Məhkəmə qərarları › İş №2(067)-850/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-850/2021

30.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-850/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin 20 noyabr 2020-ci il tarixli 02778442 nömrəli Aktın PQ-3 qaz avadanlıqlara aid hissədə və onun əsasında tərtib edilmiş 20 noyabr 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin həmin avadanlqlara əsasən hesablanmış 648 manat hissəsində ləğv edilməsi, ona hesablanmış 820 manat ümumi ziyan həcminin azaldılaraq 178.80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 noyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən evə gələrək evində sayğacdan kənar xətt aşkar etmişlər və bu barədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilmiş, aktda “qaz işlədici və avadanlıq parametləri” qrafasında 1 ədəd qeyri standart su qızdırıcısı və 3 ədəd PQ-3 cihazları göstərilməklə 3 ədəd PQ-3 cihazların qaz sərfıyyatı 6480 m3 qeyd edilmişdir. Həmin Akta əsasən cavabdeh orqan 27.11.2020-ci il tarixli tələbnaməyə əsasən mənə cəmi 820 manat dəymiş ziyanın həcmini hesablamışdır ki, bu məbləğdən 648 manat Aktda göstərilmiş 3 ədəd PQ-3 qaz cihazlarına aiddir. Qeyd edirəm ki, evimdə aşkar edilmiş sayğacdan kənar qaz xətti yalnız qeyri standart su qızdırıcısı üçün istifadə etmişdir, PQ-3 adlı qaz işlədici evində ümumiyyətlə yoxdur. Ona görə də hesab edir ki, 20.11.2020-ci il tarixli ******* nömrəli Akt və onun əsasında ona 820 manat dəymiş ziyan həcminin hesablanmasına dair 27.11.2020-ci il tarixli tələbnamə ona 820 manat məbləğinin 648 manat hissəsində əsassızdır. Ona görə də hesab edik ki, əsassız hesablanmış məbləğ silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı iddianın həcmini azaldaraq 1 ədəd PQ 3 qaz avadanlığına görə hesablanmış 172.80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahat vermişdir ki, qaz idarəsinin əməkdaşları onun yaşadığı ünvan 2 ünvanında qaz sayğacına baxış keçirən zaman, o özü evdə olmamışdır və heç bir sənədə imza etməmişdir. X3 qonşuluqda yaşadığından,( M.Hüseyn küçəsi 21 ünvanında) həyətə o gəlmişdir. Həqiqətən də, evinə sayğacdan kənar qaz xətti çəkdirmişdir, lakin kənar xətti yalnız həyətdə olan qeyristandart su qızdırıcısına qoşmuşdur. Həmin kənar xətt onun evinə daxil olmurdu və evdə olan qazla işləyən avadanlıqlara qoşulmamışdır. Buna baxmayaraq, qaz idarəsinin əməkdaşları həmin evdə yaşamayan atası ilə birlikdə həyətə daxil olub, su qızdırıcısını aşkar etsələr də, onun evinə daxil olub baxış keçirməmişdirlər. Həyətdə olarkən akt tərtib edib, atasının səmimiliyindən istifadə edib, akta imza etdirmişdirlər. Bundan başqa bildirmişdir ki, PQ3 3 gözlü qaz cıhazı deməkdir və ümumiyyətlə onun evində bu cür qaz cəhazı yoxdur. Abonentin saldosundan da göründüyü kimi, onun evində 4 gözlü qaz piltəsi (PQ4) və qızdırıcı radiator peçi qeydiyyatdan keçirilib. Aktın PQ3 hissəsi ilə razı deyil, ona görə ki, kənar xətti yalnız həyətdə su qızdırıcısa görə istifadə edirdi. PQ3 cihazı ümumiyyətlə onun evində istifadə olunmur və bu jeç bir sənədlə sübut olunmur. Ev yiyəsi kimi və qaz abonenti kimi özü və evdə qeydiyyatda olan və yaşayan ailə üzvü akta imza etmədikləri üçün, həmin aktla PQ3 avadanlığına görə yazılmış borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı evinə sayğacdan kənar xətt çəkdirdiyi üçün, qaz idarəsinin əməkdaşları bu halı aşkar edib, qanuna müvafiq akt tərtib etmişlər. Akt əsasında vətəndaşa cərimə yazılmış, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, iddiaçının sayğacdan kənar qaz xəttindən istifadə etməsini təsdiq edən video görüntünü əks etdirən diski məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş diskə proses iştirirakçıları ilə birlikdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də, İddiaçı yaşadığı ünvanda kənar qaz xətti çəkilmişdir. Lakin, bu hal mübahisə predmeti olmadığından və iddiaçı kənar qaz xəttinin çəkilməsini etiraf etdiyindən, disk vasitəsilə mübahisələndirilən və iş üçün əhəmiyyət kəsb edən halları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş iddiaçının atası X2 izahatında bildirmişdir ki, ünvan 3 ünvanda yaşayır. Oğlu Mehman isə onun evində qeydiyyatda olsa da, R.Rza küçəsi 32 A ünvanda ailəsi ilə yaşayır. 2020-ci ilin noyabr ayında oğlunun evinin yanından keçərkən qaz idarəsinin əməkdaşlarının Mehmanın evinin yanında toplaşdıqlarını görmüşdür. Yaxınlaşıb nə baş verdiyini öyrəndikdə, qaz idarəsinin əməkdaşları ona bildirdilər ki, bu evdə kənar qaz xətti var ona görə də, ev sahibini axtarırlar. O, dərhal oğlu Mehmana zəng vuraraq, bu barədə məlumat vermiş, Mehman isə həqiqətən də sayğacdan kənar xətt çəkdirdiyini deyərək, qaz idarəsinin əməkdaşlarını həyətə buraxmamağını dedi. O isə, ayəb olduğunu və bu cür hərəkət etmək istəmədiyini oğluna bildirmiş, dövlət təşkilatının əməkdaşlarını küçədə saxlamamaq və onlara yalan danışmamaq üçün onları evin həyətinə buraxmışdır. Evin həyətində qaz idarəsinin əməkdaşları qaz xəttinə baxış keçirmişlər və həqiqətən də, həyətə kənar xəttin gəldiyini müşaiyət etdilər. Lakin, kənar xətt yalnız həyətdə olan qeyri-standart su qızdırıcısına görə çəkilmişdir və xətt yalnız həmin cıhaza daxil olurdu. Kənar qaz xətti evə daxil olmurdu. Qaz idarəsinin əməkdaşları evin işinə daxil olmamışdırlar və evdə olan avadanlıqlara baxış keçirməmişdirlər. Onlar da şahid olmuşdurlar ki, kənar xətt yalnız həyətdə olan cıhaza daxil olur, oradan evə daxil olmur. Mən oğlumun törətdiyi əməli etiraf etdim və cərimənin yazılmasına etiraz etmədim. Qaz idarəsinin əməkdaşları isə mənim səmimiliyimdən istifadə edib, mənə akta imza etdirərək, yalnız kənar xəttin su qızdırıcısına münasibətdə cərimə yazdıqlarını dedilər. Məniim gözüm zəif gördüyündən və üzərimdə eynək olmadığından aktı oxumadan imza etdim. Sonra mənə məlum oldu ki, qeyd olunan aktda su qızdırıcısından başqa PQ3 cıhazı da qeyd olunub. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Cavabdeh İB-nin əməkdaşı X5 izahatında bildirmişdir ki, 2020-ci ilin noyabr ayında qaz idarəsinin digər əməkdaşları ilə birlikdə ünvan 4 ünvanında həyətə kənar qaz xəttinin keçdiyini müəyyən etdilər. Həmin evin qapısını döysələr də, açan olmadı. Onlar ev sahibi müəyyən edənə qədər, bir nəfər yaşlı kişi onlara yaxınlaşıb ev onun oğluna məxsus olduğunu və nə baş verdiyini soruşduqda, həmin kişiyə bildirdilər ki, həyətə kənar qaz xətti daxil olur. Kişi telefonu götürüb harasa zəng vurduqdan sonra, qapını açdı və bizə həyətə daxil olmağımıza icazə verdi. Biz həyətə daxil olub, həqiqətən də, qeyd olunan həyətə sayğacdan kənar qaz xəttinin daxil olmasını və həyətdə quraşdırılan qeyri-standart su qızdırıcısına daxil olmasını müəyyən etdik. Sonra qaz idarəsinin digər əməkdaşları ev sahibinin atası ilə söhbət etməyə başladılar və kənar xəttin çəkilməsinə görə akt tərtib etdilər. O özü evə daxil olub, kənar qaz xəttinin evdə olan cıhazlara da qoşulub-qoşulmamasını görməyib, həmçinin qaz idarəsinin digər əməkdaşlarının evə daxil olub baxış keçirib-keçirməməsinin şahidi olmayıb. Yalnız sonda akta imza etmişdir. Aktda nə yazıldığını oxumamışdır, ona görə ki, aktı digər əməkdaşlar tərtib etmişlər, onu oxumağı lüzum bilməmişdir. Məhkəmə tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 noyabr 2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, 20 noyabr 2020-ci il tarixdə saat 13:00-da istehlakçı İddiaçı yaşadığı ünvan 5 ünvanında keçirilmiş yoxlama nəticəsində abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu. Akta əsasən sayğacdan kənar qeyri-qanuni xəttə bir ədəd qeyri-standart su qızdırıcısı və bir ədəd PQ3 cıhazı qoşulub. Əlavə xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olundu. Aktı Xaçmaz RQİİ-nin əməkdaşları Həmid Həmidov, Qasım Qasımov, Vaqif Xanbabayev, Elçin Ağamalıyev, Elşən Eyvazov və istehlakçının nümayəndəsi Orfulla Balabəyov imzalamışlar. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, **********10000 kodlu abonent İddiaçı kənar xəttin istifadəsinə görə 20.11.2020-ci il tarixli ******* №li Akta əsasən 1 ədəd PQ3 cıhazına görə 172.8 manat, bir ədəd qeyri-standart su qızdırıcısına görə 648 manat, cəmi 820,8 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********10000 kodlu abonent İddiaçı ünvan 6 ünvanında bir ədəd 4 gözlü qaz plitəsi (PQ4) və bir ədəd qızdırıcı radiator peçi qeydiyyata alınmışdır. Məhkəmə proseslərində iddiaçı şifahi vəsatətlər vermişdir ki, aktı tərtib edərək onu imzalamış qaz idarəsinin əməkdaşları məhkəmə prosesinə cəlb olunsunlar və məhkəmə iclasında ifadə verərək, iddiaçının X7la üzləşmələrini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatətin təmin olunmasına etiraz etməmişdir. Vəsatət məhkəmə tərəfindən təmin olunaraq, cavabdehin nümayəndəsinə qaz idarəsinin əməkdaşlarının məhkəmə prosesinə gəlmələrini təmin etməyi bildirilsə də, habelə bununla bağlı Cavabdeh İB-nə rəsmi bildiriş göndərilsə də, sözü gedən şahidlərdən yalnız izahatı yuxarıda əks olunan Elşən Eyvazov məhkəmə prosesinə gəlmişdir. Elşən Eyvazov işin mahiyyəti üzrə izahat verdikdə məlum olmuşdur ki, o, İddiaçı həyətinə baxış keçirilən zaman orada yalnız qeyri standart su qızdırıcısının olmasını görmüş, evin içinə hər hansı əməkdaşın baxış keçirilməsi faktını təsdiq edə bilməmiş, kənar xəttin PQ 3 cıhazına qoşulduğunu təsdiq edə bilməmiş və nəhayət aktda əksini tapan PQ 3 cıhazının hansı səbəblə akta əlavə olunmasını izah edə bilməmişdir. Şahid məhkəmə prosesində yalnız o faktı təsdiq etmişdir ki, vətəndaş İddiaçı yaşadığı ünvana qaz sayğacından kənar xətt çəkilmiş və həyətdə olan qeyri standart su qızdırıcısına qoşulmuşdur. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı aktda qeyd olunan PQ 3 cıhazının onun evində və həyətində olmamasını mübahisələndirir və bununla bağlı aşağıdakı sübutlara istinad edir : 1) abonentin saldosuna əsasən onun evində PQ 3 cıhazı yox PQ 4 cıhazı qeydiyyata alınıb, 2) qaz idarəsinin əməkdaşları həyətinə baxış keçirən zaman onun evinə daxil olub evdə olan qaz cıhazlarına baxış keçirməmişlər, 3) akt onun iştirakı olmadan tərtib edilmiş o, həmin akta imza etməmiş, aktı həmin evdə yaşamayan atası imzalamışdır, 4) cavabdehin şahidləri məhkəmə prosesinə gəlib, evə baxış keçirməklərini və PQ 3 cıhazının olmasını məhkəmə prosesində təsdiq edə bilməməklərini 5) cavabdehin şahidi Elşən Eyvazovun onun iddiasına uyğun izahat verməsi, həyətdə PQ 3 cıhazının olmaması, evə isə kiminsə baxış keçirilməsini təsdiq edə bilməməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunvericinin tələbindən də göründüyü kimi, Cavabdeh İB İddiaçı qarşı tətbiq etdiyi cərimənin əsası olmuş halları sübut etməli olduğu halda, bunu sübut edə bilməmiş və iddiaçının təqdim etdikləri sübutları təkzib edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1 ədəd PQ-3 qaz avadanlığına görə hesablanmış 172.80 manat məbləğində cərimə borcu abonentin hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar