Məhkəmə qərarları › İş №2(067)-925/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-925/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-925/2021 07.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X11 və X3 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN -215 seriyalı 30208028 saylı dövlət aktının mərhum valideynləri X17 və X2 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Xaçmaz rayon Bostançı kəndində anadan olmuş onun valideynləri X17 və X4 olmuşlar. Valideynlərinin hər ikisi vəfat etmişdir. Xaçmaz rayonunda aparılan Aqrar İslahatlar zamanı X7 xx xxxx 1998-ci il tarixli 03 saylı qərarına əsasən onlara və valideynlərinə paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Bostançı kəndi ərazisindən cəmi 4,51 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mərhum valideynlərinin mülkiyyət hüquqları torpağa dair mülkiyyət hüququna dair JN -215 seriyalı 30208028 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında mərhum atası X12 atasının adı “Ömər” olduğu halda səhvən “Əmirpaşa” oğlu kimi, mərhum anası X1 atasının adı “Məmmədşah” olduğu halda səhvən “Məməşah oğlu” kimi yazılmışdır. Həmin vaxt valideynləri hüquqi savadsızlıqdan bunu gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər Vərəsəlik məsələlərinin həlli məqsədilə yeni mülkiyyət sənədləri almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərzi İdarəsinə müraciət etmiş, lakin torpağa dair dövlət aktında mərhum valideynlərinin ata adlarlnda səhv olduğundan müraciətinin həlli mümküün olmamışdır. Bu barədə ona imtina məktubu da vermişlər. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, ərizəçi ilə həm qohum həm də qonşudurlar. X6 onun atası ilə xalaoğlu olmuşdur. X12 atasının adı Ömərdir. Əmirşah isə səhvən yazılmışdlır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçinin atasının ata adı, yəni X6nun atasının adı Ömər olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN -215 seriyalı 30208028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 03 saylı qərarına əsasən X8, X5 və digər ailə üzvlərinə paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Bostançı kəndi ərazisindən cəmi 4,51 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası qrafasında “X17” anası qrafasında “X4” qeyd olunub. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X17 xx xxx 2008-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx xxxxxx 2003-cü ildə ölmüşdür. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN -215 seriyalı 30208028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN -215 seriyalı 30208028 kodlu dövlət aktı X17 və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar