Məhkəmə qərarları › İş №2(067)-992/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-992/2022

23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-992/2022 23.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı Nizamoviçin iştirakı ilə, İddiaçı Nizamoviçin Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Nizamoviç məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən faktiki olaraq onun istifadəsində olan Xaçmaz ayonunun Ustacəlli (Laman) kəndində yerləşən yaşayış evində quraşdırılmış köhnə qaz sayğacına görə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” xx.xx.2021-ci il tarixli komissiya qərarı əsasında istehlakçı kimi onun ünvanına hesablanmış 432 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nizamoviç iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Xaçmaz ayonunun Ustacəlli (Laman) kəndində yaşayır. X2 onun doğma anası olmuşdur. X4 2018ci ilin dekabr ayının 21-də vəfat edib. Yaşayış evinə və torpaq sahəsinə dair bütün kommunal xərdər həmin vaxtdan övladı olaraq onun tərəfindən ödənilir. Lakin yaşadığım ünvanda quraşdırılmış köhnə qaz sayğacı istehlakçı olaraq mərhum atası Baxış Paşayevin adında qalmışdır. Anasının vəfatından sonra abonent haqqlarını anasının adından o ödəyir. Qaz sayğacı ünvanına uzun müddətdir ki, quraşdırılmışdır. 2021-ci ilin sentyabr ayında Qaz idarəsinin bir neçə əməkdaşı yaşadığımız ünvana quraşdırılmış qaz qaz sayğacını götürmüş və yenisi ilə əvəz etmişlər. Həmin vaxt sayğacda hər hansı başqa xəta barədə ona heç bir məlumat verilməmiş, belə bir xəta barədə heç bir sənəd tərtib edilməmişdir. Yaxın vaxtlarda yaşadığı evinə qaz borcuna dair bildiriş gələndə ona məlum olmuşdur ki, abonent olaraq hesabına 432 manat qaz sərfiyyatı hesablanıb. Bu barədə Qaz idarəsinə gedib maraqlandıqda ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib, daxili qulaqcıqlarda əzik-azıq izləri vardır rəyi verilmişdir. Onlar bu barədə 25 oktyabr 2021-d il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qəranna əsasən 4320 kub metr qaz sərfiyyatı, 432 manat məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğumu bildirmişlər. O tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 oktyabr 2021-d il tarixli ******* №-li akt əsasında yazılmış 29 oktyabr 2021-d il tarixli komissiya qəran ilə qəti razı deyil. Halbuki, qaz sayğaa götürülərkən sayğacda hər hansı başqa xəta əlamətləri olması barədə heç bir sənəd tərtib olunmamışdır. Sayğaca baxış keçirilərkən qanunvericiliyin tələblərinə əsasən hal şahidləri dəvət edilməmiş, sayğac qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdınlaraq möhürlənməmiş, heç bir sənədləşmə aparılmadan adi qaydada götürülüb aparılmışdır. Sayğacın hesablama mexardzminin qapağı yan tərəfdən əzilməsi halının nə vaxt baş verməsi mənə məlum deyildir. O, qaz sərfiyyatına görə ödənişləri vaxtaşırı etmişdir, nə atası, nə onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğaa yaşadığı evin hasarından kənarda yerləşdirilməldə küçəyə qoyulmuşdur. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Evin çölündə quraşdırılmış sayğaca görə o məsuliyyət daşımır. Buna görə məsuliyyəti harədə qaz idarəsi ilə hər hansı müqaviləsi də yoxdur. Məhkəmə iclasında İddiaçı Nizamoviç iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, yaşadığı evin qaz sayğacı X4nın adınadır. O, 2018-ci ildə vəfat edib. Xaçmaz RQİİ-nin işçiləri evində quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonra isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən ona 432 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış 432 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sayğac dəyişdirilərkən onda hər hansı bir nasazlıq, sayğaca müdaxilə barədə ona heç nə bildirilməyib. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sayğac evdən bayırda, küçədə quraşdırılb. Saldo anasının adına tərtib olunub. Abonentin saldosu sənədin məhkəməyə təqdim edə bilməyəcək. Yaşadığı evin qaz sayğacı X4nın adınadır, sayğacı öz adına keçirməmişdir. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, X1 məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10059268 saylı sayğacın hesablama mexanizmasının qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, X1 432 manat məbləğində ziyan hesablanmışdır. Beləliklə də, iş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, Cavabdeh tərəfindən tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış ziyan məbləği abonent X1 aiddir, yəni hazırki İddiaçı Nizamoviçin qeyd olunan ziyan məbləğinin silinməsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar