Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-37/2023 21.02.2023 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 1036,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 iyun 2022-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayış evinə gələrək, qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq akt tərtib etmişlər. Bundan sonra, cavabdehin qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02608-1 nömrəli, 11 avqust 2022-ci il tarixli aktına əsasən “sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır” rəyi verilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 avqust 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin rəyə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 8640 kub metr həcmində, yəni 1036,80 manat dəyərində qaz itkisi hesablanaraq iddiaçının kod hesabına daxil edilmişdir. İddiaçı qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirmişdir. Cavabdeh tərəf isə sayğacı çıxarıb laboratoriyaya göndərdiklərini və borcun həmin rəyə əsasən hesablandığını iddiaçıya bildirmişlər. Sonradan qaz nəzarətçiləri gəlib iddiaçıya məxsus sayğacı dəyişərək yeni qaz sayğacı quraşdırmışlar. Lakin, akt əsasında yazılmış qanunsuz cərimə iddiaçının üzərində qalmışdır. Həmçinin, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin həyətinin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin sayğacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda iddiaçının hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə bu cür müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X3 bildirdi ki, qazpaylayıcısı birtərəfli qaydada istehlakçı barəsində hər hansı məsuliyyət tədbirinin və qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi, həmçinin, həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”na, tərəflər arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normayiv hüquqi aktların tələblərinə ziddir. Belə ki, tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının və mütəxəssisin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı və cavabdehin nümayəndəsi arasında 23 iyun 2017-ci il tarixdə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli akt əsasında iddiaçının yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə MSK-29/1710- 02608-1 nömrəli, 11 avqust 2022-ci il tarixli aktından görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır. “Azəriqaz” X6 X8 İdarəsinin əməkdaşları Xatirə Vəliyeva, Ziyad Abdinov və Elnur Allahverdiyev tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsız olması aşkar olunmuşdur. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. “Azəriqaz” İB Xaçmaz X8 İdarəsinin 31 avqust 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə bildirişdən görünür ki, 16 avqust 2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmış qaz itkisi cəmi 8640 m3 təşkil etmişdir. İddiaçıya aid ünvanın **********00360 saylı abonent saldosunda iddiaçıya akt əsasında 1036,80 manat borc hesablandığı göstərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Azəriqaz” İB-nin X10 İstismar İdarəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin qaz xətti üzərində olan G-4 markalı, ******* nömrəli qaz sayğacı ******* nömrəli akta əsasən qaz xəttindən açılaraq növbəti Dövlət yoxlamasına göndərilmişdir. “Azəriqaz” İB-nin Metrologiya Departamentinin Sayğacların yoxlanılması laboratoriyasında çıxarılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu barədə rəy verilmişdir. Rəyə uyğun olaraq Xaçmaz RQİİ tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat məbləğində hesabat aparılmışdır. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir), 5.2-ci (qazpaylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir.(göndərməlidir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Məlumat üçün bildiririk ki, qazpaylayıcısı birtərəfli qaydada istehlakçı barəsində hər hansı məsuliyyət tədbirinin və qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi, həmçinin, həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”na, tərəflər arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normayiv hüquqi aktların tələblərinə ziddir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasın Qanununun 13-cü maddəsinin 8.1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qazpaylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsinibarəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qazpaylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məlumat üçün bildiririk ki, “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavədə verilmiş qazın alqı-satqı müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, məhkəməyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, 11 avqust 2022-ci il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən iddiaçıya məxsus evdə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu barədə akt tərtib edilmişdir. Sayğaca laboratoriyada baxış isə iddiaçının iştirakı ilə həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 8640 kub metr həcmində, yəni 1036,80 manat dəyərində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (88). Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X6 X8 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktı ləğv olunmalı və həmin akt əsasında İddiaçı (abonent kodu: **********00360) əsassız hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X6 X8 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktı ləğv olunsun və həmin akt əsasında İddiaçı (abonent kodu: **********00360) əsassız hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-37/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-37/2023
21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver