbərdarlıqdan sonra aparılan tikinti işlərini dayandırdığını bildirmişdir. İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0.02 ha hissəsi Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal- Qərbdən Cənub-Şərqə 13.96 metr, Şimal- Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub- Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla faktiki olaraq cavabdeh tərəfindən istifadə edilir. Sözü gedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilmiş və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsi daş hasara alınmışdır. (Bax: Cavabdeh tərəfindən tikilmiş yarımtikılınin şəkilləri, səh 7) İş materiallarında olan FAME PRO» MMC-nin verdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimov tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/3372 saylı rəyin nəticə hissəsindən görünür ki, “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 01/475 №-li mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur. Cavabdeh şifahi izah zamanı dövlət tərəfindən ona ayrılan (bununla bağlı mütəxəssislərə torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir) 0,02 ha torpaq sahəsini faktiki olaraq istifadə etdiiyini, üzərində tikinti işlərinin aparıldığını və aidiyyəti orqanların ona etdiyi xəbərdarlıqdan sonra aparılan tikinti işlərini dayandırdığını bildirmişdir. İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsi Xəritə 2 də göstərilən forma və Cədvəl 1 də qeyd olunan ölçülər daxilində, yəni Cənub-Qərbdən Şimal-Şərqə 14,32 metr, Şimal- Qərbdən Cənub-Şərqə 13,96 metr, Şimal-Şərqdən Cənub-Qərbə 14,32 metr, Cənub- Şərqdən Şimal-Qərbə 13,96 metr olmaqla faktiki olaraq cavabdeh tərəfindən istifadə edilir. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilmiş və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsi daş hasara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsini Cavabdeh özbaşına tutaraq orada tikinti işləri aparmış və hazırda tikinti işlərini davam etdirir. Cavabdehə tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də sonuncu onun sözlərinə məhəl qoymamış və tikinti işlərini davam etdirməkdədir. Bununla əlaqədar tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi 2012-ci ildən hal-hazıra kimi onun istifadəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi ona atasından qalmış torpaq sahəsidir. Həmin ərazidə 10 sota yaxın torpaq sahəsi vardır. O, istifadəsində olan torpaq sahəsinə dair aidiyyatı orqanlara müraciət edərək ilkin sənədləri əldə etsə də maddi imkansızlığından mülkiyyət sənədi ala bilməmişdir. İddiaçı ondan torpaq sahəsini qanunsuz tələb edir. O, iddiaçının torpaq sahəsində tikinti işləri aparmamışdır. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir.. Göründüyü kimi bu zaman İddiaçı üzərinə Cavabdeh onun xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsini özbaşına tutaraq orada tikinti işləri aparması, sonuncuya tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də onun sözlərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirməsini sübutetmə yükü düşür. Əksinə olaraq, cavabdehin üzərinə iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparmaması, istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğunu, iddiaçının ondan ondan torpaq sahəsini qanunsuz tələb etdiyini sübutetmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdür ki, iddiaçının mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilmiş və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsi daş hasara alınmışdır Beləliklə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materialları ilə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə aid iddiaçının mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsinin faktiki olaraq qanunsuz olaraq istifadə olunması, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilməsi və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsinin daş hasara alınması halı öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı Cavabdeh iddiaçı İddiaçı məxsus torpaq sahəsində tikinti işləri aparmaması, istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğunu, iddiaçının ondan ondan torpaq sahəsini qanunsuz tələb etdiyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, xx xxxxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həmin torpaq sahəsinin planı və sərhədləri müəyyən edilmiş, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində müvafiq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş 5x6 metr ölçüdə 1 otaqlı tikili və əlavə olaraq 6x5 metr ölçüdə daş hasar cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin 0.02 ha hissəsi (Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal-Qərbdən Cənub-Şərqə 13.96 metr, Şimal- Şərqdən Cənub- Qərbə 14.32 metr, Cənub-Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla) cavabdehin qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla torpaq sahəsi boşaldılmalı, eləcə də iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdeh Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34 CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ :

İddia qismən təmin edilsin.

1. RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş 5x6 metr ölçüdə 1 otaqlı tikili və əlavə olaraq 6x5 metr ölçüdə daş hasar cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin 0.02 ha hissəsi (Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində, yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal-Qərbdən Cənub-Şərqə 13.96 metr, Şimal-Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub-Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla) cavabdehin qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla torpaq sahəsi boşaldılsın.

2. İddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin.

3. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar