Məhkəmə qərarları › İş №2(067)-960/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-960/2022

13.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-960/2022 13.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz şəhəri M.Rəsulzadə küçəsindəki ona məxsus 51 saylı evə (Abonent kodu **********00000) əsassız olaraq borc kimi yazılmış olan 432 manatın X1 X4 İstismarı idarəsi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsindəki 51 saylı fərdi ev onun mülkiyətində olmaqla istifadəsindədir və həmin evdə tək yaşayır. Həmin ünvanda **********00000 Abonent kodu (kodu əlavə etmək) olmaqla cavabdeh X2 Xaçmaz RQİ idarəsi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. Onların yaşadığı küçədə yerləşən fərdi evlərə qazla təminat Sovet dönəmindən 2020-ci ilədək olan müddətdə küçədən keçən 76 mm diametrli borular vasitəsi ilə aparılırdı və sonradan evlərə müvafiq olaraq kiçik həcmli 20 dm, 15 dm lik dəmir borularla ötürülürdü. 2020-ci ildə Azəriqaz İB tərəfindən küçələrindən keçən qaz boruları 200 dm-lik dəmir borularla əvəz edildi və boruların əvəz edilməsi zamanı evlərə qoıulmuş qaz sayğaıları çıxarılaraq yeni çəkilmiş borulara birləşdirildi. Qaz sayğacları da digər qonşularda olduğu kimi həyətində deyil küçədə, yerdən təxminən 3 metr hündürlükdə olan boru xəttinə birləşdirilib. 22 sentyabr 2021-ci il tarixində o işdə olan zaman cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacı istismar müddəti bitdiyinə görə dəyişib yenisi ilə əvəz ediblər. Sayğacı dəyişən zaman qazın istehlakçısı kimi ona bununla əlaqədar heç bir məlumat və akt təqdim etməyiblər. Yeni sayğacı qaz borusuna birləşdirəndən və evə qazın verilməsini bərpa etdikdən sonra sayğəcın təhvil verilməsi və köhnənin çıxarılmasına dair aktı həmən aktı imzalamağa hüququ olmayan və həmən gün təsadüfən onlara gəlmiş qohumlarına imza etdirib getmişlər. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 2022-cii liin fevral ayında onun evinə 2021-ci ilin noyabr ayı üçün 432 manat qaz borcunu olması barədə bildiriş gəlmişdir. Hesblanmış borcun yaranma səbəbini öyrənmək məqsədilə xx.xx.2022-ci ildə Xaçmaz qaz idarəsinə getmişdir və orada məlum olmuşdur ki, Xaçmaz RQİ idarəsinin Xaçmaz sahəsi xidmətinin əməkdaşları Xaçmaz XS-nin TQQ və SX-nin rəisi Emin Əliyarov xidmətin çilingərləri Davud Qasımov və Firuz Mövsümov onun istifadəsində olmuş və küçədəki qaz borusuna birləşdirilmiş, dəyişilmək üçün 22 sentyabr 2021-ci il tarixində Xaçmaz Qaz idarəsinin əməkdaşları tərəfindən götürülmüş sayğaca baxış keçirilməsi barədə 09 noyabr 2021-ci il tarixində saxta akt tərtib etmiş və guya müəyyən etmişlər ki,qaz sayğacının hesablanma mexanizminin qapağı əzilib və daxili qulaqşıqlarda əzik-cızıq izləri var. Aktda həm də qeyd ediblər ki, sayğaca baxış üçün o da istehlakşı kimi dəvət olunmuş və sonda aktla tanış olduqdan sonra onu imzalamaqdan imtina etmişdir (AKT № 0207036). Həmin akta əsas kimi Azəriqaz İB-nin bilavasitə tabeliyində olan Metrologiya Departamentinin sayğacların müayinəsi labarotoriyasının Qaz sayğacının yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli 29/17 10-04384-1 №-li aktına istinad olunmuşdur. O həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. 2021-ci ilin noyabr ayı üçün 432 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB bilavasitə tabeleyində olan qurumun aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Əsassız olaraq borc kimi yazılmış olan 432 manatın Xaçmaz Qaz İdarəsi tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. 2020-ci ilin oktyabr-noyabr və dekabr aylarında onun qaz sərfiyyatı cəmi 1311 m3 təşkil etdiyi halda sayğaşın dəyişdirildiyi 2021-ci lin sentyabr ayından sonra gələn oktyabr, noyabr və dekabr aylarında qaz sərfiyyatım cəmi 1051 m3 təşkil etmişdir. Əyər onun tərəfindən sayğaca müdaxilə olunmuş olsaydı bu halda 2021-ci ilin oktyabr-dekabr aylarında qaz sərfi 2020-ci illə müqayisədə çox böyük fərqlə artıq olmalı idi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri yaşadığı evə gəlib sayğaca baxış keçiriblər və evində quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən ona 432 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış 432 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sayğac dəyişdirilərkən onda hər hansı bir nasazlıq, sayğaca müdaxilə barədə ona heç nə bildirilməyib. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evdən bayırda, küçədə quraşdırılb. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10343226 saylı sayğacın hesablama mexanizmasının qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçınun sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 432 manat məbləğində ziyan silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 432 manat məbləğində ziyan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar