Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-75/2023 18.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra - ərizəçi) ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs kimi göstərməklə) oğlu – 18 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X5 18 may 2002-ci il tarixdə Xızı rayonunun Altıağac kəndində doğulmuş, hazırda Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və ağır dərəcəli əqli gerilik diaqnozu ilə İ qrup əlildir. Oğlu Ülvi öz hərəkətlərinin mənasını tam anlamır və ikinci bir şəxsin köməyi olmadan hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, oğlunun daim qayğıya və qulluğa ehtiyacı vardır. Hal-hazırda, oğlu Ülvi Mirzəyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyum təyin edilməsi məqsədi üçün lazımdır. Ona görə də, oğlu X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Xızı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 095868 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X4, anası Ərizəçi olan X5 18 may 2002-ci il tarixdə Xızı rayonunun Altıağac qəsəbəsində doğulmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X2 anasıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 18 may 2002-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən birinci dərəcəli əlillik müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 1000 saylı rəydən görünür ki, X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 18 may 2002-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 320, 321, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan, 18 may 2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-75/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-75/2023
18.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver