Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-854/2023 02.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması və sair barədə hüquqi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq,məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli 244 saylı saylı arxiv arayışında və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ona verilmiş arxiv çıxarışı olan, Quba rayon Tİ və MHQ idarəsi tırəfindən işlənmiş yaşayış evinə dair texniki pasportunun atası, X4 məxsus olması, 2) X2 o, Ərizəçi atası olması, 3) X7 ilə X8 eyni adam olması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi bildirmişdir ki, ərizəsini müdafiə edir bir dəfə də məhkəməyə müraciət etmişdir,iş baxılmamış saxlanılmışdır.Yenidən müraciət edib.Həm evin texniki pasportunun X3 məxsus olması, həm də X6 ilə hacıyev İmam Hacıəli oğlunun eyni adam olması faktının təsdiq olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi X10 bildirmişdir ki,ərizəyə qarşı etirazları yoxdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 mart 2002-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə ərizəçinin ata adnın “İmam” kimi qeyd olunması göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X12 268 təsərrüfatın başçısı olub, onun xüsusi istifadəsində cəmi 0.20 hektar torpaq sahəsi, 1925-ci ildə tikilmiş yaşayış evi oduğu qeyd edilmişdir. Mülki işin materiallarından görünür ki, ərizəçi ərizəsində Quba rayon Tİ və MHQ idarəsi tərəfindən işlənmiş yaşayış evinə dair texniki pasportunun atası, X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də iş materiallarından və ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdən onun ata adının “İmam” olması müəyyən olunur. Ərizəçiyə ata adının İmam və ya İmaməli olması barədə digər sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da ərizəçi tələbinin əsasını təşkil edən adın bu sənədi təqdim etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, ərizəçi məhkəməyə müraciət edərək 3 ayrı hüquqi faktın müəyyən edilməsini xahiş etsə də, bununla bağlı ilk olaraq (məhkəməyə ərizə ilə müraciət etmədən əvvəl) müvafiq qurumlara müraciət etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçi hər bir hüquqi faktın müəyyən edilməsi ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidir. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan mane aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavəedilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həlledilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və iddianın həll edilməsi qeyri-mümkündür. Odur ki, iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi sənədin şəxsə məxsus olması və sair barədə hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-854/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-854/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver