Məhkəmə qərarları › İş №2(067)-917/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-917/2024

04.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-917/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1983-cü il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş, lakin hal-hazırda qeydiyyatda olduğu Xaçmaz rayonu Ağarəhimoba kəndində öz ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda yaşadığı evdə anadangəlmə kəmağıllıq və psixi qusur halından əziyyət çəkən 1-ci qrup əlil olan bacısı xx.xx.1983-cü il təvəllüdlü X3 baxır, O artıq yetkinlik yaşma çatmışdır, lakin bacısı özünü tam sərbəst idarə edə bilmir və daim kanar şəxlərin köməyinə ehtiyacı var. Hal-hazırda bütün bu səbəblərdən də bacısı onun himayəsində qalır və bütün tələbatları ailəsi ilə birlikdə ödəyir. Lakin onun adından bəzi sənədlərin alınması və digər işlərin görülməsində sərbəst olmadığı üçün himayəsinə götürmək məcburiyyətindədir. Eyni zamanda da bacısı uşaqlıqdan keçmiş əsəb ruhi xəstəliklər dispanseində qeydiyyatdadır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bacısı Lalə Abdullayeva anadangəlmə İ qrup əlildir. O, əqli qüsurludur və müalicələr də alıb. Psixi xəstədir. Bacısı anadangəlmə xəstədir, ondan 4 yaş böyükdür və hazırda da onunla yaşayır. Bacısının fəaliyyət qabiliyyətinin olmaması ekspert rəyi ilə də təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının 117424 nömrəli arayışından və 236056 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X4 İ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1110 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə aşkar olunur. X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar