Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-888/2024 16.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 -cı il qeydiyyat tarixli, ********** qeydiyyat tarixli **********70-10301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində ünvan 1 ünvanında 0.0429 ha torpaq sahəsi və 71,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Cavabdehlərin evi onun evinin yanında yerləşir. Cavabdehlər əvvəllər mövcud olmuş hasarı sökərək ona məxsus torpaq sahəsinidə öz torpaq sahələrinə bitişdirərək evinə daxil olmuşlar və onun mülkündən istifadə edirlər. Cavabdehlər adına olan çıxarışın etibarsız hesab olunması üçün ona qarşı məhkəmədə iddia qaldırmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2345/2021 saylı qətnaməsi ilə cavabdehlərin iddiaları təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2( 105)-648/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 2345/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2( 102)-4283/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 648/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra da cavabdehlər həyətinə girən giriş qapısını içəridən bağlamaqla ona öz mülkünə daxil olmağa imkan vermirlər. Dəfələrlə bununla əlaqədar Polis Şöbəsinə müraciət olunsa da, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Onun evinin ünvanı əvvəllər A.Ələsgər küçəsi ev 45 kimi göstərilirdi, həmin ərazidən giriş-çıxış mümkün olmadığı üçün giriş qapısını İlqar Əlipaşayev küçəsi istiqamətindən açdığına görə adına işlənmiş çıxarışda ünvanı İlqar Əlipaşayev küçəsi, ev 1 kimi göstərilmişdir. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Yaşayış evinin texniki pasportuna baxdıqda da görmək olur ki, cavabdehlərin evləri və torpaq sahələri ilə onun evi və torpaq sahəsi arasında hazırda hasar yoxdur və sərhədlər şərti olaraq qırıq-qırıq xətlə işarələnmişdir. Cavabdehlərin inadkarlığı üzündən əmlakından təyinatına görə istifadə edə bilmir, əmlakı üzərində sərəncam hüququnu reallaşdıra bilmir. İddiaçı işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştriakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh2 əmisi oğludur. Cavabdehlər ilə onun ev ünvanları ayrı-ayrıdır. Cavabdehlərin ünvanı Aşıq Ələsgər küçəsi ev 45-dir. Ona vəsiyyət edilən evin ünvanı isə İlqar Əlipaşayev küçəsindədir. Belə ki, xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0.0429 ha torpaq sahəsi və 71.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Həmin evə 17 mart 2021-ci il tarixdə onun adına qeydiyyat vəsiqəsi işlənmişdir. Lakin cavabdehlər həyətinə girən giriş qapısını içəridən bağlamaqla ona öz mülkünə daxil olmağa imkan vermirlər. Ona görə evə köçürülməsi ilə bağlı maneələrin aradan qaldırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər adına olan çıxarışın etibarsız hesab edilməsi üçün 2021-ci ildə ona qarşı iddia qaldırmışlar, lakin iddia əsassız olduğundan təmin edilməmiş, onun xeyrinə qərar verilmişdir. Ev ona məxsus olsa da, 3 ildir ki, evə daxil ola bilmir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı əmisi qızıdır. O, ailəlidir, ailəsi 4 nəfərdən ibarətdir və o, ailəsi ilə bir otaqda yaşayırlar. Həmin mübahisəli ev nənə-babasının mülkiyyətində olmuşdur. Onlar vəfat etmişlər. Nənəsinin 4 oğlu olub. Nənəsi mübahisəli evin yarısını ona, yarısını isə iddiaçıya bağışlamışdır. Ekspertiza təyin olunmasını məhkəmədən xahiş edir. Bu barədə məhkəməyə vəsatət təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri İlqar Əlipaşayev küçəsində 0.0429 ha torpaq sahəsi üzərində yerləşən 71.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixli ********** saylı qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 2345/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-700 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-648/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2345/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2( 102)-4283/2022 saylı qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-648/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə buraxmırlar və bu səbəbdən iddiaçı özünə məxsus evin üzərində mülkiyyət hüquqularını tam həcmdə həyata keçirə bilmir. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5.-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkyyətçi kimi öz əmlakından sərbəst şəkildə istifadə etmək və onun üzərində sərəncam vermək hüquqları pozulduğundan, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneələr aradan qaldırılmalı və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişdir. Belə olan halda, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneələr aradan qaldırılsın və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-888/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-888/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver