Məhkəmə qərarları › İş №2(067)-985/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-985/2023

15.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-985/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçılar X3, İddiaçı1, İddiaçı2, Nümayəndə və İddiaçı4 cavabdehlər X4 və Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X6, İddiaçı1, İddiaçı2, Nümayəndə və İddiaçı4 məhkəməyə müraciət edərək, Xaçmaz rayon Yergüc kəndində, mərhum X8 və mərhumə X1 xüsusi mülkiyyətində olmuş,31 sot həyətyanı torpaq sahəsi, üzərində tikilmiş ümumi yaşayış sahəsi 154,4 kv olan 2 otaqlı ev mülkünün, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 1,19 ha torpaq sahəsində istifadə olunan mirasdakı paylarının X6 tərəfindən qəbul edilmiş Hesab olunması,Xaçmaz rayonu, Yergüc kəndindəki 0,31 ha həyatyanı torpaq sahəsi, üzərindəki ümumi yaşayış sahəsi 154,4 kvm olan otaqlı ev mülkünün və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə mülkiyyətə verilmiş, 1,19 ha torpaq sahəsində X2 və X1 miras kütləsinin, mərhumların qanu üzrə vərəsəlik qaydasında birinci növbə vərəsələri, X6, İddiaçı1, İddiaçı2 qız,Nümayəndə və İddiaçı4 qanun üzrə vərəsəlik qaydasında mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsini üzrlü hesab edilməsi yolu ilə həmin şəxslərin arasında 1/6 hissədə pay bölgüsünün aparılmasına dair qanun üzrə vərəsəlik şahadətnaməsinin verilməsi, həmin mirasa dair Cavabdeh payının acıq saxlanmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçılardan biri (İddiaçı4) dövlət rüsumunu ödəməmişdir, iddia ərizəsinin surəti bir ədəddir,bundan əlavə etibarnamənin təsdiq olunmuş surəti işə əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizə ərizəçinin, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), maraqlı şəxs və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, maraqlı şəxs və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən ərizə Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən hakim iddia ərizəsini müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X3, İddiaçı1,İddiaçı2, Nümayəndə və İddiaçı4 cavabdehlər X4 və Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar