Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-27/2023 31.01.2023 XIZI RAYON MƏHKƏMƏSİ X20 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi, şahidlər X11 və X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktının, həmin aktda 3-cü sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 14 yanvar 2007-ci il tarixində vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1952-ci ildə Abşeron rayonunun Altıağac qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Xızı rayonu, Altığac qəsəbəsində yaşayır. Onların ailəsinə Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 3,50 ha torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. X1 rəhmətə gedəndən sonra həmin torpaq sahəsini ərizəçi idarə etmiş və bu vaxta kimi də onun istifadəsində olmuşdur. Hal-hazırda isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmir. Belə ki, torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktında mərhum anasının ata adı “Əliqulu” əvəzinə yanlışlıqla “Alahqulu” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktında yanlışlığa yol verilmişdir. Bu yanlışlığın düzəldilməsi və çıxarış alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, 2 saylı Ərazi İdarəsinin bildiriş məktubu ilə torpaq sahəsinin ərizəçinin anasına aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək, hüquqi faktın müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, həmin torpaq sahəsi onların ailəsinə məxsus olmuşdur. Hazırda həmin torpaq səhəsini sənədləşdirmək istəyərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə mərhum anasının ata adı “Əliqulu” olduğu halda, “Alahqulu” kimi qeyd olunub. Bu səbəbdən maraqlı şəxs ona imtina cavabı vermişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. Onların atası X10, anası isə X5r. Hazırda hər iki valideynləri rəhmətə getmişdir. Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 3,50 ha torpaq sahəsi ayrılaraq anasının, qardaşının və digər ailə üzvlərinin mülkiyyətə verilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsi haqqında şahədətnamə verilərkən anasının ata adı “Əliqulu” kimi yazılmalı olduğu halda, səhvən “Alahqulu” kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçi onun əridir. Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 3,50 ha torpaq sahəsi ayrılaraq onların mülkiyyətə verilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsi haqqında şahədətnamə verilərkən qaynanasının ata adı “Əliqulu” kimi yazılmalı olduğu halda, səhvən “Alahqulu” kimi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 3,50 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri Ərizəçi, X6, X7, X14 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə ərizəçinin X1 xx.xx.2007-ci ildə vəfat etmişdir. İşdə olan Xızı Rayon İHB-nın Altıağac qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 198 saylı arayışından görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş JN-161, kod 30602016 nömrəli dövlət aktında ərizəçinin X1nın ata adı səhvən “Alahqulu” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 noyabr 2022-ci il tarixli bildirişindən görünür ki, müraciətə əlavə edilmiş sənədlərin araşdırılması zamanı torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktında torpaq mülkiyyətçilərindən olan mərhum X3 ata adı “Əliqulu” olduğu halda, “Alahqulu” kimi qeyd olunmuşdur. Bu səbəbdən də, həmin dövlət aktının Ərizəçi və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi Ərizəçi torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktının, həmin aktda 3-cü sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 14 yanvar 2007-ci il tarixində vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə onlara həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamədə və anasına məxsus ölüm haqqında şəhadətnamədə anasının ata adı “Əliqulu” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktında “Əliqulu” əvəzinə yanlış olaraq, “Alahqulu” qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər və şahid ifadələri əsasında torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktının, həmin aktda 3-cü sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 14 yanvar 2007-ci il tarixində vəfat etmiş X4 məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən dövlət aktının X4 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-161, kod 30602016 nömrəli dövlət aktının, həmin aktda 3-cü sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən və 14 yanvar 2007-ci il tarixində vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-27/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-27/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver