Məhkəmə qərarları › İş №2(068)-118/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-118/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-118/2021 01.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ X16 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilərdən biri – mərhum anası X6 dair aparılmış qeydin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-152 seriyalı, kod 30600018 olan dövlət aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda torpağın mülkiyyətçisi kimi qeyd edilən 2-ci sırada “Hacıyeva” soyadının “Əmrəhmədova” soyadı kimi, “Nəbixanım” adının “Ləbixanım” adı kimi olması, eləcə də həmin aktda və çıxarışda 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə 3,0 ha torpaq sahəsi onun, eləcə də ailə üzvləri X2, X12, X8, X10 və X7 mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 152 nömrəli, 30600018 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin mərhum anası Ləbixanıma aid hissəsində sonuncunun soyadı və adı yanlış qeyd edilmişdir. Belə ki, mərhum anasının soyadı “Əmrəhmədova” əvəzinə yanlışlıqla “Hacıyeva”, adı “Ləbixanım” əvəzinə səhvən “Nəbixanım” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktında yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirən zaman çıxarışda da eyni yanlışlığa yol verilmiş və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda ona çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi və vərəsəliyi qəbul etməsi üçün mərhum anasının soyadında və adında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair dövlət aktında və çıxarışda 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan və ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum anası X4 01 yanvar 1918-ci il tarixdə Xızı rayonu, Şəlgah kəndində doğulmuş, 23 dekabr 2005-ci il tarixdə ürək dayanması səbəbindən ölmüş və bu barədə 06 yanvar 2006-cı il tarixdə AZ-1 seriyalı, 119088 nömrəli şəhadətnamə verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 152 nömrəli, 30600018 kodlu dövlət aktının surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə 3,0 ha torpaq sahəsi Xızı rayonu, Sitalçay kənd sakinləri Ərizəçi və onun ailə üzvləri X5, X12, X8, X10 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan 11 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi və onun ailə üzvləri X5, X12, X8, X10 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 mart 2021-ci il tarixli bildirişindən görünür ki, 20 fevral 1999-cu il tarixli, JN seriyalı, 152 nömrəli, 30600018 kodlu “torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçinin mərhum anasına məxsus olan bütün sənədlərdə onun soyadı “Əmrəhmədova”, adı “Ləbixanım” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 20 fevral 1999-cu il tarixli, JN seriyalı, 152 nömrəli, 30600018 kodlu dövlət aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilməli olan X4 əvəzinə yanlış olaraq, X9 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair 20 fevral 1999-cu il tarixli, JN seriyalı, 152 nömrəli, 30600018 kodlu dövlət aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X1 “Əmrəhmədova”, adının “Ləbixanım” olması və həmin aktda və çıxarışda 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 20 fevral 1999-cu il tarixli, JN seriyalı, 152 nömrəli, 30600018 kodlu dövlət aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X1 “Əmrəhmədova”, adının “Ləbixanım” olması və həmin aktda və çıxarışda 2-ci sırada qeyd edilən mülkiyyətçinin X4 olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar