Məhkəmə qərarları › İş №2(067)-992/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-992/2021

21.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-992/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «Mirasın qəbulunun müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYY ƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X6 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, 26 iyun 1969-cu ildə Xaçmaz rayonun İlxıçı kəndində anadan olmuşdur. Onun valideynləri X9 və X10 olmuşlar. Valideynləri 22 mart 1959-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Valisdeynlərinin birgə nikahlarından o, qardaşları X14, Cavabdeh1, Cavabdeh2, bacıları Cavabdeh3, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı anadan olmuşlar. Mərhum anası X7 mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xaçmaz rayonunun İlxıçı kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-049 B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X20nın adına qeydə alınmışdır. X20 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0, 16 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Vərəsəlik açıldığı vaxtdan o, həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşamaqla mübahisəli torpaq sahəsinə sahiblik etməklə onu idarə etmişdir. Torpaq sahəsi üzərində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. X4 vərəsəlik açılmamışdan əvvəl 16 avqust 1975-ci ildə vəfat etmişdir. Bacısı Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı 01 fevral 2004-cü il tarixdə, X5 isə 04 noyabr 2014-cü ildə vəfat etmişlər. İş üzrə cavabdeh olan bacısı Cavabdeh3 vərəsəlik açılmamışdın çox əvvəl ailə qurub Rusiya Federasiyasına köçmüş və orada yaşamışdır, Xədicə analarından qalmış əmlaka iddialı deyildir. İş üzrə digər cavabdeh olan qardaşı Cavabdeh1 analarından miras qalmış başqa torpaq sahəsinə sahiblik edir və həmin torpaq sahəsində yerləşən evdə öz ailəsi ilə birlikdə yaşayır, hazırda mübahisə predmeti olan həyətyanı torpaq sahəsi ilə qardaşı Ağaverdinin heç bir əlaqəsi yoxdur, Ağaverdi anaları vəfat etməzdən əvvəl təsərrüfatdan ayrılmışdır. Həmçinin digər cavabdeh olan qardaşı Cavabdeh2 da öz ailəsi ilə birlikdə başqa ünvanda Xaçmaz şəhərində özünə məxsus evdə yaşayır, mübahisə predmeti olan həyətyanı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, anaları vəfat etməzdən əvvəl təsərrüfatdan ayrılmışdır. Miras qalmış qeyd olunan mübahisəli torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirməkdən ötrü Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin digər birinci növbəli vərəsələr olan cavabdehlərlə aralarında miras əmlaka dair qarşılıqlı razılaşma baş tutmadığından və notarius tərəfindən vərəsəlik işinin mübahisəli xarakterli olduğu müəyyən edildiyindən vərəsəlik işini notariat qaydasında həll etmək mümkün olmamış, notarius tərəfindən ona bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi mərhum anasından miras qalmış mübahisəli əmlakı qanun üzrə vərəsəlik qaydasında faktiki olaraq əmlaka sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etmiş tək vərəsədir, digər birinci növbəli vərəsələr olan cavabdehlər- qardaşları və bacısı mirası hər hansı əsasla qəbul etməmişlər. O, mirası qəbul etmiş vərəsə olduğundan hesab edir ki, miras əmlak vərəsəlik qaydasında bütövlükdə onun adına rəsmiləşdirilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə təqdim etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X6 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun doğma qardaşıdır. Hazırda qardaşı İddiaçı ona və digər qardaşı Siyavuş və bacısı Xədicəyə qarşı məhkəmədə iddia qaldıraraq mərhum anaları X6 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndində yarləşən 0,16 ha torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir. O, miras əmlaka dair iddialı deyildir. Lakin iddiaçı olan qardaşı İddiaçı ümumi razılıq əsasında mərhum anaları Anaxanım Ağayevadan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən 0,64 ha pay torpaq sahəsi verilmişdir. Bundan başqa Zülfiqarın özünün də kəndin ərazisində 0,40 ha həyətyanı torpaq sahəsi vardır. Buna baxmayaraq Zülfiqar hazırda mübahisələndirdiyi 0,16 ha torpaq sahəsinə də iddia edir. Bu torpaq sahəsi onların ata yurdudur və həmin torpaq sahəsində mərhum qardaşı Yaqub anaları sağ ikən ev tikmişdir. İddiaçının isə bu işlərdə heç bir əməyi olmamışdır. O, digər bacısı və qardaşı iddiaçının mübahisəli torpaq sahəsində yerləşən evdə yaşamasına etirazları yoxdur və onlar iddiaçının həmin evdən çıxmasını tələb etməmişlər. O, istəyir ki, onların ata yurdu ümumi istifadədə qalsın. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir: Belə ki, mülki işə əlavə edilmiş AZE seriyalı, 05623964 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X3 rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, X9 ilə X10 22 mart 1959-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 539 saylı arayışdan görünür ki, İddiaçı xx xxxx 1969-cu ildə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olmuşdur. Onun X4, anası X10 olmuşlar. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə daqir JN-049B seriyalı, 30210068 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən X7 mülkiyyətinə Xaçmaz rayonunun İlxıçı kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş 05 noyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 125530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 avqust 1975-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 23 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 646671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı 01 fevral 2004-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 23 sentyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 116080 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 mart 2008-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 549 nömrəli arayışdan görünür ki, X21 oğlu 04 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Müllki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, 750 nömrəl arayışdan görünür ki, İddiaçı Xaçmaz rayonunun İlxıçı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon X24 bələdiyyəsi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, iddiaçı Ağayev X8 rayonunun İlxıçı kənd sakinidir, həqiqətən X24 bələdiyyəsinin İlxıçı kəndində JN-049B seriyalı, ******* kodli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən anası mərhum X7 mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras qalmış evdə yaşamaqla miras qalmış əmlakları, yəni torpaq sahəsini və onun üzərindəki evi idarə edir və həmin əmlaklar onun sahibliyindədir. Müllki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2020-ci il tarixli, 749 nömrəl arayışdan müəyyən olunur ki, X10 28 mart 2008-ci il tarixədək Xaçmaz rayonunun İlxıçı kəndində yaşamış və orada 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Anaxanım Ağayevanın vərəsələri- övladları X14, Cavabdeh1, İddiaçı, Cavabdeh2, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı və Cavabdeh3 olmuşlar. Anaxanım Ağayevanın vərəsələrindən X14 və Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı vəfat etmişlər, halhazırda onun birinci növbəli vərəsələri olaraq digər övladları Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qalmışlar. Cavabdeh1anın ölümündən sonra JN-049B seriyalı, ******* kodli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X7 mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras qalmış evdə oğlu İddiaçı yaşamaqla miras qalmış evi və həmin torpaq sahəsini idarə edir. Mülki işə əlavə olunmuş 26 noyabr 2020-ci il tarixli 8İ-12914 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı mərhum anası X6 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun İddiaçı ünvanladığı 26 noyabr 2020-ci il tarixli, 667 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum anası X6 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin vərəsəlik işinin mübahisəli xarakterli olduğu müəyyən edildiyindən notariat hərəkətinin aparılması mümkün olmamışdır. Bununla əlaqədar iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının izahatı və toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı valideynləri X9 və X10 olmuşlar. İddiaçının valideynləri 22 mart 1959-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından İddiaçı, iddiaçının qardaşları X14, Cavabdeh1, Cavabdeh2, bacıları Cavabdeh3, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı anadan olmuşlar. İddiaçının anası X7 mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xaçmaz rayonunun İlxıçı kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Anaxanım Ağayevanın adına qeydə alınmışdır. Anaxanım Ağayeva 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. İddiaçının X4 vərəsəlik açılmamışdan əvvəl 16 avqust 1975ci ildə, bacısı Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı 01 fevral 2004-cü ildə vəfat etmişlər. İddiaçının X5 isə 04 noyabr 2014-cü ildə vəfat etmişdir. Vərəsəlik açıldığı vaxtdan İddiaçı həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşamaqla mübahisəli torpaq sahəsinə sahiblik etməklə və onu idarə etməklə mirası faktik surətdə qəbul etmişdir. Lakin digər birinci növbəli vərəsələr isə miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməklə və ya mirasa sahiblik, onu idarə etməklə mirası qəbul etməmişlər. Hazırda miras qalmış mübahisəli torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirməkdən ötrü iddiaçı Ağayev X8 rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin digər birinci növbəli vərəsələr olan cavabdehlərlə aralarında miras əmlaka dair qarşılıqlı razılaşma baş tutmadığından və notarius tərəfindən vərəsəlik işinin mübahisəli xarakterli olduğu müəyyən edildiyindən vərəsəlik işinin aparılması mümkün olmamış və notarius tərəfindən iddiaçıya bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mübahisəli miras əmlakı digər qaydada adına rəsmiləşdirə bilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi miras qoyan X7 28 mart 2008-ci il tarixdə vəfat etməsi ilə ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. İş materiallarından göründüyü kimi miras qoyan X2 rayonunun İlxıçı kəndində vəfat etdiyi və vəfat etdiyi günədək Xaçmaz rayonunun İlxıçı kəndində yaşadığından vərəsəliyin açıldığı yer onun yaşadığı yer hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X7 vəfatından sonra hazırda birinci növbəli vərəsələri olaraq iddiaçı İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qalmışlar. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X7 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmişdir. Digər birinci növbəli vərəsələr olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə mirası hər hansı əsasla qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi qanunun tələbinə müvafiq olaraq mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməli, onların payı qanun üzrə mirası qəbul etmiş vərəsə olaraq İddiaçı payına əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, miras qoyan X7 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə mirası qəbul etməsi öz təsdiqini tapdığından qəbul edilmiş həmin miras əmlak onun açıldığı gündən qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etmiş vərəsə olaraq iddiaçının mülkiyyəti hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat rüsumu tələb etmədiyinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 306, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar