Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-842/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 və digər hüquq sahiblərinin adına verilmiş JN-2703 seriyalı, 30209018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında, dövlət aktında adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə (yanaşı) 26 mart 2003-cü il tarixdə vəfat etmiş X4 da məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən onun və digər hüquq subyekinin mülkiyyətinə Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən 1,16 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına JN- 2703 seriyalı, 30209018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında mərhum atası xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 ata adı “Hacıəhməd” olduğu halda səhvən “Haçməmməd” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-2703 seriyalı, 30209018 kodlu dövlət aktında xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 ata adı səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Sənədilərində olan səhv onun səhvi deyil, o səhvi dövlətin nümayəndəsi edib, o bu səhvi düzəltmək iqtidarında deyiləm. Dövlət nümayəndəsinin səhvinə görə o əziyyət çəkir, idarələri gəzir. Şəhadətnamədə olan səhvə görə o məsuliyyət daşımıram. Onun ata soyadı Bayramova olmuşdur, lakin rəsmi nikaha daxil olduğumdan ər soyadını Mayılova soyadını qəbul etmişdir. Adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən müafıq arayış vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə ona və valideynlərinə Xaçmaz rayonunun Yergüc kəndində 1,16 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair bizə JN-2703 seriyalı ********* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X18 atası X3 atasının adı Hacıəhməd əvəzinə səhvən Haçməmməd kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin JN-2703 seriyalı ********* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, onlara yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsi ötən müddət ərzində istifadəsində olduğuna görə Dövlət Aktındakı yanlışlığa fikir verməmişdir. Torpaq sahəsilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Şahidləri ərizəsində göstərdiyi halları təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10 bildirmişdir ki, Xaçmaz rayon AİKnın qərarına əsasən Ərizəçi və onun valideynlərinə Xaçmaz rayonunun Yergüc kəndində 1,16 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara verilən Dövlət Aktında ərizəçinin atası X3 atasının adı Hacıəhməd əvəzinə səhvən Hacməmməd kimi qeyd edilib. Torpaq sahəsi verildiyi vaxtdan ərizəçinin və onun valideynlərinin istifadəsindədir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, Xaçmaz rayon AİKnın qərarına əsasən Ərizəçi və onun valideynlərinə Xaçmaz rayonunun Yergüc kəndində 1,16 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara verilən Dövlət Aktında ərizəçinin atası X3 atasının adı Hacıəhməd əvəzinə səhvən Hacməmməd kimi qeyd edilib. Torpaq sahəsi verildiyi vaxtdan ərizəçinin və onun valideynlərinin istifadəsindədir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-2703 seriyalı 30209018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1996-cı il tarixli 06 saylı qərarı ilə X6, X7, X14 və X8 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 1,16 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan V-ЖГ seriyalı 326246 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Xaçmaz rayonun, Yergüc kəndində anadan olmuşdur. Onun atası X5r. İş materiallarında olan AZ-İ seriyalı 326246 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 ilə X13 xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Nikahdan sonra X13 “Mayılova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 093332 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 53 saylı arayışından müəyyən olunur ki, JN-2703 saylı dövlət aktında X3 adı mexaniki səhv olaraq X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-2703 seriyalı, 30209018 kodlu dövlət aktının digər hüquq sahibləri ilə birlikdə 26 mart 2003-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-2703 seriyalı, 30209018 kodlu dövlət aktının digər hüquq sahibləri ilə birlikdə 26 mart 2003-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-842/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-842/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver