Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-887/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1971-ci il təvəllüdlü qardaşı X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 01 iyun 1971-ci il təvəllüdlü qardaşım X13 anadangəlmə “Orta dərəcəli əqli gerilik, əməyə qadir deyil, kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə 2-ci qrup müddətsiz əlildir. Onu da qeyd etmək istəyir ki, qardaşı X13 uşaqlıqdan ağır xəstədir, xəstəliyi ilə bağlı məktəbə getməyib, həbi xidmətdə olmayıb. Qardaşı, ruhi-əsəb xəstəliyi ilə bağlı müxtəlif xəstəxanalarda müalicələr alıb, əqli-psixi inkişafı qüsurlu keçib, dəfələrlə ambulator və stasionar psixi müalicələr alsa da heç bir nəticəsi olmayıb, əksinə vəziyyəti getdikcə pisləşib. Hal-hazırda da qardaşı X5 rayonlararası X1 qeydiyyatdadır, əvvəllər də orada müalicədə olub. Qardaşının halhazırda 54 yaşı var, xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, qardaşı X9 əvvəllər X2 və X4 qulluq ediblər. X2 18 iyul 2017-ci il tarixdə vəfat edib, X4 isə 02 fevral 2020-ci il tarixdə vəfat ediblər. Valideynləri vəfat edəndən sonra, bu günə kimi qardaşına o baxır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona o qulluq edir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi (qəyyum) təyin olunsun. Hal-hazırda, idarə və təşkilatlarda, sənədləşmənin aparılmasında qardaşı X7 da imzası tələb olunur. Lakin o, xəstə olduğuna görə müvafiq sənədləri dərk edərək imzalaya bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, qardaşı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Qardaşı hazırda onunla yaşayır. Qardaşı doğulan gündən xəstədir, başqa qardaş-bacısı var, xəstə qardaşına özü baxır. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyəti rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.1971ci ildə anadan olmuşdur. X4, X2dır. -doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. X4, X2dır. -ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X6 xx.xx.2017-ci ildə, X11 xx.xx.2020-ci ildə ölmüşlər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X13 İİ qrup əlillik dərəcəsi almışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X19 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, X13 həqiqətən xx.xx.1980-ci il tarixədək “orta dərəcəli əqli gerilik” diaqnozu ilə Quba rayon PNPM-də qeydiyyatda olub. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1686 saylı rəyindən müəyyən olunur ki, X8 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. B.M.Həsənovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. -Mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin xx.xx.1971-ci il təvəllüdlü qardaşı X13 orta dərəcəli əqli gerilik davranış pozuntuları diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə rəy verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, onunla birlikdə yaşayan qardaşı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X7 hərəkətlərinin mənasını öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-887/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-887/2025
13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver