Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-16/2025 21.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 17 iyul 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 216 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu Altıağac qəsəbəsində yerləşən və şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evə ötən müddət ərzində təbii qazdan istifadə məqsədilə sayğac quraşdırılmış və onlar əvvəllər həmin evdən mövsümü istifadə etmişlər. 2013-cü ildən etibarən də “G4” tipli, 5630764 nömrəli qaz sayğacı quraşdırılmış, istifadə edilmiş təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və təbii qazdan istifadəyə görə heç bir borcu olmamışdır. Lakin son illər hamıya məlum olan pandemiya ilə əlaqədar həmin evə gediş gəliş olmamışdır. Son dövrlərdə isə səhhəti ilə bağlı olaraq, evə baş çəkə bilməmişdir. Bu yaxınlarda evə baş çəkməyə getmiş və qazın sayğacının dəyişdirildiyini, evə gələn qaz xəttinin isə kəsilərək, borunun tamamılə qaynaq edilərək qazın verilişinin dayandırıldığının şahidi olmuşdur. Cavabdeh Xaçmaz X4 İdarəsinin Xızı rayonu üzrə istismar sahəsindən bildirilmişdir ki, qaz xx.xx.2021-ci il tarixli, 0317038 nömrəli akta əsasən dayandırılmışdır. Həmin aktın ona təqdim olunmasını tələb etdikdə isə, solğun, oxunuşu çətin olan bir sənəd təqdim edilmişdir. Bununla da aydın olmuşdur ki, mənbəyi və səbəbi ona məlum olmayan borc hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq, öz hüquqlarının lazımı qaydada təmini üçün, məsələyə aydınlıq gətirilməsini və “Azəriqaz İB” Xaçmaz X4 İdarəsi tərəfindən iştirakı olmadan tərtib edilmiş aktın, dəyişdirilmiş sayğacın çıxarılması və yenisilə əvəz edilməsi barədə, eləcə də dəymiş ziyanın hesablanması və s. aidiyyatı barədə müvafiq sənədlərin nüsxələrinin və ya təsdiq edilmiş surətlərinin ona göndərilməsinə dair göstəriş verilməsi xahişilə cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Göndərdiyi məktub Cavabdeh İB Xaçmaz X4 İdarəsi tərəfindən alınsa da, ötən müddət ərzində müraciətinə heç bir cavab verilməmişdır. Qeyd etdiyi kimi həmin evdə, hamı kimi onlar da istifadə etdikləri təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və təbii qazdan istifadəyə görə borcu olmamışdır. Lakin son illər həmin evə gediş gəliş olmamışdır. Bütün bu hallar abonent saldosundan da açıq aydın görünür. Həmin naməlum akt tərtib edilənədək sərfiyat “0” olımaqla, onun yox, cavabdehin ona 0,40 manat borcu olmuşdur. Hesab edir ki, cavabdehin bu qərəzli hərəkətləri nəticəsində borcun hesablanması, eyni zamanda onun və heç bir hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş akt qanuni hesab edilə bilməz. Təqdim edilmiş “akt”dan heç bir şey başa düşməsə də, nəzarətçinin bildirdiyinə görə güya o, sayğaca müdaxilə etmiş və buna görə də cərimələnmişdir. Qaz itkisinin səbəbini bilmir, itirilmiş qaza görə onun heç bir təqsiri yoxdur. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək, məhkəməyə ərizə vermiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Cavabdeh qaz sayğacının yoxlanılması barədə 16 iyul 2021-ci il tarixli, MSK-29/1710-02877-1 nömrəli aktından görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İşdə olan Cavabdeh Xaçmaz X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 iyul 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan Cavabdeh İB Xaçmaz X4 İdarəsinin 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın hesablanması barədə bildirişdən görünür ki, 17 iyul 2021-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmış qaz itkisi cəmi 2160 m3 təşkil etmişdir. İşdə olan iddiaçıya aid ünvanın **********00820 saylı abonent saldosunda iddiaçıya akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının 05 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir), 5.2-ci (qazpaylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir.(göndərməlidir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Beləliklə, Cavabdeh İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda mövcud olmuş qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, 16 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması barədə akt tərtib edilmişdir. Sayğaca laboratoriyada baxış isə iddiaçının iştirakı ilə həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 2160 kub metr həcmində, yəni 216 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh vurulmuş zərərin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (88-ci maddə). Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Xaçmaz X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 iyul 2021-ci il tarixli, ******* nömrəli nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00820) əsassız hesablanmış 216 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 iyul 2021-ci il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00820) əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-16/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-16/2025
21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver