Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-959/2022 11.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə DƏDRX-nin 5 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə DƏDRX-nin 5 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşı olduğundan, Azərbaycan Respublikasında qeydiyyatda olduğu yeri yoxdur, etibarnamə üzrə nümayəndəsi Nümayəndə isə Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olduğundan hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Göygöl rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçinin nümayəndəsinə geri qaytarılsın. Ərizəçinin nümayəndəsinə izah edilsin ki, ərizə ilə aidiyyatı üzrə Göygöl rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-959/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-959/2022
11.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver