Məhkəmə qərarları › İş №2(067)-925/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-925/2023

11.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-925/2023 11.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ziyanla bağlı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinə elektrik enerjisindən sərfıyyata görə tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli akta əsasən hesablanmış 664,45 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 70A, mənzil 14-də yaşayır. Evinə quraşdırılmış elektrik sayğacının göstəricilərinə əsasən hər ay enerji sərfıyyatının pulunu ödəmişdir. 2022-ci ilin dekabr ayının 27-də evdə olduğu zaman bir neçə nəfər işıq idarəsinin işçiləri evinə çəkilmiş işıq sayğacını yoxlayaraq evinə güya sayğacdan kənar xətt çəkildiyini müəyyən etmişlər. O bildirmişdir ki, evinə gələn elektrik xətti yalnız sayğacdan keçən xəttdir və evinə heç bir kənar xətt çəkilməmişdir. Bundan sonra həmin şəxslər ona heç bir söz demədən çıxıb getmişlər. 02 fevral 2023-cü il tarixdə ona X2yə görə ödənişin edilməsi barədə bildiriş xəbərdarlıq təqdim edilmişdir. Həmin bildirişdə göstərilir ki, qalıq borcu 717,12 manat təşkil edir. Bundan sonra o "xxxx" ASC-nin Xaçmaz EŞ-də olaraq 712,12 manat qalıq borcu hesablanması ilə maraqlandıqda ona akt və abunə haqqında sənədlərin surətlərini təqdim etmişlər. 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktda göstərilir ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar 2x6 mm (mis) naqil vasitəsilə birbaşa mənzilə xətt aparmışdır. Ölçülər ampermaşa ilə aparılmışdır. Tələb: kənar xətt ləğv edilsin. Aktın sonunda onu tərtib etmiş dörd nəfərin soyadları göstərilməklə qarşılarında imzalar vardır, məişət abonenti İddiaçı göstərilsə də, onun qarşısında imza yoxdur. Abunə haqqında sənəddə göstərilir ki, xx.xx.2023-cü il tarixdə EİQ pozulması (0,13) 538,20 manat, aktın yeni tarifi 80,80 manat, EİQ pozulması (0,09) 45,45 manat təşkil edir. Ümumilikdə bu məbləğlər 538,20+80,80+45,45=664,45 manat təşkil edir. Beləliklə, cavabdeh idarənin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıqda ona hesablanmış 717,12 manat qalıq borcundan 664,45 manat güya evinə kənar xəttin çəkilməsi ilə bağlı hesablanmış məbləğdir. 27 dekabr 2022-ci il tarixdə Xaçmaz EŞ-nin əməkdaşları evinə güya kənar xəttin çəkilməsini müəyyən etdiklərini bildirsələr də, həmin xətti ona göstərməmiş və evinə baxış keçirmələrini təklif etməmişlər. Bu barədə akt tərtib etdikləri barədə mənə heç bir məlumat verməmişlər. Ona görə də o həmin aktın nə vaxt və harada tərtib olunmasını deyə bilmir. Əgər həmin akt həqiqətəndə evinə quraşdırılmış sayğaca baxış keçirilərkən yazılsaydı, onlar həm baxışda iştirak etməyə, həm də həmin aktı imzalamağı ona təklif edərdilər. Heç vaxt evinə sayğacdan kənar xətt çəkilməmiş və həmişə enerji sərfıyyatı pulunu nəzarətçinin təqdim etdiyi bildiriş-xəbərdarlığa əsasən ödəyir. Ona görə də o 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktı tamamilə qanunsuz hesab etməklə onun əsasında hesablanmış 664.45 manat qalıq borcu qəbul etmir. Yaşadığı mənzilə elektrik enerjisi mənzilin qarşısında olan meydançada divarda quraşdırılmış ümumi şitdəki sayğac vasitəsilə verilir. Əgər aktda göstərilmiş hallar həqiqətən də baş vermişdirsə, yəni mənzilinə sayğacdan kənar xətt aşkar etmişlərsə, bunu müvafiq qaydada fotoçəkiliş vasitəsilə və iki nəfər hal şahidlərin iştirakı ilə sənədləşdirərdilər. Ona cavabdeh idarədən 02 fevral 2023-cü il tarixdə təqdim edilmiş 27 dekabr 2022-ci il tarixli, 280099 nömrəli aktda mənzilinə güya sayğacdan kənar əlavə naqil vasitəsilə kənar xəttin çəkilməsinin müəyyən edilməsi qeyd olunsa da, aktda yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq həmin “Kənar xəttin” açılması qeyd edilməmiş və bu cür “xətanın” foto-video çəkiliş vasitəsilə qeydə alındığı öz əksini tapmamışdır. Ən əsası odur ki, həmin aktın tərtib edilməsində onun iştirakı təmin edilməmişdir. Onunla cavabdeh idarə arasında X1ydalarına dair rəsmi müqavilə bağlanmamışdır. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən 27 dekabr 2022-ci il tarixli akta əsasən hesablanmış 664,45 manat məbləğində enerji sərfıyyatına görə pul əsassız hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonunda 5 nəfər gəlib baxış keçirmişlər, kənar xəttin olmasını demişlər. Xəttin onun olmamasını bildirmişdir. Onlar kənar xətti ayırmışlar, həmin vaxt onun işığı yanmışdır, özləri də bunu görmüşdür. Sonradan protokol, akt tərtib etmişlər, aktı imzalamamışdır. Aktda mənzilin nömrəsini ünvan 2 kimi qeyd etmişlər, halbuki o Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 70A, mənzil 14-də yaşayır. ünvan 2 ümumiyyətlə yoxdur. Eyni zamanda akt İddiaçı Həkimşah oğlunun adına tərtib olunmuş, lakin elə adam da yoxdur. İş üzrə cavabdeh tərəf rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 27 dekabr 2022-ci il tarixli 280099 nömrəli aktdan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacdan kənar 2x6 mm (mis) naqil vasitəsilə birbaşa mənzilə xətt aparmışdır. Ölçülər ampermaşa ilə aparılmışdır. İş materiallarında olan abunə haqqında sənəddən müəyyən olunur ki, İddiaçı Həkimşah oğluna cərimə (pul) hesablanmışdır. Qeyd olunan sənədlərdən göründüyü kimi iddia tələbi üzrə təqdim olunan sənədlər cavabdeh İddiaçı adına yox başqa bir fiziki şəxs olan İddiaçı Həkimşah oğlunun adına tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-05101-093043 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 8423 inventar nömrəli, **********84- 05101-093043 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 4 ünvanına dair İddiaçı adına texniki pasport işlənmişdir. Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki, iddia ərizəsinə İddiaçı borclu olmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ziyanla bağlı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimSərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar