Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-988/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakıilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 adına Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli vərəsəlik hüququna dair Şəhadətnamənin etibarsız sayılmasını və həmin şəhadətnamə ilə əlaqəli qeydlərin ləğv edilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, atası X10 ilə anası X5 ilə 1962-ci il tarixdə birgə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1965-ci il tarixdə o, xx.xx.1968-ci il tarixdə isə qardaşı Cavabdeh1 anadan olmuşlar. Anası X5 xx.xx.1998-ci ildə, atası X10 isə xx.xx.2019-cu ildə vəfat etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 xx xxxxxx 2019-cu il tarixli, № **********01 saylı məktubundan göründüyü kimi Tİ və MHİ İdarəsi tərəfindən Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən valideynlərinə məxsus ev və həmin evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsi atasının mülkiyyətinə verilmiş və həmin hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində 126 saylı qeydə alınmışdır. Valideynləri (miras qoyanlar) vəsiyyətnamə qoymamışlar. 1998-ci ildə o, cəzaçəkmə müəssisəsində olduğundan, Xaçmaz rayon X3 xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə Yataqoba kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 1,23 ha torpaq sahəsi atası ilə qardaşı Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir. Bundan başqa atasının mülkiyyətində olmuş Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsinə atasının mülkiyyət hüququna dair «Torpağın mülkiyyətə verilməsinə dair» JN-040F saylı kod 30223038 saylı Şəhadətnamə verilmişdir. O, 25 il məhbusluq müddətini bitirdikdən sonra 2010-cu ildə atasına məxsus Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən evə qayıtmış, atasının ölmünə qədər onunla birgə həmin evdə yaşamışdır.Miras qoyan atasının ölümündən sonra miras qalmış əmlakları qəbul edərək, əmlaklara faktiki sahiblik edib təsərrüfatı idarə etmişdir. O, məhbus həyatı keçirdiyi zaman atası hətta cavabdeh olan qardaşı Fikrətə Xaçmaz şəhərində ev tikib vermişdir. Bu azmış kimi o, atasından miras qalmış əmlaka sahib olmaq və onu bu əmlakdan məhrum etmək, hətta atasından qalan torpaq sahəsini başqa bir şəxsə satmaq üçün sənədləşmə aparmaq istəmişdir. Bununla əlaqədar o, da atasının qanuni vərəsəsi kimi onun əmlakından ona çatası əmlakı tələb edib, vərəsəlik şəhadətnaməsi almaq üçün ikinci cavabdeh olan Xaçmaz rayon 1 saylı Notariat Kontoruna dəfələrlə müraciət etsə də, onu get-gələ salmışlar. Cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 357 saylı məktubunda göstərilir: «xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən 0,615 ha torpaq sahəsinə dair övladı Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Notarial hərəkətlərin aparılması ilə bağlı notariat ofisinə təqdim olunmuş sənədlərdə haqqınızda heç bir məlumat olmamışdır. Bununla bağlı Sizə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». O, atasının qanun üzrə vərəsəsi olduğu və mirası faktiki qəbul etdiyi halda, ondan miras qalan əmlaka onun hüquqları kobud surətdə pozulur, o, ona çatası miras əmlakdan məhrum olunmuşdur. Onun məlumatına görə, hətta qardaşı Cavabdeh1 atasına məxsus həmin torpaq sahəsini, özünə məxsus torpaq sahəsi ilə birlikdə onun xəbəri olmadan qonşu kənddən olan Tikanoba kənd sakini Nəsrullayev Rövşən Xasməmməd oğluna xx.xx.2019-cu il tarixdə alqı-satqı yolu ilə 7000 manata satmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Onun atası X10, anası X1r. İş materiallarında olan Xaçmaz rayon Uzunoba kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Uzunoba kənd İƏD nümayəndəliyinin 5 nömrəli təsərrüfatbaşına kitabında 401 hesab nömrə ilə Xaçmaz rayon Yataqoba kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və AZ-İ 979184 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində vəfat etmiş X2 miras qalmış Xaçmaz rayonu Yataq-oba kəndində yerləşən 0.615 ha torpaq sahəsinə dair övladı Cavabdeh1 xx.xx.2019-cu il tarixində Vərəsəlik Şəhadətnaməsi verilmişdir. İş materiallarında olan iddiaçının sorğusuna əsasən xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 5 saylı X16 tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, mərhum X8 məxsus Xaçmaz rayonu, Yataq-oba kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi və texniki pasportu, 0.27 ha torpaq sahəsinə verilmiş JN 110 kodlu, 30223018 nömrəli Torpağın mülkiyyətə hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və şəhadətnaməyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsəsi Xaçmaz rayonu, Yataqoba kənd sakini Cavabdeh1dur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. X8 məxsus olan miras əmlak 0.27 ha torpaq sahəsinə verilmiş JN 110 kodlu., 30223018 nömrəli Torpağın mülkiyyətə hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən, ümumi sahəsi 0.615 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan JN 110 kodlu, 30223018 nömrəli torpaq sahəsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən və sahəsi 1.23 ha olan torpaq sahəsi Xaçmaz Rayon X3 xx xxxxx 1998-ci il tarixli qərarına əsasən X8 və Cavabdeh1 məxsusdur. Məhkəmə işin hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən və sahəsi 1.23 ha olan torpaq sahəsi Xaçmaz Rayon X3 xx xxxxx 1998-ci il tarixli qərarına əsasən X8 və Cavabdeh1 birgə mülkiyyətində olmuşdur. Miras qoyan X10 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra xx.xx.2019cu il tarixdə Cavabdeh1 həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gündən, yəni xx.xx.2019-cu il tarixdən mirasın açılmasına baxmayaraq, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş müddətlər ötürülmüş və həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən mirası faktiki olaraq qəbul etməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının şəxsiyyət vəsiqəsinin surətində ata adı Ali oğlu göstərildiyi halda, Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı Alı oğlunun atası X10, anası X1r. İddiaçı tərəfindən göstərilən uyğunsuzluğun səbəblərinə dair aidiyyəti orqanlar tərəfindən verilmiş mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddianın belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ olan şəxs İddiaçı Alı oğlu və ya başqa şəxs tərəfindən qaldırıldığı müəyyən edilmir. Buna görə də, məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Alı oğlunun cavabdehlər Cavabdeh1 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-988/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-988/2020
16.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver