Məhkəmə qərarları › İş №2(067)-883/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-883/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-883/2021 19.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X10 və X4 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 saylı dövlət aktının mərhum valideynləri Faramuz Yusupov və X9 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi və vəkili olduğu Ərizəçi xx xxx 1967ci ildə anadan olmuş, Xaçmaz rayonunun Uzun-oba kəndində yaşayır. Ərizəçinin valideynləri Yusupov Faramuz və X7muşlar. Ərizəçinin valideynlərinin hər ikisi vəfat etmişlər. Rayonlarda aparılan Aqrar islahatları zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ərizəçinin valideynləri Yusupov Faramuz və X6 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Uzun-oba kəndi ərazisindən cəmi 1,11 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə sonuncuların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında ərizəçinin mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazılmışdır. Həmin vaxt onlar hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli məqsədilə yeni mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN- 0093 seriyalı, 30223018 kodlu dövlət aktında mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin mülkiyyət sənədlərini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini, X10 və X4 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 saylı dövlət aktının Ərizəçi mərhum valideynləri Faramuz Yusupov və X9 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Faramuz Yusupov və X14 ərizəçinin valideynləri olmuş, onlar hər ikisi vəfat etmişlər. Rayonlarda aparılan Aqrar islahatları zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ərizəçinin valideynləri Yusupov Faramuz və X6 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Uzun-oba kəndi ərazisindən cəmi 1,11 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə sonuncuların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında ərizəçinin mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazılmışdır. Həmin vaxt ərizəçinin valideynləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli məqsədilə yeni mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktında mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.. Məhkəmə iclasında şahid qismində dindirilən X11 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, 01765877 npmrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Uzun-oba kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzun-oba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli, 609 nömrəli arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Uzun-oba kəndində yaşayır. Mülki işə əlavə olunmuş 25 may 1967-ci il tarixli, İ-UZ seriyalı, 089729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1967-ci ildə anadan olmuş Ərizəçi valideynləri Faramuz Yusupov və X7muşdur. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən X10 və X4 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Uzun-oba kəndi ərazisindən 1,11 ha pay torpaq sahəsi verilmişdir. İstinad olunan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin mülkiyyət sənədində ərizəçinin atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazılmışdır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzun-oba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 163 saylı arayışdan görünür ki, həqiqətən Faramuz Yusupov və ailə üzvünə məxsus torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktında onun soyadı, adı və ata adı səhvən X1 yazılmışdır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzun-oba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 170 saylı arayışdan görünür ki, həqiqətən X14 və ailə üzvünə məxsus torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktında onun soyadı, adı və ata adı səhvən X3 yazılmışdır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli, 688 saylı arayışdan görünür ki, ərizəçinin atası Faramuz Yusupov 26 aprel 2004-cü ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli, 689 saylı arayışdan görünür ki, ərizəçinin anası X14 07 noyabr 2019-cu ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəçi X8 ünvanladığı 20 oktyabr 2020-ci il tarixli, **********85 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktında hüquq sahiblərinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldılırılması və düzəlişlərin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, Faramuz Yusupov və X14 Ərizəçi valideynləri olmuşlar. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ərizəçinin valideynləri Yusupov Faramuz və X6 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Uzun-oba kəndi ərazisindən cəmi 1,11 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə sonuncuların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında ərizəçinin mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazılmışdır. Həmin vaxt onlar hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli məqsədilə yeni mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktında mərhum atası Faramuz Yusupovun adı səhvən Fərəməz, ata adı olmadığı halda Muxlis kimi, mərhum anası X6 atasının adı səhvən Qənimə qızı kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin mülkiyyət sənədlərini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 kodlu dövlət aktı aktının Ərizəçi mərhum valideynləri Faramuz Yusupov və X9 məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədin mərhum valideynlərinə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məjcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 və X4 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 saylı dövlət aktının Ərizəçi mərhum valideynləri Faramuz Yusupov və X9 məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X10 və X4 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0093 seriyalı, 30223018 saylı dövlət aktının Ərizəçi mərhum valideynləri Faramuz Yusupov və X9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar