Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-74/2020 03.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan, xx xxxxxx 1963-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qardaşı X8 xx xxxxxx 1963-cü il tarixdə Abşeron rayonunun Altıağac kəndində doğulmuş, hazırda Xızı rayonu, Altıağac kəndində qeydiyyatda olmaqla, onlarla birlikdə yaşayır və İİ qrup əlildir. Bundan başqa, qardaşı X13 rayon Mərkəzi Xəstəxanasında ruhiəsəb xəstəlikləri ilə dispanser qeydiyyatdadır. Bu səbəbdən də, qardaşı Rüfət Əzizovun daim qayğıya və qulluğa ehtiyacı vardır. Hal-hazırda, Rüfətin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyum təyin edilməsi və digər sosial məsələlərin həlli üçün lazımdır. Ona görə də, qardaşının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 xx xxxxxx 1963-cü il təvəllüdlü X8 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir və bundan sonra Rüfət Əzizovun üzərində qəyyum təyin edilə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Abşeron rayonu Altıağac kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 1963cü il tarixdə verilmiş AZ seriyalı, 463978 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Əzizov Xanlar Dövlət oğlu, anası X5 olan X8 xx xxxxxx 1963-cü il tarixdə Abşeron rayonunun Altıağac kəndində doğulmuşdur. İşdə olan Xızı rayonu Altıağac qəsəbə icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2019cu il tarixdə verilmiş AZ-T seriyalı, 090473 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Əzizov Xanlar Dövlət oğlu, anası X5 olan Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Xızı rayonunun Altıağac qəsəbəsində doğulmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X4 bacısıdır. İşdə olan «Xızı rayon Mərkəzi Xəstəxanası» X12 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 192 saylı arayışdan görünür ki, 1963-cü il təvəllüdlü X8 həqiqətən də ruhi-əsəb xəstəlikləri ilə dispanser qeydiyyatdadır və İİ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1116 saylı rəydən görünür ki, X6 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X8 hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 320, 321, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan, xx xxxxxx 1963-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(068)-74/2020
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-74/2020
03.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver