Məhkəmə qərarları › İş №2(067)-849/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-849/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-849/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qeydiyyat kitabında 18 nömrə ilə qeydiyyata alınmış, xx.xx.2006-cı ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 019 F saylı, 30214098 kodlu Şəhadətnamənin və qeydiyyat kitabında 19 nömrə ilə qeydiyyata alınmış xx.xx.1999-cı ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə ona - Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz, rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə ona və ailənin digər üzvlərinə Xaçmaz rayonu Hacıisi Oba kəndi ərazisindən 0.11 ha həyətyanı torpaq sahəsi və 1.39 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Hüquqlarının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-019 F saylı, 30214098 kodlu Şəhadətnamə ilə və JN 0019 saylı, 30214098 kodlu Dövlət Aktı rəsmiləşdirilmişdir. Lakin Şəhadətnamədə və Dövlət Aktında adı Bahar əvəzinə səhvən Bəhər yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda torpaq sahələrinin bölgüsü ilə əlaqədar müareiət etdikdə adının yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. Bu da DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19.01,2022-ci il tarixli **********13 saylı məktubu ilə təsdiq olunur. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Hacıisa-oba kəndində 0,11 ha həyətyanı torpaq sahəsi və 1,39 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair onlara JN-019F seriyalı 30214098 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0019 seriyalı 30214098 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. Lakin Şəhadətnamədə və Dövlət Aktında onun adı Bahar əvəzinə səhvən Bəhər kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Hazırda əri ilə boşandığına görə aralarında əmlak bölgüsü iddiası qaldırmaq istəyir. Lakin Şəhadətnamədə və Dövlət Aktında yanlışlıq olduğundan, bunu edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinin təmin edilməsini xahiş edir. Torpaq sahələri ötən müddət ərzində istifadələrində olduğuna görə sənədlərdəki yanlışlığa fikir verməmişlər. Torpaq sahələri ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Torpağın mülkiyyətə verilməsinə dair JN-019F seriyalı, 30214098 kodlu şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997ci il tarixli 16 saylı qərarı ilə X3, X2, X7 və X4 mülkiyyətinə Xaçmaz rayonunun, Hacıisaoba kəndi ərazisindən 0.11 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-019 seriyalı, 30214098 kodlu müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə X3, X2, X7 və X4 mülkiyyətinə Xaçmaz rayonunun, Hacıisaoba kəndi ərazisindən 1.39 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından və AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xaçmaz rayonunun, Qusarçay kəndində anadan olmuşdur. Onun atası X8, anası X1r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qeydiyyat kitabında 18 nömrə ilə qeydiyyata alınmış, xx.xx.2006-cı ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-019 F saylı, 30214098 kodlu Şəhadətnamənin və qeydiyyat kitabında 19 nömrə ilə qeydiyyata alınmış xx.xx.1999-cı ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Qeydiyyat kitabında 18 nömrə ilə qeydiyyata alınmış, xx.xx.2006-cı ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-019 F saylı, 30214098 kodlu Şəhadətnamənin və qeydiyyat kitabında 19 nömrə ilə qeydiyyata alınmış xx.xx.1999-cı ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar