Məhkəmə qərarları › İş №2(067)-99/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-99/2023

09.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-99/2023 09.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Kamalov Murad Camaloviç məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2003-cü ildə Xaçmaz rayonunun, Çarxı kəndində doğulmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü ildə Xaçmaz rayonunun, Çarxı kəndində doğulmuş oğlu X6 uşaqlıqdan serebral iflic xəstəliyinə tutulmuş ona ”kvadroplegik spastik serebral iflic, Spastik hemiplegiya, spastik tetraplegiya, dil və nitq inkişafının digər pozğunluqları, əqli inkişafın geriliyi diaqnozu ilə 1 qrup əlillik dərəcəsi təyin edilmişdir. Tibbi Sosial ekspert komissiyasının 0329003AARFZ saylı rəyindən görünür ki, oğlu birinci dərəcəli əlildir, əlillik və ya sağlamlıq imkanının məhduddluğu təyin olunmuşdur. Xəstə olduğuna görə oğlu Fuad öz hərəkətlərini dərk edə bilmir, müvafiq sənədləri dərk edə və imzalaya bilmir. Məktəbə getmədiyinə görə oxuyub-yaza bilmir. Hazırda 18 yaşı tamam olduğuna görə ona pensiya təyin olunmalıdır. Lakin özü həmin sənədləri hazırlamaq imkanında və qabiliyyətində deyildir. Bina görə də onun üzərində qəyyum təyin olunmalıdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 1958 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.2003-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X1 spastik serebral iflic, uşaq serebral iflici. Spastik hemiplegiya, spastik tetraplegiya, dil və nitq inkişafının digər pozğunluqları, əqli inkişafın geriliyi. Nitq inkişafının geriliyi diqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2899 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X6 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar