Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-876/2023 06.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə- 575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”-nin və onun əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Balasoltan atası, Sevil isə bacısıdır. ünvan 7ində yerləşən onun, cavabdeh Balasoltanın, digər ailə üzvü olan anası Mariyanın ümumi birgə mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Bu torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsi üzərində cavabdeh atası Balasoltanın adına qeydə alınmış ev mövcud olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 7ində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Tərəfindən Qusar rayon Notariat Ofisinə sorğu verilərək Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi alınmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD-nin 09 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, o ünvan 5ində yaşayır. X6, X7, X10 ailə üzvləridir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD-nin 09 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, o ünvan 5ində yerləşən atası Cavabdeh2 məxsus 0.10 ha torpaq sahəsi üzərində tikilmiş xx.xx.1989-cu il tarixdə 27 sayla qeydə alınmış ümumi sahəsi 139.8 kv.metr olan fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən bağlanmış 18 mart 2022-ci il tarixli,4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqavlləsi”-ində evin yerləşdiyi yer kimi ünvan 1i göstərilmiş və ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 bağışlanmışdır. Halbuki, Cavabdeh2 məxsus ev ünvan 7ində yerləşir və Cavabdeh2 ünvan 1ində evi mövcud deyildir. Cavabdeh2 məxsus evin yalnız qeydiyyat vəsiqəsi olmuş, daşmmaz əmlak bağışlanılarkən həmin ev Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və mülkiyyət hüququ tanıdılmadan bağışlanma müqaviləsi bağlanmışdır. Bununla da MM-nin 146-cı maddəsinin tələbləri pozulmuşdur. Bağışlanma müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan şəxslərin, ilk növbədə onun və ailə üzvlərinin razılığı alınmamışdır. Bağışlama müqaviləsi bağlanıldıqdan sonra Cavabdeh1 tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış alınmış, həmin çıxarışda da evin yerləşdiyi yer kimi Xaçmaz rayonu,Gödəkli kəndi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bağışlama müqaviləsi özü özlüyündə etibarsızdır. Çünki Çaykənarı kəndində ev mövcud deyil, mövcud olmayan ev bağışlanmışdır. Mövcud olan ev bağışlansa idi onun razılığı tələb olunardı. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı Sevilə bağışladığı ev əvvəlki Aleksandrovka, indiki Gödəkli kəndində yerləşən evdir. Onun 2 evi var, bir evi həyat yoldaşı ilə tikmişdir, o biri ev də atasından qalan evdir. Sevilə bağışladığı ev atasından qalan evdir. Sevilə yaşamadığı evi bağışlamışdır. İş üzrə digər Cavabdeh1 və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh2 Cavabdeh1 iddiaya yazılı etirazlarını məhkəməyə ünvanlamışdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaya etirazı nəzərdən keçirib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə müvafiq olaraq mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddənin 152.4-cü maddəsinə görə sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 48-ci bəndinə əsasən Daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X14”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-cı maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İş materiallarında olan notariat işinin təsdiq olunmuş surətindən görünür ki, 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən- Cavabdeh2 18 mart 2022-ci ildə ünvan 5i ünvanında yerləşən, ümumi sahəsi 139,8 kv.metr olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan notariat işinin təsdiq olunmuş surətində olan ərizədə X8 əri Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 139.8 kv.m fərdi yaşayış evinin bağışlanmasına etiraz etməməsi və gələcəkdə bununla bağlı heç bir mübahisənin olmayacağı göstərilir. Bundan başqa, notariat işinin təsdiq olunmuş surətində olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09/3053 saylı Arayışda qeyd olunur ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi (mərtəbəliyi 2, yaşayış otaqların sayı 5, ümumi sahəsi 139.8 kv.m olan) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (Qeydiyyat vəsiqəsi 27№li, xx.xx.1989-cu il tarixli, Abşeron TİB tərəfindən verilmiş) xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Bundan başqa, notariat işinin təsdiq olunmuş surətində olan ərizədən görünür ki, Cavabdeh2 Qusar rayon notariat ofisinə 22 fevral 2023-cü il tarixdə (iddia ərizə məhkəməyə daxil olduqdan və birinci hazırlıq iclası keçirilməzdən öncə) müraciət edərək bağışlama müqaviləsi bağlanan zaman əmlakın yüklülüyü barədə xx.xx.2022-ci il tarixli 09/3053 saylı arayışın təqdim edilməsi və həmin arayışda əmlakın ünvanı səhvən ünvan 6li kəndi kimi yazılmasını xahiş etmişdir. Bu ərizənin əsasında 22 fevral 2023-cü il tarixdə müqavilənin arxa vərəqəsində “Gödəkli kəndi düzəlişinə inanılsın” sözləri yazılmış və notariusun möhürü ilə təsdiqlənmişdir. Məhkəmə onu xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və məhkəmənin ilk hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsindən göründüyü kimi, İddiaçı dəlilləri ondan ibarət olmuşdur ki, bağışlanan evin ünvanı düzgün qeyd olunmamışdır. Nəticədə mövcud olmayan evin üzərində sərəncam verilmiş və bununla da onun hüquqları pozulmuşdur, ona görə ki, o özü də ünvan 7ində yerləşən 139.8 kv.m sahəsi olan evdə qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh iddia ərizəsi ilə tanış olduqdan sonra, ilk hazırlıq iclasına qədər iddia ərizəsində vurğulanan dəlilləri aradan qaldırmaq üçün 22 fevral 2023cü il tarixdə notariat ofisinə müraciət edərək, bağışlama müqaviləsində olan səhvin aradan qaldırılmasını xahiş etmiş, notarius isə bu ərizəni rəhbər tutaraq bağışlama müqaviləsində olan kobud bir səhvi sadəcə düzəliş etməklə “aradan qaldırmışdır”. Halbuki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09/3053 saylı Arayışda olan səhv barədə məlumatı da arayışı verən dövlət orqan verməli olduğu halda bunu etməmişdir. Nəticədə aşağıdakı zəncirvari yanlışlıqlara yol verilmişdir: DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mövcud olmayan bir daşınmaz əmlaka dair yüklülüyün olmaması barədə arayış vermiş, həmin arayış əsasında daşınmaz əmlak bağışlanmış, bağışlanma müqaviləsi əsasında yeni mülkiyyətçi müvafiq çıxarış almış, daha sonra isə bağışlanma müqaviləsində daşınmaz əmlakın ünvanı barədə düzəliş aparılmışdır. Məhkəmə bir vacib məqama da toxunaraq qeyd edir ki, 18 mart 2022-ci il tarixli bağışlanma müqaviləsində ünvan 1ində yerləşən 139.8 kv.m sahəsi olan ev qeyd olunmuş və Çaykənarı kəndi sözü Gödəkli kəndi sözləri ilə 22 fevral 2023-cü il tarixdə yəni, 11 aydan sonra əvəz olunsa da, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışda daşınmaz əmlakın ünvanı Gödəkli kəndi kimi qeyd olunmuşdur. Məntiqi baxımdan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışda daşınmaz əmlakın ünvanı Gödəkli kimi yox, müqavilədə göstərilən Çaykənarı kimi qeyd olunmalı idi. Nəticə olaraq, iş materiallarından və təhlil olunanlardan görünür ki, ünvan 7ində yerləşən sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə dair müvafiq yüklülük arayışı alınmadan daşınmaz əmlak üzərində qanunsuz sərəncamverici əməliyyat həyata keçirilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli 08 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı, qızı və oğlu ilə birlikdə ünvan 7ində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də atası Cavabdeh2 məxsus Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində tikilmiş xx.xx.1989-cu il tarixdə 27№li reyestrdə qeydə alınmış ümumi sahəsi 139,8 kv.m yaşayış sahəsi olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 5ində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139,8 kv.metr olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X4 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Aleksandrovka kəndində yerləşən 5 otaqlı, ümumi sahəsi 139,8 kv.metr, yaşayış sahəsi 840 kv.metr olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon XDS-nin 29 avqust 1988-ci il tarixli, 16 nömrəli protokolu əsasında X1 adına qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çaykənarı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Cavabdeh2 məxsus Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində tikilmiş,xx.xx.1989-cu il tarixdə 27 reyestr nömrəsi ilə qeydə alınmış ümumi sahəsi 139,8 kv.metr, yaşayış sahəsi 840 kv.metr olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çaykənarı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 54 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh2 Çaykənarı kəndində heç vaxt adına fərdi yaşayış evi mövcud olmayıb. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 7i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə- 575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-876/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-876/2023
06.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver