Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-176/2021 21.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan, 27 aprel 1988ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qardaşı X7 27 aprel 1988-ci il tarixdə Abşeron rayonunun Altıağac kəndində doğulmuş, hazırda Xızı rayonu, Altıağac kəndində qeydiyyatda olmaqla, onlarla birlikdə yaşayır və İİİ qrup əlildir. Bundan başqa, qardaşı X15 rayon Mərkəzi Xəstəxanasında oliqofreniya debillik dərəcəsi diaqnozu ilə dispanser qeydiyyatdadır. Bu səbəbdən də, qardaşı Pərviz Əzizovun daim qayğıya və qulluğa ehtiyacı vardır. Hal-hazırda, Pərvizin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyum təyin edilməsi və digər sosial məsələlərin həlli üçün lazımdır. Ona görə də, qardaşının məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Abşeron rayonu, Altıağac kənd icra nümayəndəliyi tərəfindən 13 may 1988-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı, 283487 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X8, anası X9 olan X7 27 aprel 1988-ci il tarixdə Abşeron rayonunun Altıağac kəndində doğulmuşdur. İşdə olan Abşeron rayonu, Altıağac kənd icra nümayəndəliyi tərəfindən 04 oktyabr 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı, 406885 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X8, anası X9 olan X5 xx xxxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunun Altıağac kəndində doğulmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, ərizəçi X1 Pərviz Zakir oğlunun bacısıdır. İşdə olan “Xızı rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli, 445 saylı arayışdan görünür ki, 1988-ci il təvəllüdlü X7 həqiqətən də oliqofreniya debillik dərəcəsi diaqnozu dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, 2647 saylı rəydən görünür ki, X4 orta debillik dərəcəsində ifadə olunmuş oliqofreniya müəyyən edilir. X7 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 27 aprel 1988-ci il təvəllüdlü X7 hazırda psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 320, 321, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: X2 ərizəsi təmin edilsin. Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan, 27 aprel 1988-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-176/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-176/2021
21.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver