Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-87/2020 01.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qanunsuz sahibliyindən özbaşına olaraq istifadə etdiyi ona məxsus 0,66 ha və 0,14 ha torpaq sahəsini istifadəsinə qaytarmaqla, torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi, zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX, nömrə 1429815, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX nömrə 1429808, **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,14 ha təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahələrinin Cavabdeh özbaşına olaraq tutaraq istifadə edir. Bu səbəbdən də cavabdehə dəfələrlə təklif etmişdir ki, torpaq sahəsini istifadəsinə qaytarsınn, lakin cavabdeh nəinki torpaq sahəsini qaytarmamış əksinə, torpağı geri qaytarmağı tələb etdiyinə görə hədələmişdir. Hətta bildirmişdir ki, 0,66 ha hissədə olan torpağı kiməsə satmışdır. Torpaq sahəsinin mülkiyyətçisi odur, o, heç kimə, o cümlədən cavabdehə torpağı ilə əlaqədar hər hansı əqd bağlamaq səlahiyyəti verməmişdir. Hazırda torpaq sahəsinin üzərində mülkiyyət hüququ pozulmaqda davam edir. Ötən müddət ərzində cavabdeh tərəfindən istifadə olunan ərazidən hər il orta hesabla 2000 manat gəlir götürə bilərdi. Bu səbəbdən də məcburən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, torpaq islahatı 1996-cı il tarixdə keçirilmişdir. 2000-ci il tarixdə torpaq bölgüsü olmuşdur. İddiaçı mübahisə predmeti olan 0,66 ha torpaq sahəsini 2005-ci il tarixdə ona satmışdır. O, həmin torpaq sahəsinin pulunu iddiaçıya bir neçə dəfə vermişdir. Lakin aralarında rəsmi alqı-satqı olmamışdır. İddiaçıya pul verməsi barədə rəsmi sübutu yoxdur. O, həmin torpaq sahəsində ağaclar əkmişdir. Əgər iddiaçının torpağını qanunsuz istifadə etsəydi o əvvəlcədən ondan şikayət edə bilərdi. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən X6 izahatında göstərmişdir ki,xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X8 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini satın almışdır. O, iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir, alqı-satqı müqaviləsinə əsasən satın aldığı torpaq sahəsindən istifadə edir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0528 seriyalı 30219078 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-624 saylı qətnaməsi ilə ayrılmış cizgidə göstərilən sərhəd daxilində Xaçmaz rayonu, Müzəffəroba kəndi ərazisindən 0.14 ha pay torpaq sahəsi X1, X7, X5 və Tağıyeva Könül Telman qızının paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan və A№ 334126 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.14 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan və A№ 334121 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Müzəffəroba kəndində yuerləşən 0.66 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 10/378 saylı ekspert rəyindən müəyyən olunur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, cavabdehin faktiki istifadəsində olan və iddiaçı tərəfindən mübahisələndirilən 0.14 ha torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən İddiaçı verilmiş RX ******* saylı Çıxarışa və A№ 334126 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlarla üst-üstə düşmür. İddiaçı verilmiş RX seriyalı ******* saylı Çıxarışa və A№ 334121 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.66 ha pay torpaq sahəsinin koordinatları iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür və faktiki olaraq qeyri müəyyən şəxslərin istifadəsindədir. Ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilimiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İşin məhkəmə tərəfindən araşdırılmış müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan RX seriyalı ******* saylı Çıxarışa və A№ 334121 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.66 ha pay torpaq sahəsindən istifadə edilir. Lakin, işdə olan ekspert rəyinə əsasən cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi ilə iddiaçıya verilmiş Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən RX ******* saylı Çıxarışa və A№ 334126 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.14 ha pay torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Həmçinin, iddiaçı tərəfindən cavabdehin onun torpaq sahəsindən qeyri-qanuni istifadəsi nəticəsində ona 10000 (on min) manat məbləğində ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən RX ******* saylı Çıxarışa və A№ 334126 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.14 ha pay torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq, torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi və zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat pulun tutulmasına dair hissədə təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli Cavabdeh İddiaçı məxsus olan RX seriyalı ******* saylı Çıxarışa və A№ 334121 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.66 ha pay torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığının bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan RX seriyalı ******* saylı Çıxarışa və A№ 334121 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən 0.66 ha pay torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində tamlığının bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-87/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-87/2020
01.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver